Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı
Digərləri 08 May 2025 06:06:00 94 0
Sarımsaq balı, ənənəvi Çin təbabətində yüksək dəyərləndirilir və artıq 2500 ildən çoxdur ki, tətbiq olunan kompleks müalicə sisteminə daxildir. Ancient Digin səhifəsində allergiya tutmaları zamanı sarımsaq balının faydaları barədə məlumat paylaşılıb. Sarımsaq balı mikroblara qarşı və orqanizmi təmizləyici xüsusiyyətlərə malikdir, həzmi yaxşılaşdırır və sarımsağın rahatlaşdırıcı və nəmləndirici təsiri bal ilə mükəmməl uyğunlaşır.
Bu xəbəri də oxu: Moskva meri: "8 Ukrayna PUAsı vurulub"
Son.az sarımsaq bal reseptini təqdim edir:
Niyə məhz sarımsaq balı?
Allergiyanı azaldır - Sarımsaq və balın iltihab əleyhinə xüsusiyyətləri allergiya simptomlarını yüngülləşdirə və ümumi tənəffüs funksiyasını yaxşılaşdıra bilər.
İmmuniteti gücləndirir - Antimikrob və antiviral xüsusiyyətlərə malikdir, bu da orqanizmi qoruyur.
Tənəffüs yollarını qoruyur - Soyuqdəymə, öskürək və digər tənəffüs yolu problemlərinə qarşı rahatlaşdırıcı təsir göstərir.
Həzm sistemini dəstəkləyir - Sağlam həzmi təşviq edir və mədə-bağırsaq problemlərini yüngülləşdirir.
Ürək sağlamlığını yaxşılaşdırır - Qan dövranını sürətləndirir və xolesterinin səviyyəsini azaldır.
Sarımsaq balı necə hazırlanır?
Tərkibi
Təzə sarımsaq dişləri
Orqanik bal
Hazırlanma qaydası
Sarımsağı təmizləyin və xırda doğrayın. Təmiz bir şüşə bankaya yerləşdirin. Üzərinə bal əlavə edin, elə ki, sarımsaq tamamilə balın içində qalsın. Bankanı bağlayın və bir neçə gün otaq temperaturunda dəmlənməyə qoyun.
İstifadə qaydası
Gündəlik sağlamlıq üçün - Hər gün bir qədər sarımsaq balı qəbul edin. Soyuqdəymə, allergiya və tənəffüs problemləri zamanı - Gündə bir neçə dəfə 1-2 çay qaşığı qəbul edin.
Yüksək keyfiyyətli, orqanik məhsullardan istifadə edin. Hər hansı yeni vasitəyə başlamazdan əvvəl həkimlə məsləhətləşin. Əgər bal və ya sarımsağa qarşı allergiyanız varsa, bu vasitədən istifadə etməyin. Sarımsaq balını otaq temperaturunda, şüşə qabda saxlayın. /lent.az Son.az
Teleaparıcı Zümrüd Bədəlova verilişinin olan qadağa siyahısından danı

Alimlərin apardığı yeni araşdırmaya görə, insanların xoşbəxtlik səvi

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni fotoları i

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradı

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaş

''Onsuz da kartımda pul yoxdur'' deyib həmin kartlarınızı k

Xaçapuri - Gürcüstan mətbəxinin ən məşhur və sevilən yeməklərindən

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

30 yaşdan yuxarı şəxslərə çağırış mesajı gəlir

Son günlər yağan aramsız leysan yağışları Hacıqabul rayonunda ciddi fə

"Pakistan xalqı mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvəl�

Rusiya Hava Hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə m
