Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib FƏRMAN
Siyasət 12 Fev 2025 18:06:00 48 0
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib.
Bu xəbəri də oxu: Somali Prezidenti: Bu səfər qardaş ölkələrimiz arasında strateji müttəfiqliyin başlanğıcı deməkdir
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.
Müəyyən edilsin ki, Agentlik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;
Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır;
ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
"Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli;
bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
Xidmət üçün nəzərdə tutulmuş büdcədənkənar vəsaitin qalıq hissəsinin Agentliyə verilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə təmin etməli;
Agentliyin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etməli;
Agentliyin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əmənov
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində qanunsuz taksi fəaliy
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk i
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sad
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiyanın Ulyanovsk vilayətində polis və kəşfiyyat əməkdaşları genişm
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin pr
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi ü
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qard
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Tərəfdaşlığımızın (Somali ilə - red.) mühüm sahəsi beynəlxalq təsi
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Çilinin Santyaqo Universitetindən olan astrofiziklərdən ibarət bir tədqiqa
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, g�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətləri
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyənin məşhur aktyoru Burak Özçivitin Səudiyyə Ərəbistanında 1 mi
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)