Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq
Digərləri 22 Sep 2025 16:25:00 92 0
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Çin şirkəti "China Datang Overseas Investment Co." ilə birgə Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumunu (MoU) imzalayıb.
Read this news too: Bakıda avtobusun döşəməsi çökdü, sərnişin yıxıldı FOTO
Son.az xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə saziş İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "China Datang Overseas Investment Co." şirkətinin Baş meneceri Yuanlonq Zhou tərəfindən imzalanıb.
Parkın məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir.
Source: milli.az