Kriminal
2025-05-15 18:00:00
Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
2025-05-15 17:23:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Barokko Musiqisi Axşamı baş tutub.
2025-05-15 16:43:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Opera Studiyasının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur musiqili komediyası - "O olmasın, bu olsun" tamaşası nümayiş etdirildi. Hər zaman sevilən və aktuallığını qoruyan bu əsər bu dəfə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
2025-05-14 19:07:00
Bakıxanov qəsəbəsində ticarət mərkəzindən gödəkçə oğurlayan şəxs saxlanılıb.
2025-05-14 17:45:00
Mayın 19-da saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun "Nesvij-dünya mədəniyyətinin irsi" adlı sərgisinin açılışı baş tutacaq. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli İncəsənət Muzeyi və "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir. 23 planşetin yer alacağı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdiriləcək.
2025-05-14 15:30:00
Meksikalı influenser Valeria Markes TikTokda izləyiciləri ilə canlı yayım edərkən gözəllik salonuna daxil olan silahlı şəxsin açdığı atəş nəticəsində qətlə yetirilib.
2025-05-14 13:19:00
Beynəlxalq Muğam Mərkəzində Əməkdar müəllim, xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
2025-05-14 12:01:00
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında möhtəşəm gecə əsl musiqi bayramına çevrildi.
2025-05-14 10:24:00
Heydər Əliyev Fondunun dəstəyi ilə IX "Muğam" Televiziya Müsabiqəsinə start verilib.
2025-05-14 00:08:00
Bakıda qətl törətməkdə təqsirləndirilən paytaxt sakinləri - Əli Eybatov, Emin Ələsgərov və Fərrux Qasımovun cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.
2025-05-13 17:45:00
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 19-25 may tarixlərində "3-cü Bakı Müasir Musiqi Günləri" Festivalı keçiriləcək.
2025-05-13 17:20:00
19 may "Nostalji axşam" möhtəşəm qala konsert Bakıda! Bəstəkar Tahir Əkbərin xatirəsinə həsr olunmuş tədbirdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Könül Kərimova, Fərqanə Qasımova, Arzu Əliyeva, Firuzə İbadova, Aşıq Samirə, populyar sənətkarlar Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Xatirə İslam, Aytən Məhərrəmova, Leyla Rəhimova, Səbinə Ərəbli, Pərviz Rəhimov, Əlikram Bayramlı, Rahidə Baxışova, Ramin Skripka, İlham Nəcəfli, Ayşən Mehdiyeva, Nicat Mənsimov, Ayan Tohidi Opera studiyasının səhnəsində çıxış edəcəklər.
2025-05-13 11:58:00
Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedir. Budəfəki ünvan dost Qazaxıstan Respublikasıdır.
2025-05-12 22:13:00
Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
2025-05-12 21:54:00
Bakı şəhər Baş Polis İdarəsi Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovun axtarış dosyesini yayıb.
2025-05-12 17:30:00
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "Kontrabas" monotamaşası ilə Qazaxstanın Kostanay şəhərində keçirilən "MONOFEST" teatr festivalına yola düşür.
2025-05-12 13:39:00
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə konsert keçirilib.
2025-05-12 13:01:00
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xalq artisti Samir Cəfərovun "Sən elə bir zirvəsən" adlı solo konsert proqramı keçirilib.
2025-05-12 09:50:00
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
2025-05-12 09:27:00
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.
2025-05-11 15:53:00
Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təfərrüatı məlum olub. 6 yaşlı uşaq uzun müddətdir işgəncə görürmüş. Atalığı onu soyuq havada həyətdə saxlayır, üzərinə soyuq su tökürmüş.
2025-05-09 13:18:00
Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
2025-05-08 18:06:00
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında və paralel olaraq Bakı Gənclər Mərkəzində "ART OLİMPİA 2025" incəsənət və rəqs müsabiqəsi keçirildi. "ART OLİMPİA 2025" müsabiqəsinə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Ağdaş, Ağdam, Yevlax, Mingəçevir, Oğuz, Şəki, Goranboy və sair bölgələrimizin uşaq musiqi və incəsənət məktəblərindən, mədəniyyət saraylarından iki mindən çox iştirakçı qatılıb. Bu iştirakçılar iki gün ərzində öz nominasiyaları və yaş qrupları arasında incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət, bədii qiraət) üzrə gərgin mübarizə aparıblar. Öz qalibiyyətləri ilə seçilənlər Ağdaş rayon Habil Əliyev adına 1 №-li Uşaq Musiqi Məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası, Ağdam şəhər C.Qaryağdıoğlu adına UİM, Goranboy rayon Düzqışlaq kənd UMM, rəqs incəsənət növündə isə "Qaval Rəqs Ansamblı", "Grasiya İK" qrupu olub. Çıxışlarından sonra iştirakçılar "Azərbaycan Gənclər İttifaqı" İctiami Birliyinin sədri Zakir Əliyev tərəfindən təntənəli şəkildə mükafatlandırılıblar. Müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "GRAND PRİX" adına layiq görülüblər. 2 gün paralel olaraq iki fərqli məkanda təşkil olunan irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: " Bu müsabiqə uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə, gənclər arasında mədəni dialoqun formalaşmasına xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq". Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə, ədalətli seçimlərinə və yorulmadan böyük zövqlə fəaliyyət göstərən 19 nəfərlik dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib. Zakir Əliyev isə qeyd edib: "Öncəliklə, bütün qaliblərimizi təbrik edirəm! Onlara yeni qələbələr və nailiyyətlər arzu edirəm! Növbəti beynəlxalq müsabiqələrimizə isə digər ölkələrin təmsilçilərini də gözləyirik. Azərbaycanı təmsil edəcək komandaları da beynəlxalq müsabiqələrdə görmək istəyirik. Əminik ki, iştirakçılarımız ölkəmizi dünyanın hər yerində layiqincə təmsil edəcəklər".
2025-05-08 15:40:00
Xalqımızın çoxəsrlik mədəniyyət tarixinin əbədiyaşarlığında və inkişafında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Yalnız mədəniyyət deyil, xalqımızın tarixi, onun dünyada tanıdılması və bu kimi ən vacib məsələlər Heydər Əliyevin fəaliyyət sferasının əsas qayəsini təşkil edir.
2025-05-07 23:14:00
Rusiyada adam öldürməyə cəhd edən azərbaycanlılara hökm oxunub.
2025-05-07 22:06:00
6 may tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş "Heydər Əliyev 102" adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib. Konsert proqramının keçirilməsində əsas məqsəd müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək olub. Gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrin iştirak etdiyi tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb. Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənətçiləri və gənc ifaçılar səhnəyə çıxaraq Ulu Öndərin sevdiyi vətənpərvərlik ruhunda mahnıları səsləndiriblər. Eyni zamanda, gənclər tərəfindən şeirlər səsləndirilib və rəqs kompozisiyaları nümayiş olunub. Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və ölkəmizdə gənclər siyasətinin formalaşmasında gördüyü işlər göstərilib. Tədbirin yekununda xatirə fotosu çəkilib.
2025-05-07 16:36:00
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Naxçıvan Rəssamlar Birliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş "AZƏRBAYCANIM" Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri 13,14,15,16 may tarixlərində Xətai Sənət Mərkəzində açılacaq.
2025-05-07 16:20:00
Beynəlxalq Muğam Mərkəzində "Muğam mühazirələri"nin "Zabul segah" a həsr olunan konserti keçirildi.
2025-05-07 16:20:00
Mayın 8-i saat 17:00-da yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsərinin motivləri əsasında hazırlanmış "İrəvanda nəyim qaldı..." tamaşasının premyerası baş tutacaq.
2025-05-06 22:55:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Dirijor Benjamin Yusupovun (İsrail) rəhbərliyi ilə solist - Sarah McElravy (viola, Kanada-Avstriya) dinləyicilər qarşısında çıxış edib. Proqramda S.Argov Süita, Benjamin Yusupov viola və orkestr üçün 2 nömrəli konsert "Transsendent məhəbbət" (dünya premyerası), P.İ.Çaykovski 5 nömrəli simfoniya (op.64) səslənib.
2025-05-06 22:14:00
Bakıda maraqlı dələduzluq hadisəsi baş verib.