Bank kartları necə talanır? Ciddi XƏBƏRDARLIQ


Digərləri 07 May 2025 14:13:00 80 0

Bank kartları necə talanır?  Ciddi XƏBƏRDARLIQ

Azərbaycanda son dövrlərdə bank kartlarından kütləvi şəkildə vəsaitlərin oğurlanması və vətəndaşların adından qanunsuz onlayn kreditlərin götürülməsi halları artmaqdadır. Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında paylaşım edib.

Son.az-ın məlumatına görə, Osman Gündüz bildirib ki, bu sahədə artan vətəndaş müraciətləri bank sektorunda problemlərin düşündüyümüzdən də ciddi olduğunu ortaya qoyur:

"Son günlər bank kartlarından edilən kütləvi oğurluqlar və bankların məsuliyyəti ilə bağlı paylaşımımızdan sonra bizə çoxsaylı müraciətlər daxil olub. İnsanlar onların xəbəri olmadan adlarına kredit götürüldüyünü bildirirlər və araşdırmalar nəticəsində vəziyyətin həqiqətən də kritik olduğu görünür".

Ekspertin sözlərinə görə, hazırda ölkədə demək olar ki, bütün banklar onlayn kredit xidmətləri təqdim edir. Bu xidmətlər geniş yayılsa da, ciddi riskləri də özü ilə gətirir. Kiberfırıldaqçılar vətəndaşların adından saxta üsullarla kredit götürə bilirlər və vətəndaşlar bu əməliyyatlardan yalnız günlər sonra xəbər tutur. Banklar isə məsuliyyəti üzərlərinə götürmək əvəzinə, "siz təsdiqləmisiniz" cavabı ilə kifayətlənirlər.

Osman Gündüz qeyd edib ki, bankların onlayn kredit prosesində identifikasiya sistemləri zəifdir:

"Qısa araşdırma ilə məlum oldu ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemindən istifadə edir. Digər banklar isə adi üsullarla və ya ən yaxşı halda videozəng vasitəsilə identifikasiya aparırlar. Hətta bəzi böyük banklar öz daxili biometrik sistemlərini yaradıblar, lakin qanunvericiliyə uyğun lisenziyaları yoxdur".

Ekspert həmçinin Mərkəzi Bankın bu məsələyə qarşı ciddi tədbirlər görmədiyini də vurğulayıb. Onun fikrincə, artıq videozənglə identifikasiya sistemi öz aktuallığını itirib, dünya praktikasında isə üstünlük biometrik identifikasiya üsullarına verilir.

"Azərbaycanda da qanunvericilik təkmilləşdirilməli və onlayn kredit üçün yalnız biometrik identifikasiya məcburi olmalıdır. Yalnız lisenziyalı biometrik imzalama vasitələrinə icazə verilməlidir".

Bundan başqa, rəqəmsal savadlılığı zəif olan və bir neçə bank kartı olan vətəndaşlar da risk altındadır. Osman Gündüz bu kateqoriyadan olan şəxslərə bank tətbiqlərində müəyyən təhlükəsizlik imkanlarının - məsələn, onlayn kreditə tam məhdudiyyət qoyma seçimlərinin verilməsini təklif edir.

Sonda o, bankların məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb:

"Mərkəzi Bank bu sahədə banklara qarşı yeni yanaşma ortaya qoymalıdır. Banklar vətəndaşlara "özünüz təsdiqləmisiniz" deyib məsuliyyətdən yayınmamalıdır. Əgər məsuliyyət artırılmasa, bu problemin həlli çox çətin olacaq".

Kənan Son.az


Xəbərə aid fotolar

Bu şəxslərə ŞAD XƏBƏR  Erkən yaşda pensiya kapitalını götürə bilər like
  • 07 May 14:05  
Digərləri Bu şəxslərə ŞAD XƏBƏR Erkən yaşda pensiya kapitalını götürə bilər

Son dövrlər pensiya kapitalından istifadə məsələsi cəmiyyətin diqqət m

arrow Ətraflı
GTA sevənlərə ŞAD XƏBƏR like
  • 07 May 13:49  
Digərləri GTA sevənlərə ŞAD XƏBƏR

Son illər video oyun dünyasında ən çox gözlənilən layihələrdən biri o

arrow Ətraflı
“Mən artıq milyonçuyam” like
  • 07 May 13:24  
Şou-biznes “Mən artıq milyonçuyam”

Şair və qiraətçi Nazilə Səfərli sevincini izləyiciləri ilə bölüşüb

arrow Ətraflı
11 yaşlı qıza qeyrietik hərəkətlər edən ilahiyyatçı həbs olundu like
  • 07 May 13:06  
Digərləri 11 yaşlı qıza qeyrietik hərəkətlər edən ilahiyyatçı həbs olundu

Abşeron rayon Məhkəməsində 11 yaşlı qıza qarşı seksual hərəkətlər

arrow Ətraflı
Sabah 29 dərəcə isti olacaq like
  • 07 May 13:01  
Digərləri Sabah 29 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bir zamanlar səhnələrin ulduzu idi, indi "Mall"da oxuyur  VİDEO like
  • 07 May 13:00  
Şou-biznes Bir zamanlar səhnələrin ulduzu idi, indi "Mall"da oxuyur VİDEO

Bir zamanların məşhur türkiyəli müğənnisi Nezin yeni görüntüləri yay

arrow Ətraflı
Faciəvi qəzada ölən gənclərin FOTOsu like
  • 07 May 12:55  
Digərləri Faciəvi qəzada ölən gənclərin FOTOsu

Mayın 3-də Oğuz rayonunda "Toyota" markalı avtomobilin ağaca çı

arrow Ətraflı
Neftqaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! like
  • 07 May 12:53  
Digərləri Neftqaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!

KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirak imkanlarının

arrow Ətraflı
Vəfa toylardan qazandığı qonorarı açıqladı like
  • 07 May 12:45  
Şou-biznes Vəfa toylardan qazandığı qonorarı açıqladı

Tanınmış müğənni Vəfa Şərifova toylarda çıxış üçün aldığı qon

arrow Ətraflı
Ağcaqanad dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ  Vacib faktlar like
  • 07 May 12:38  
Digərləri Ağcaqanad dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ Vacib faktlar

Yayın gəlməsinə hələ zaman olsa da, ağcaqanadlar indidən çıxıb. Belə

arrow Ətraflı
Paşinyan aciziklə ümidsizlik arasında like
  • 07 May 12:27  
Siyasət Paşinyan aciziklə ümidsizlik arasında

44 günlük İkinci Qarabağ Müharibəsində total məğlubiyyətdən sonra Nik

arrow Ətraflı
Nəsrin Cavadzadə iç geyimində balkona çıxdı like
  • 07 May 12:09  
Şou-biznes Nəsrin Cavadzadə iç geyimində balkona çıxdı

Türkiyənin tanınmış aktrisası Nəsrin Cavadzadə Pamir Pekin ilə yaşad�

arrow Ətraflı
Mayın əvvəli bu 5 bürcün həyatı dəyişəcək  İşinizdə ehtiyatlı olun like
  • 07 May 12:00  
Digərləri Mayın əvvəli bu 5 bürcün həyatı dəyişəcək İşinizdə ehtiyatlı olun

2025-ci ilin may ayının əvvəlində bəzi bürcləri həyatlarında mühüm d

arrow Ətraflı
Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu like
  • 07 May 11:59  
Dünya Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu

Pakistan Ordusunun Kəşmirdə nəzarət xətti boyunca həyata keçirdiyi dəqi

arrow Ətraflı