Kamaləddin Qafarov: “Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır”
Digərləri 08 Mar 2025 11:00:00 99 0
"Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu məqsədlər üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir". Bu sözləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Bu xəbəri də oxu: Öcalanın çağırışına Moskvadan
Deputat bildirib ki, bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. "Müasir Azərbaycan qadını Vətən torpaqlarını öz canı-qanı bahasına işğaldan azad etmiş qəhrəman övladlar yetişdirən ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır." K.Qafarov ölkəmizdə həyata keçirilən qadın siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb:" Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində layiqincə təmsil olunmaları ilə bağlı məsələlərə xüsusi diqqətlə yanaşır. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən qadın siyasətindən danışarkən ilk növbədə qeyd etməliyik ki, ölkəmizdə bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimizin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb." Deputat bildirib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir."2006-cı ildə dövlət başçımızın sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Elə həmin ildə də Milli Məclis cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Ölkəmizdə 8 Mart - Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. Xüsusi olaraq belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunun getdikcə daha çox yüksəlməsinə misilsiz töhfələr verir. Bu fəaliyyət cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. Azərbaycan dövləti ölkəmizin inkişafında, xalqımızın və dövlətimizin qazandığı uğurlarda qadınların rolunu hər zaman yüksək qiymətləndirir".
ABŞ-nin Avropa İttifaqı, NATO, Ukraynadakı münaqişə və ümumiyyətlə, p

Donald Trampın ikinci prezidentlik müddəti həm müttəfiqlərini, həm də r

"Eşref Rüya" serialının yayım tarixi bəlli olub.

Serbiyada etirazlar zamanı ölkənin mədəniyyət naziri Nikola Selakoviçə h

Kolumbiyanın qərbində iğtişaşlar zamanı cinayətkarlar hüquq-mühafizə

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın

Teleaparıcı Zaur Kamalın maraqlı görüntüsü yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın qərar

Avropa İttifaqının (Aİ) ordusu Fransanın nüvə müharibəsindən danışan

Hansı Bürclər Bir-Biri ilə Yola Getmir?

İctimai fəal Elgiz Qəhrəman "Məclis.info" işi üzrə cinayət m�

Rusiya qoşunlarının cümə günü axşam saatlarında Ukraynanın Donetsk vil

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu,

"Maqazin Plus" da Həmzə Məmmədlinin qonağı olan müğənni Çina

ABŞ-nin keçmiş Prezidenti Barak Obama həyat yoldaşı Mişelsiz ictimaiyyət
