Kriminal

Gəncədə 18 yaşlı oğlan qətlə yetirilib

2026-01-07 10:00:00

Gəncədə qətl hadisəsi baş verib.

Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirdi

2026-01-06 17:16:00

2025-ci ildə ölkənin biznes və maliyyə mühitinə daxil olan Bir ekosistemi yenilikləri, innovativ həlləri ilə müştərilərinə yeni imkanlar yaratdı. Birbank, Birmarket, m10 və MilliÖn kimi aparıcı brendlər və Trendyol Azərbaycan, BakıKart kimi birgə müəssisələrlə Bir ekosistemi müştərilərinə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlər təqdim etdi. 

“Alisa möcüzələr diyarında” müasir səhnə texnologiyaları ilə səhnələşdirilib FOTO

2026-01-05 20:38:00

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yeni quruluşda neon üslublu interaktiv müzikal tamaşaçıların ixtiyarına verilib. Dünya ədəbiyyatının məşhur əsərlərindən olan "Alisa möcüzələr diyarında" bu dəfə müasir səhnə texnologiyaları, neon işıq həlləri, musiqi, rəqs və teatr elementlərinin sintezində səhnələşdirilib.

Rauf Abdullayevin vəziyyəti açıqlandı

2026-01-05 19:07:00

Məşhur dirijor, professor Rauf Abdullayevin son durumu açıqlanıb.

"Sarı gəlin" İran telekanalında erməni musiqisi kimi təqdim olundu

2026-01-05 15:10:00

Azərbaycan xalq mahnısı "Sarı gəlin"in Araz Trosyanın (Araz Dareh) ifasında erməni və fars dillərində "Sarı ağçik" musiqisi kimi səsləndirilməsi ilə bağlı araşdırma aparılır.

İşçisini öldürdüyü deyilən biznesmen cəzadan azad edilə bilər Anlaqsız imiş

2026-01-02 19:14:00

Dörd ay əvvəl sahibi olduğu brend mağazanın icraçı direktoru işləyən qadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilə bilər.

Kunqfu üzrə Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi

2026-01-02 18:40:00

Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası Flora Məmmədova tanınmış dərzi-dizayner kimi fəaliyyət göstərib.

"Həmin gün Emil bizdə müştəri idi" Bakıda gecə klubunun qarşısındakı qətlin

2026-01-02 18:12:00

Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb.

Qarpızın içindən narkotik çıxdı

2026-01-01 13:03:00

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib.

Bayram günü 20 nəfər SAXLANILDI

2026-01-01 11:00:00

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Heydər Əliyev Sarayında “Şelkunçik” baleti tamaşaçılara təqdim edilib FOTO

2025-12-31 19:35:00

Yeni il ərəfəsində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Pyotr Çaykovskinin məşhur "Şelkunçik" baleti səhnəyə qoyulub.

2026cı ili necə qarşılamaq olar: Odlu At ilində geyim xüsusiyyətləri – Gülnarə Xəlilovadan tövsiyələr

2025-12-30 18:19:00

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin təsisçisi, dizayner Gülnarə Xəlilova "2026-cı ili necə qarşılamaq olar: Odlu At ilində geyim xüsusiyyətləri" mövzusunda material təqdim edib. Şərq təqviminə görə Yeni il təkcə bayram deyil, həm də yeni enerji mərhələsinə simvolik keçid hesab olunur. İnanca görə, düzgün seçilmiş geyim insanı ilin ritminə kökləyir, uğuru cəlb edir və ilin rəmzinə hörmət ifadə edir. 2026-cı il Odlu At ilidir, bu isə geyimdə dinamikanın, parlaqlığın və özünü azad ifadənin ön planda olması deməkdir. Odlu At ilinin ümumi üslubu At hərəkət, müstəqillik və güc rəmzidir. Bu səbəbdən sərt, sıxıcı və həddindən artıq rəsmi geyimlər uğurlu seçim sayılmır. Görünüş canlı, rahat və fərdiliyi vurğulayan olmalıdır. Daha uyğun seçimlər:     • sərbəst və ya axıcı siluetlər;     • hərəkəti məhdudlaşdırmayan geyimlər;     • zərifliklə aktivliyin harmoniyası. Odlu At özünəinamı qiymətləndirir, buna görə də seçilən geyim rahat olmalı və insanın daxili gücünü ön plana çıxarmalıdır. 2026-cı ilin rəng palitrası Od ünsürü doymuş, isti və ifadəli çalarları diktə edir. Bu rənglər enerji, ehtiras və həyat gücünü simvolizə edir. Ən əlverişli rənglər:     • qırmızı və onun bütün çalarları;     • narıncı, mərcan rəngi;     • qızılı, mis çalarları;     • bordo, terrakota;     • isti qəhvəyi tonlar. Bej, krem və süd rəngi kimi neytral çalarlar da uyğundur, lakin onları fon kimi istifadə edib parlaq aksentlərlə tamamlamaq tövsiyə olunur. Parçalar və fakturalar

Dövlət Mahnı Teatrının EstradaSimfonik Orkestri Şamaxıda çıxış edib FOTO

2025-12-30 18:05:00

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri bölgələrdə mədəniyyətin təbliği məqsədilə növbəti konsert proqramı ilə çıxış edib.

Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və TV üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib

2025-12-30 17:55:00

"Xəzər" Universitetinin "Fikrət Əmirov Konfrans-Kontsert Mərkəzində" Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" - 2025 kino və TV üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Yeni ilə həsr olunmuş inklüziv “Arzuların Rəngi” bayramı keçirilib

2025-12-30 14:54:00

Şərq Bazarında Psixoloji Mərkəz Soulmind tərəfindən təşkil olunan inklüziv Yeni il bayramı "Arzuların Rəngi" baş tutub. Əsas qonaqlar Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr öyrənən 30 istedadlı gənc olub, xəbər verir Trend Life.

80 qəpiyə görə bayramı həbsdə keçirəcək

2025-12-30 13:20:00

Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.

Filarmoniyada abonement konsertləri: musiqi ilə yazılan tarix və sənət yolçuluğu

2025-12-30 12:53:00

2022-ci ildən etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər davam etdirilir. 

Hoteldə 23 minlik oğurluq Kameraya belə düşdülər

2025-12-30 12:05:00

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

“Kiçik Dəniz küçəsi 3” konserti keçirilib FOTO

2025-12-29 19:23:00

Bakı Müasir Musiqi Cəmiyyəti  Beynəlxalq Muğam Mərkəzində "Kiçik Dəniz küçəsi 3" adlı növbəti konsertini keçirib. Cadenza orkestrinin də iştirakı ilə keçirilən ilin son konsertində ən yeni dövr Azərbaycan bəstəkarları - Türkər Qasımzadə, Ayaz Qəmbərli, Tahir İbişov və Səid Qəninin  əsərləri ifa olunub. Hər ilin sonu ənənəvi olaraq keçirilən Kiçik Dəniz küçəsi konsertinin bu ilki proqramında Ayaz Qəmbərlinin "Maqnoliya", "İmpuls", Tahir İbişovun "Şəbəkə", "İşıqdan qopmuşlar", Türkər Qasımzadənin "Orada küylər və göyümtül sarı işıqlar vardı" və Səid Qəninin "Pareidolia", "Postlüd" əsərləri yer alıb. Qeyd edək ki,  konsertdə ifa olunan əsərlərdən üçü - "Maqnoliya", "Şəbəkə" və "Postlüd"ün dünya premyerası gerçəkləşdi. Əsərlər Sənubər Sultanova (violonçel), Humay Hacızadə (viola), Afaq Qarayeva (piano), Humay Qasımzadə (piano), Regina Məcidova (soprano),  BCMS ansamblı və Cadenza orekstrinin ifasında səslənib. Orkestrin dirijoru Samir Əsədov, bədii rəhbəri isə Türkər Qasımzadədir. 

Xalq artisti Baba Mahmudoğlunun 85 illik yubileyi qeyd edilib

2025-12-29 18:36:00

Beynəlxalq Muğam Mərkəzində muğam ifaçısı, Xalq artisti Baba Mahmud oğlu Mirzəyevin- Baba Mahmudoğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın aparıcılığı ilə keçən gecədə professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rəfael Hüseynov, professor Nizami Cəfərov, professor Misir Mərdanov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlı, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Ramiz Göyüşov və digərləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər. Çıxışlarda Baba Mahmudoğlunun sənətsevərlərin xatirində səhnədə ustalıqla yaratdığı parlaq və bənzərsiz obrazları, şaqraq zəngulələri ilə qaldığını deyilib. Vurğulanıb ki, Baba Mahmudoğlu təkcə müğənni deyildi. O orta məktəbi qızıl müdalla bitirən, istedadlı şagird, Neft Akademiyasında təhsil alan nümunəvi tələbə, Seyid Şuşinskinin dərslərində iştirak etmək şərəfinə nail olan tələbə olmaqla bərabər "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradan bir sənətkar olub. Baba Mahmudoğlu həyatı sazla danışan bir ömür, sənətə sədaqətlə yazılmış bir həyatdır. Onun sənəti bu gün də musiqisevərləri bir araya gətirir, bir ruhda kökləyir. Baba Mahmudoğlu 1940-cı ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil almış, öz ixtisası üzrə mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Muğama, musiqi sənətinə olan böyük sevgisi onu təhsil almaq həvəsi ilə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirir.1967-ci ildə bu instituta daxil olan Baba Mirzəyev 1969-cu ildə Azərbaycan Dövlət Akademik Orepa və Balet Teatrına dəvət olunur. 2005-ci ilə kimi fasiləsiz olaraq muğam bölməsinin aparıcı solisti kimi bir çox operalarda baş rollarda çıxış edir. Azərbaycan muğamlarının, xalq mahnılarının mahir ifaçısı olan müğənni uzun illər geniş konsert fəaliyyəti ilə də məşğul olmuş, məlahətli səsi, özünəməxsus ifa tərzi ilə musiqisevərlərin böyük məhəbbətini qazanmışdır. O, Azərbaycan milli musiqi sənətini dünyanın müxtəlif ölkələrində ləyaqətlə təmsil etmişdir. Azərbaycan milli musiqi sənətinin inkişafında xidmətlərinə görə sənətkar 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1993-cü ildə xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olmuşdur.Yubiley gecəsi bədii hissə ilə davam edib. Bədii hissədə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Vasif Məhərrəmli, xanəndələr Zeynal Əhmədov, Nisbət Sədrayeva, Vüsal Qasımov, İlahə Rüstəmova, Aşıq Nəbi, Aşıq Nazim , Aşıq Şahin çıxış ediblər. İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət müşayiət edib. Tədbirin sonunda ailə adından sənətkarın qardaşı Arif Mirzəyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

Filarmoniyada “Kamera Musiqisi Axşamı” adlı möhtəşəm konsert proqramı təqdim olundu FOTO

2025-12-29 18:19:00

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Kamera Musiqisi Axşamı" adlı möhtəşəm konsert proqramı təqdim olundu. Yüksək bədii səviyyəsi və seçilmiş repertuarı ilə seçilən bu musiqi gecəsi dinləyicilərin yaddaşında dərin iz buraxdı. Konsertin birinci hissəsində mahir pianoçu Murad Adıgözəlzadə Azərbaycan Dövlət Simli Kvarteti ilə birgə Robert Schumann'ın Piano kvintetini (Es-dur, op. 44) ifa etdi. Kvartetin üzvləri - Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel) - piano ilə mükəmməl ansambl vəhdəti yaradaraq əsərin romantik lirikasını, dramatik gərginliyini və emosional dərinliyini incəliklə dinləyicilərə təqdim etdilər. İfa o qədər bütöv və ahəngdar səslənirdi ki, sanki bütün musiqi materialı tək bir ifaçının nəfəsi ilə canlanırdı. Axşamın ikinci hissəsində isə Azərbaycanın görkəmli pianoçusu Fərhad Bədəlbəyli Simli Kvartetlə birgə Johannes Brahms'ın Piano kvintetini (f-moll, op. 34) səsləndirdi. Dərin fəlsəfi məzmunu və mürəkkəb dramaturgiyası ilə seçilən bu monumental əsərin yüksək peşəkarlıqla təqdimatı dinləyicilərə zəngin estetik zövq yaşatdı. İfaçıların virtuozluğu və musiqi mətninə emosional, həssas münasibəti konsertin kulminasiya nöqtəsinə çevrildi. "Kamera Musiqisi Axşamı" konserti bir daha sübut etdi ki, Azərbaycan musiqi mühiti yüksək səviyyəli ansambl ifaları və musiqi tarixinin dəyərli nümunələrinin peşəkar təqdimatı ilə zəngindir. Gecə uzun sürən alqışlar və dinləyicilərin böyük rəğbəti ilə yadda qaldı.

Ramil Qasımovdan bayram töhfəsi: İki saatlıq mikrofonsuz, tam canlı performans FOTO

2025-12-29 18:04:00

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Ey, Vətən!" adlı konsert proqramı keçirilib. Bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub. Konsertdə görkəmli vokal ustası, Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımovun ifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdar artist Emil Əfrasiyab, gənc sənətkarlar - Riyad Quliyev, Soltan Əliyev və Tofiq Şıxıyev müşayiət ediblər. Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərin bəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmli şairlərin sözlərinə yazılmış mahnılar oxunub. Azərbaycanın dünya miqyaslı müfəkəkkir şairi, əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçaları səsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan "Nəsimi" operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən bir hissəni ifa edib. Vokalçı həmçinin bildirib ki, 2026-cı ildə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi əsasən Suriyada və İraqda yaşayan türkman irsi mövzusunda yeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək. Musiqi gecəsində həmçinin əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvinin poetik irsinə müraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığında istifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir, böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovanın, librettosu Leyla Qədirzadəyə məxsus "Məhsəti" operasının premyerasından bir hissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiət edib. Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib. Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarının çıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsert zamanı bütün ifalar tam təbii və canlı olub, mikrafondan ümumiyyətlə, istifadə edilməyib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin bu nümunəvi layihəsində olduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstəkləməkdə, onlara tərəfdaşlıq etməkdə davam edəcək. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi

2025-12-29 17:42:00

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının tamaşası keçirildi. Bir əsrdən artıqdır ki  Azərbaycanın müxtəlif teatrlarında bu əsər səhnələşdirilir və müvəffəqiyyətlə ifa olunur.

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib FOTO

2025-12-29 17:37:00

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib

2025-12-29 17:13:00

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyinə həsr olunmuş "25 il sənət yolu" adlı sərginin açılış mərasimi keçirilib.

Filarmoniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi FOTO

2025-12-28 17:38:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi.Klassik musiqinin təntənəsi və bayram əhval-ruhiyyəsinin vəhdətində dinləyicilərə unudulmaz anlar yaşatdı.

Bakı Musiqi Akademiyasında "Şainskiy100" konsertkonfransı keçirildi FOTO

2025-12-28 17:22:00

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında "Klassik musiqinin zamanı" layihəsi çərçivəsində Azərbaycan Dövlət Konservatoriyasının məzunu, istedadlı bəstəkarı və mahnı müəllifinin yubileyinə həsr olunmuş "Şainskiy-100" konsert-konfransı keçirildi.

Gəncə Dövlət Filarmoniyasında “Yeni ilə bizimlə” adlı bayram konsert proqramı keçirilmişdir – FOTO

2025-12-28 17:16:00

Gəncə Dövlət Filarmoniyasında "Yeni ilə bizimlə" adlı bayram konsert proqramı keçirilmişdir.

15 yaşlı vunderkind Aydan Nuriyeva dünya klassikasını Azərbaycan poeziyası ilə birləşdirdi – FOTO

2025-12-28 16:17:00

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında beynəlxalq müsabiqələr laureatı, 15 yaşlı pianoçu Aydan Nuriyevanın iştirakı ilə zərif musiqi-poetik axşam keçirilib.

“IMECin sehrli Yeni il konserti” adlı konsert təqdim olunub FOTO

2025-12-27 14:10:00

Beynəlxalq Muğam Mərkəzi və İMEC Beynalxalq Müsiqi və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "IMEC-in sehrli Yeni il konserti" adlı konsert təqdim olunub. 

Ərinin ölümünü sifariş verən qadına 18 il həbs cəzası verildi

2025-12-27 10:51:00

Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova və onunla birgə mühakimə edilənlərin iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub

2025-12-26 20:39:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "ANİMAFİLM Studio" yaradıcı heyəti ilə görüşüb.