Monitorinqlərdə nə baş verib? Məktəb direktorları işdən azad edildi
Digərləri 20 May 2025 10:57:04 73 0
May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.
Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.
Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.
Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd edək ki, təhsil müəssisələrində monitorinq və yoxlamalar davamlı və ardıcıl olaraq həyata keçirilir.
Qeyd edək ki, bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılmış, həmin direktorla olan əmək münasibətlərimizə son verilmişdir.
Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür.
Xatırladaq ki, paytaxtdakı ümumi təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində Agentlik tərəfindən verilən təlimatların icra vəziyyəti, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması ilə bağlı istiqamətlər araşdırılır, məktəb direktorlarının fəaliyyəti peşəkar meyarlar əsasında qiymətləndirilir.
Astroloji ulduzlar bu həftə bəzi bürclərin yolunu işıqlandırır. Həm ş

Mayın 19-da Azərbaycan Dövlət Kukla Teatrında "Meksika kuklaları"

Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə az

Bakıda ictimai nəqliyyatda təhlükəli hadisə qeydə alınıb.

Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində apar

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gü

Mersinin Toroslar rayonunda yerləşən audio və video sistemləri istehsal ed�

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayə

Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-m

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının

2025-ci ilin mayı bürclər üçün maddi uğurların və sürpriz qazancın b

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin
