IDEA Gəncə çayında təmizlik aksiyası keçirib
Digərləri 19 May 2025 14:53:00 79 0
Mayın 18-də IDEA könüllüləri tərəfindən Gəncə çayının bir hissəsində plastik tullantıların təmizlənməsi aksiyası həyata keçirilib.
Bu xəbəri də oxu: Evinizdəki bu köhnə əşyaları atmayın İçində qızıl var
IDEA İctimai Birliyinin "1113" qaynar xəttinə daxil olan vətəndaş müraciətinə dərhal reaksiya verilərək, sözügedən əraziyə baxış keçirilib və artıq növbəti gün təmizlik aksiyası təşkil olunub. Aksiyada şəxsi sağlamlıq, təhlükəsizlik və gigiyenanın qorunması məqsədilə xüsusi kombinezonlar, əlcəklər və digər qoruyucu vasitələrlə təmin olunmuş 30 IDEA könüllüsü iştirak edib.
Toplanan tullantıların ümumi həcmi 500 kiloqrama yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib. Nəticə göstərir ki, yerli su hövzələri və yaşıl ərazilər insan fəaliyyəti səbəbindən ciddi çirklənmə ilə üz-üzədir və bu istiqamətdə maarifləndirmə işi və nəticəyönümlü tədbirlər daha da gücləndirilməlidir.
Məlum olduğu kimi, plastik tullantıların torpaq və su ekosistemində parçalanması üçün 1000 ilədək vaxt tələb olunur. Bu səbəbdən, ətraf mühitin plastik tullantılardan təmizlənməsi dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, təşkil olunan təmizlik aksiyaları sadəcə tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda ətraf mühitin qorunmasına ictimaiyyətin diqqətini cəlb etmək və insanların təbiətə münasibətində müsbət dəyişiklik yaratmaq məqsədi daşıyır.
Yaz fəsli gəldikdə təbii ki, çiyələk bu mövsümün ən sevilən meyvəl

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci

IDEA İctimai Birliyi tərəfindən Kür çayının sahilində və Xəzər dəni

ABŞ prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan Amerikanın k

Türkiyəli məşhur müğənni Ziynet Salinin vəziyyəti pişləşib.

Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılara

Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi ilə bağ

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğ

Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrind

ETH Zürix universitetində çalışan alimlər elektronika tullantılarından q

Bakıda yerləşən 200 saylı məktəb-lisey kompleksinin direktoru işində

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi �

Bakıda Bakubus avtobusu ilə "Toyota Fielder" toqquşub.
