ABŞdən İrana maksimum təzyiq
Dünya 07 Fev 2025 22:49:00 74 0
"Fevralın 4-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinə dair sənədi imzaladı. Bununla da Tramp səlahiyyətlərinin icrasına başlamasından cəmi iki həftə sonra İrana qarşı əvvəlki prezidentliyi dövründə yürütdüyü siyasəti davam etdirmək əzmini ortaya qoydu. Amma onu da bildirdi ki, İranla yeni razılaşma əldə olunması tədqirində bu sənədin icra olunmayacağına ümid edir".
Bu xəbəri də oxu: Erməni kəşfiyyatçını səfir təyin etdi
Son.az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.
Bildirilir ki, Tramp eyni zamanda, sələfi Co Baydenin ünvanına sərt tənqidlər səsləndirib və bildirib ki, o, İrana qarşı sanksiyaların icrasını zəiflətməklə Tehran hakimiyyətinin cəsarətlənməsinə şərait yaradıb:
"Nəticədə İran neft sataraq pul əldə edib və həmin pulla həm öz nüvə proqramını, həm də proksi qüvvələri vasitəsilə regional təsirini genişləndirməyə nail olub. Sənədin əsas məqsədi də İran rejiminin bu iki istiqamətdə fəaliyyətini cilovlamaq, necə deyərlər, əl-qol açmasına imkan verməməkdir. Bunun üçün isə İranın neft ixracının qarşısının alınması əsas hədəf kimi qoyulur".
"Milli Təhlükəsizliyə dair Prezident Memorandumu/NSPM-2" adlanan sənəddə ABŞ-nin İranla bağlı siyasəti aydın şəkildə ifadə olunur: "ABŞ-nin siyasəti bundan ibarətdir ki, İranın nüvə silahı və qitələrarası ballistik raketlər əldə etməsinə imkan verilməsin, Tehranın regional şəbəkəsinin və təcavüzkar kampaniyasının qarşısı alınsın, SEPAH və onun proksi qüvvələri zəiflədilsin, onlar destruktiv fəaliyyətlərini təmin edən maliyyə qaynaqlarından məhrum edilsin, İİR-in raket proqramının inkişafı, asimmetrik və adi silahlar istehsalı dayandırılsın. Bunun üçün İrana qarşı mövcud sanksiyaların var gücü ilə işləməsi, onları pozan şəxslər və qurumlara qarşı sərt tədbirlər görülməsi nəzərdə tutulur", - deyə videosüjetdə bildirilir. Son.az
Fələstinin HƏMAS hərəkatı fevralın 8-də üç israilli girovu azad etmək
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Zaqatala şəhərində minik avtomobili aşıb, xəsarət alanlar var.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Müavinət və təqaüdlərdə yaxın zamanlarda artım müşahidə olunac
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Mu
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Astroloqlar deyilər ki, Bürcün üç əlaməti çox yaxın gələcəkdə müh�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Elm və təhsil naziri Emin Əmrullayev son günlər gündəmə gələn diplom p
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyənin məşhur jurnalisti və aparıcısı Fatih Portakal televiziya və
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xəbər verdiyimiz kimi, tevralın 7-də Ermənistanın hərbi təcavüzü nəti
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Xəbər verdiyimiz kimi, tevralın 7-də Ermənistanın hərbi təcavüzü nəti
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Çay, sadəcə gündəlik həyatımızda əvəzsiz bir içki olmaqla yanaşı, s
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Azneft" İstehsalat Birliyinin "Neft Daşları"- Çilov - �
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
7 fevral 2025-ci il tarixdə Azərbaycan - Ermənistan dövlət sərhədində Az
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Amerikalı milyarder İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ Pa
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyənin ən sıx şəhəri olan İstanbulun əhalisi 2024-cü ildə 131 öl
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)