Bu əlamətlər sizdə də varsa, diqqət edin!


Digərləri 01 Nov 2025 03:03:00 96 0

Bu əlamətlər sizdə də varsa, diqqət edin!

Cəmiyyət arasında kifayət qədər yayılmış olmasına baxmayaraq, çox vaxt fərq edilməyən hipertoniya, yəni yüksək qan təzyiqi, mütəxəssislərə görə səssiz irəliləyən ən təhlükəli sağlamlıq problemlərindən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu xəstəlik illərlə heç bir əlamət vermədən ürək, böyrək və beyin kimi həyati orqanlara ciddi zərər verə bilər.

Son.az xəbər verir ki, kardiyologiya üzrə mütəxəssis Dos. Dr. Mehmet Kaplan yüksək qan təzyiqinin adətən gizli şəkildə irəlilədiyini vurğulayaraq belə deyib:

"Hipertoniya çox vaxt əlamətsiz irəliləyir. Lakin bəzi xəstələrdə baş ağrısı, başgicəllənmə, ürək döyüntüsü, yorğunluq və ya burun qanaması kimi şikayətlər ilə özünü göstərə bilər. Bu əlamətlər gözardı edilərsə, ürək tutması, insult və ya böyrək çatışmazlığı kimi ciddi nəticələrlə qarşılaşmaq mümkündür".

Mütəxəssislər bildirirlər ki, başgicəllənmə, baş ağrısı və ürək döyüntüsü kimi gündəlik həyatda tez-tez rast gəlinən şikayətlər əslində yüksək qan təzyiqinin erkən siqnalları ola bilər. Bu səbəbdən qan təzyiqinin mütəmadi ölçülməsi böyük əhəmiyyət daşıyır. Əvvəllər əsasən yaşlılarda rast gəlinən hipertoniya, bu gün gənc nəsildə də sürətlə artmaqdadır. Dos. Dr. Kaplan qeyd edir ki, bu vəziyyət birbaşa müasir həyatın gətirdiyi stress, düzgün qidalanmama və hərəkətsizliklə əlaqəlidir: