Siyasət
2025-04-21 09:04:00
XXI əsrin kontur xəritəsində yeni geosiyasi fault line-lar - köhnə düzəni və gələcək tektonik dəyişiklikləri bir-birindən ayıran geosiyasi çatlar peyda olur. Bu çatların episentrində - keçmişlə gələcəyin, Kreml borusu ilə öz enerji suverenliyi arasında tarazlıq qurmağa çalışan bir ölkə dayanır: Qazaxıstan. Dünya müharibələrin, sanksiyaların, iqlim çağırışlarının və bazarların yenidən bölüşdürülməsinin təzyiqi altında silkələnir. Bu qeyri-sabit reallıqda "əbədi sabit" marşrutlar artıq mövcud deyil - yalnız çevik adaptasiya edə bilənlər qalır.
2025-04-20 15:28:00
Suriyada ötən il 50 illik Bəəs rejimi devrilib. Bundan sonra Azərbaycanla Suriyanın keçid hökuməti arasında münasibətlər normallaşmağa başlayıb. Azərbaycanın Suriyadakı səfirliyi də artıq fəaliyyətini bərpa edib. Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əş Şaara bu yaxınlarda Prezident İlham Əliyevlə görüşüb.
2025-04-20 09:28:00
Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.
2025-04-20 00:22:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 19-da Heydər Əliyev Sarayında dünyada məşhur 200 nəfərlik "Qelikon-opera" Moskva Musiqili Teatrının quruluşunda "Zoluşka" operasının təqdimatında iştirak edib.
2025-04-19 11:36:00
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi artırılıb.
2025-04-19 11:29:00
"e-mühasibat" informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək.
2025-04-19 11:27:00
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
2025-04-19 10:32:00
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
2025-04-18 21:55:00
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.
2025-04-18 21:06:00
Ukrayna Prezidenti Volodimir Zelenski Odessada NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında deyib ki, ABŞ-la Ukrayna ərazilərindəki faydalı qazıntı yataqlarının işlənməsi üzrə danışıqlar müsbət məcradadır. O yeni görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Ukraynanın dövlət başçısı bildirib ki, aprelin 20-dək davam edəcək müzakirələrdən sonra nümayəndə heyətləri razılaşma ilə bağlı təkliflərini təqdim edəcək: "Bu, əsasən texniki işlərlə məşğul olan heyətlərin görüş idi. Sonrakı mərhələdə müzakirələr həm birbaşa, həm də onlayn formatda davam etdiriləcək". O əlavə edib ki, indiyə qədər hər iki tərəf görüşü müsbət başa vurub.
2025-04-18 20:54:00
Madat Babayan Xocalıda silahsız insanların qətlində iştirakını etiraf edib: "Səhv etmişik"
2025-04-18 19:48:00
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.
2025-04-18 14:28:00
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib.
2025-04-18 13:40:00
Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
2025-04-18 12:41:00
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.
2025-04-18 12:00:00
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadı çıxarmağa hazır olması barədə açıqlaması ilk baxışda görünməmiş bir addım təsiri bağışlaya bilər. Fəqət, sadəcə ilk baxışda.
2025-04-17 21:08:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam etdirilib.
2025-04-17 17:53:00
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun tələbərlərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək.
2025-04-17 17:31:00
Azərbaycan və Gürcüstan arasındakı tarixi və mədəni əlaqələr əsrlər boyu xalqlarımızı bir-birinə bağlamış, iki ölkəni strateji tərəfdaşlığa doğru aparıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və mehriban qonşuluq prinsipləri iki ölkə arasında əlaqələrin müxtəlif sferalarda sürətli inkişafına əsas yön verən amildir. Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatlar da ikitərəfli münasibətlərin inkişaf səviyyəsini bir daha göstərir.
2025-04-17 17:10:00
"Ermənistanla Azərbaycan arasındakı müharibəni unudun".
2025-04-17 15:28:00
Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib.
2025-04-17 15:22:00
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.
2025-04-17 13:59:00
Bu gün yeni ticarət rüsumlarını həyəcanla müzakirə edənlər - sanki futbol matçının ilk hissəsindən sonra ekspertlik edən şərhçilər kimi - əsas məsələni anlamırlar: söhbət taktikalardan yox, oyunun tam dəyişməsindən gedir. Rüsumlar, tariflər, idxal məhdudiyyətləri - səbəb yox, simptomdur. Sükana nəzarət yox, tarixin dönüş nöqtəsində baş verən silkələnmənin əlamətidir. Biz iqtisadi mübarizənin epizodunu yox, post-Bretton-Vuds dövrünün final aktını izləyirik - necə ki, 1971-ci ildə qızıl standartı çökərkən bütün sistem gurultu ilə dağılmışdı, bu gün də eyni səhnə təkrarlanır.
2025-04-17 13:51:00
Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdır.
2025-04-17 13:47:00
Azərbaycan və Sloveniya siyasi dialoqu intensivləşdirib.
2025-04-17 13:37:00
Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar əldə olunub.
2025-04-17 10:25:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib.
2025-04-17 09:55:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.
2025-04-16 22:06:00
15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
2025-04-16 20:02:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında səhifəsində Gürcüstan Prezidenti ilə görüşündən görüntülər paylaşım edilib.
2025-04-16 19:45:00
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb.
2025-04-16 18:09:00
Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.