Azərbaycanda güclü torpaq sürüşməsi oldu


Digərləri 22 Sep 2025 19:21:00 54 0

Azərbaycanda güclü torpaq sürüşməsi oldu

Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb.

Leysan xarakterli yağış Astara rayonunda bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşüb.

Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahə torpaq qatı altında qalıb.

Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sözügedən ərazi meşə massividir və meşə təsərrüfatına aiddir. Vətəndaşın müraciəti əsasında həmin əraziyə baxış keçirilib və sürüşmə barədə aidiyyəti üzrə məlumat verilib.


Photo for this news