Körpənizi havaya atıbtutanda 2 dəfə düşünün:
Digərləri 11 May 2025 16:05:00 93 0
Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib.
Bu xəbəri də oxu: Açıqsaçıq geyimdə metroya minib ona baxan kişiləri belə ifşa etdi VİDEO
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanması və göz daxili qanama kimi ciddi sağlamlıq riskləri yarada bilər.
Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Ferunda Demir xüsusilə 1 yaşdan kiçik körpələrə qarşı edilən bəzi yanlış hərəkətlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, bildirib:
"Sevgi göstərərkən geri dönüşü olmayan nəticələrə səbəb ola bilərik."
O, körpələri yelləməyin və havaya atıb tutmağın təhlükələrinə xüsusi diqqət çəkib.
"Yelləmək - doğru bilinən yanlışlardan biridir"
Cəmiyyətdə körpələri ağlamaqdan sakitləşdirmək və ya güldürmək üçün edilən yelləmə, tullanma və havaya atıb tutma kimi hərəkətlərin əslində təhlükəli olduğunu bildirən Dr. Demir deyib:
"Körpələrin baş ölçüsü, bədənlərinə nisbətən daha böyükdür. Bu da baş nahiyəsinə gələn sarsıntıların daha ciddi nəticələrə yol açmasına səbəb olur. Başın irəli, geri və ya yana sarsılması beyin damarlarında yırtıqlara, göz daxili qanamalara və hətta beyin qanamasına səbəb ola bilər."
"Zehni və fiziki zədələr baş verə bilər"
Dr. Demir bildirib ki, sarsıntı nəticəsində yalnız beyində deyil, tənəffüsü idarə edən sinirlərdə də zədələnmələr ola bilər:
"Bu cür travmalar qəfil tənəffüs dayanmasına səbəb ola bilər. Sadəcə əylənmək və ya sakitləşdirmək məqsədilə edilən bu hərəkətlər körpələrdə həyati təhlükə yarada bilər."
Dr. Demir qeyd edib ki, bəzən körpələrin havaya atılıb tavana çırpıldığı və ya yerə düşərək travma aldığı hallar da müşahidə olunur:
"Bu cür qəzalar həm baş, həm də bədən travmalarına səbəb olur. Qalıcı zehni və fiziki zədələr yarana bilər."
"Göz təması sağlam bağlanmanı dəstəkləyir"
Dr. Demir körpələri sevməyin ən düzgün yolunun yumşaq və sakit bir təmas olduğunu vurğulayıb:
"Körpə ilə göz təması qurmaq, onunla danışmaq, mahnı oxumaq, toxunmaq kimi üsullar həm inam yaradır, həm də sağlam bağlanmanı dəstəkləyir. Bunun üçün körpənin bezinin təmiz, qarnının tox və ümumilikdə rahat olması da vacibdir."
Sonda Dr. Demir sarsıntı və ya travma sonrası müşahidə edilə biləcək əlamətləri də sadalayıb:
"Əgər körpə bir nöqtəyə sabit baxırsa, davranışlarında qəribəlik varsa, şiddətli qusma, gözlərdə sürüşmə kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət olunmalıdır. Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər."
Hüseyn Son.az
Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təf

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gü

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.

Sağlam qidalanmanın əsas elementlərindən biri olan çərəzlər həm enerji

"Vremya" verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı la

Müğənni Taleh Yahyayev sərt açıqlamalar verib.

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal

May 2025, bürclər üçün şad xəbərlərlə dolu bir ay olacaq. Xüsusilə b

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sər

2025-ci ilin yayı üçün astroloji proqnozlara əsasən, bəzi bürclər maliy

ABŞ alimləri innovativ gen terapiyası vasitəsilə ağır ürək çatışmazl

Azərbaycan son illərdəki memarlıq inciləri ilə ilk dəfə Venesiyada Beyn�

Xalq artisti Aygün Kazımovanın videosu marağa səbəb olub.
