Cəlilabadda ayaqları tutulan 63 yaşlı qadın sürünərək yaşayır... VİDEO
Digərləri 07 Mar 2025 21:50:00 81 0
Bir neçə gün əvvəl Cəlilabadda yaşayan 63 yaşlı Hürü Zülfüqarovanın sürünərək hərəkət etdiyini əsk etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bu xəbəri də oxu: Ac qalmağın inanılmaz FAYDALARI
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, görüntülərdə qadının ayaqlarının tutulduğu, sürünərək hərəkət etdiyi görünür.
Qadının "İTV"yə bildirdiyinə görə, keçirdiyi ağır xəstəlik onu bu vəziyyətə salıb: "Bakıda "Respublikanski"də (red: Respublika Klinik Xəstəxanası) müalicə almışam. İmkan olmadı daimi müalicələr alım, bir-iki dəfə getdim, sonra gedə bilmədim".
H. Zülfüqarova Qocalar evində qalmaq üçün müraciət etsə də, imtina alıb. Səhhəti isə əlillik təyinatı üçün müraciət etməyə imkan vermir.
Problemlə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Qocalar evinə yaşı 70-dən yuxarı olan və kimsəsiz şəxslər yerləşdirilə bilər.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından isə H. Zülfüqarovanın tibbi müayinələrinin nəticələri və zəruri sənədlərinin yaxın günlərdə Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunacağı qeyd olunub. Həmin sənədlərin hazırlanması ona əlillik təyin olunmasına imkan verə bilər.
Qeyd edək ki, H. Zülfüqarova anasını uşaq ikən itirib və özündən kiçik bacı-qardaşlarına baxdığından ailə qurmayıb. Hazırda isə qardaşı oğlunun himayəsində yaşayır.
Daha ətraflı süjetdə:
Ağcabədidə "Azərişıq"a məxsus avtomobil aşıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

Hollivud aktyoru Mett Deymon görünüşü ilə görənləri məəttəl qoyub.

Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-200

Məlum olduğu kimi, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyy

"Gülsatanların bayramı" adlandırılan günlərdən biri də 8 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabl

Bakı şəhəri və Abşeron yarımadasında torpaq qiymətlərinin artımı mü

Bəzən həyat bizə gözlənilməz, lakin çox sevindirici sürprizlər verir.�

"Nar" 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jur

44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov v

Meyxanaçı Namiq Qaraçuxurlu açıqlaması ilə gündəmə səs salıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri
