Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü Azərbaycanda faciə
Digərləri 12 May 2025 20:05:00 68 0
Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.
Bu xəbəri də oxu: Çiçəkləriniz solmasın deyə nə etmək olar? VİDEO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.
Belə ki, hadisədən əvvəl F.Talıbov özünə məxsus "Mercedes Vito" markalı avtomobili digər nəqliyyat vasitəsinə qoşaraq ustaya aparmaq istəyib. O, özü yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib və yola çıxıblar. Lakin kənd ərazisində hərəkətdə olarkən xüsusi trosla qarşıdakı avtomobilə bərkidilmiş "Mercedes Vito" idarəetmədən çıxıb.
Bunu görən Fəyyaz maşının aşacağını düşünərək avtomobilin qapısından özünü atmaq qərarına gəlib və belə də edib. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks tərəfdən gələn digər "Mercedes" markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bildirilir ki, yolun ortasında qalmış F.Talıbovu vuran avtomobilin sürücüsü Osman Gözəlov hadisə yerindən yayınıb. O, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb və Masallıya aparılaraq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Son.az
Sovet və Rusiya aktrisası Nina Qrebeşkova 95 yaşında vəfat edib.

"Komedixana"nın ulduzları təkcə səhnədəki yumorları və parlaq

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tikto

"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında s�

Son.az xarici mətbuata istinadla həftəlik bürc proqnozunu təqdim edir:

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Er

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşması

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

18:10 Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə mayın 12-

Ukrayna Prezidenti Volodimir Zelenskinin bir fotosu sosial mediada böyük maraq

Astrologiya insanların fərqli xarakterlərini üzə çıxarır. Bəzi bürclə

Xəbər verdiyimiz kimi, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnst

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatı bu gün özünü ləğv etdi

Vətəndaşlar sahib olduqları evə və qeyri-yaşayış sahəsinə görə əml

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zə
