Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidirmi? – AÇIQLAMA
Digərləri 04 Yan 2025 11:39:00 73 0
Son vaxtlar sosial şəbəkələrində əməliyyat zamanı canlı yayım edən və ya əməliyyatla bağlı görüntüləri paylaşan həkimlərə tez-tez rast gəlirik. Xüsusilə bu görüntülər "TikTok" platformasında daha geniş yayılıb. Bu hallar ictimaiyyətdə birmənalı qarşılanmır.
Bu xəbəri də oxu: Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış edilib
Bəziləri həkimlərin əməliyyat videolarını paylaşmağını peşələrinə zidd hesab edir və yaxud belə həssas görüntülərin paylaşılmasını doğru hesab etmir.
Son.az xəbər verir ki, tibb eksperti, professor Adil Qeybulla bizim.media-ya açıqlamasında məsələylə bağlı öz mövqeyini bildirib.
O hesab edir ki, burada həm mənəvi, həm də hüquqi məsuliyyət var.
Xəstənin icazəsi, şəxsi razılığı olmadan onunla bağlı tibbi prosedurun ictimailəşdirilməsi qadağandır, hüquqi pozuntudur.
Adil Qeybulla bu paylaşımları həkim reklamı hesab etsə də, bunun tərəfdarı olmadığını deyib:
"Fikrimcə, həkim reklamları qadağan olunmalıdır. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biyabırçılıqdır. Bunlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir".
Bəs, sözügedən məsələnin psixoloji tərəfləri nədir?
Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə həkimlərin əksəriyyəti əməliyyatları reytinq xətrinə paylaşırlar:
"Əlbəttə, bu, psixologiyası zəif olan, psixoloji profilaktikası olmayan insanlara mənfi təsir göstərir. Əməliyyat prosesinin paylaşılması etik baxımdan da düzgün deyil. Həmçinin qarşı tərəfdə həyəcan, təşviş pozuntusu, qorxular yarada bilir. Hətta əməliyyata hazırlaşan insanlar, belə görüntülərdən sonra fikrindən dönə bilir. Tövsiyyəm budur ki, həkimlər bu prosesi xəstəni göstərmədən yox, danışaraq bildirsələr daha yaxşı olar".
Ötən gün həyatını itirən Türkiyənin sənətçisi Ferdi Tayfurun sevənl
Boza, qış aylarının vazkeçilməz içkisidir. Onu qovrulmuş noxudla birlikd
Yanvarın 4-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava ş�
Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkova aeroportunda uçuşlara məhdudi
Bu gün - 31 dekabr AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embrae
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Rusiyanın "Airbus A321" sərnişin təyyarəsi Misirin Şarm əl-Şey
Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Qazaxı
Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat h
Hindistanda magistral yolda video çəkmək istəyən yutuberləri maşın vurub
Amerikalı müğənni Billi Aylişin "Birds of a Feather" mahnısı 20
ABŞ Prezidenti Co Baydenin əlində və çənəsində sirli göyərtilər müş
Azərbaycanda azı 5 ali təhsil müəssisəsi 2025-ci ilə rektoru olmadan daxi
ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə İsrailə 8 milyard dol
Müğənni Şəbnəm Tovuzluya Türkiyənin Ortaköy ərazisində 160 min dollar