IATA qəzanın şəffaf araşdırılmasını tələb edir
Digərləri 30 Dek 2024 13:39:00 80 0
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 25 dekabrda baş vermiş "Azərbaycan Hava Yolları" (AZAL) təyyarə qəzasının hərtərəfli, qərəzsiz və şəffaf şəkildə araşdırılmasına çağırıb.
Bu xəbəri də oxu: Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb
Son.az xəbər verir ki, bu barədə IATA-nın baş direktoru Villi Uolşun bəyanatında deyilir.
"Mülki hava gəmiləri heç bir halda, nə məqsədli, nə də təsadüfən hərbi əməliyyatların hədəfi olmamalıdır. Bir sıra ölkələrin, o cümlədən Rusiya və Azərbaycanın hökumətlərinin açıqlamalarına görə, AZAL-ın 8243 saylı reysi ilə uçan təyyarənin qəzasının hərbi əməliyyatlar nəticəsində baş verməsi ehtimalı çox yüksəkdir. Bu fakt araşdırmanın dəqiq, şəffaf və qərəzsiz aparılmasının xüsusi əhəmiyyətini vurğulayır.
Dünya, Çikaqo Konvensiyasına əsasən beynəlxalq öhdəliklər çərçivəsində, 30 gün ərzində araşdırmanın aralıq hesabatının dərc olunmasını gözləyir. Əgər bu faciənin səbəbinin hərbi əməliyyatlar olduğu təsdiqlənsə, məsul şəxslər cavab verməli və ədalət qarşısında dayanmalıdır", - deyə IATA-nın baş direktoru Villi Uolş bildirib.
Xatırladaq ki, dekabrın 28-dən 29-na keçən gecən "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
Türkiyədə bir kişi xilas etdiyi göyərçinə Osman adını qoyaraq onunla �
Xaşın insan orqanizmi üçün xeyirli bir yemək olduğunu bilirik. Amma bu ye
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik v
Azərbaycanda dekabrın 31-də hava şəraitinin yağıntılı keçəcəyi gözl
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Dekabrın 25-də Aktau şəhərinin yaxınlığında "Azərbaycan Hava Yoll
İki gün əvvəl Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol qəzası bütün
Bakı-Aktau istiqamətində uçuş həyata keçirən "Gulfstream" tipl
Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
"Psixoloji problemləri yaranıb, deyir ki, niyə oxumalıyam?"
"BakuBus" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında A
Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında is
Yeni ilin ilk saatları sevdiklərimizlə daha çox vaxt keçirdiyimiz, xoşbəx
PKK lideri Abdullah Öcalan DEM Partisi millət vəkilləri ilə etdiyi görü�