Qəzada sağ qalan Kristina "Quşun mühərrikə dəymə səsinə bənzər səs eşitdik"
Digərləri 25 Dek 2024 19:41:00 71 0
Aktauda baş verən təyyarə qəzasında sağ qalanlardan biri Vladivostok sakini, 34 yaşlı turizm işi ilə məşğul olan Kristina Evstiqneyevadır.
Bu xəbəri də oxu: Oğlu aviaqəzada xəsarət alan ata: "Səkkiz nəfər getmişdilər..."
Son.az xəbər verir ki, o, iş üçün Bakıda idi və bu gün təyyarə ilə evinə qayıdırdı.
Kristina qəzadan əvvəl təyyarədə baş verənlərdən danışıb.
O bildirib ki, təyyarə yerə endiyi zaman oturacaqlardan yapışıb:
"Özümə gələndə gördüm ki, sağ tərəf partlayıb. Toqquşmadan əvvəl təyyarə təxminən 1 saat havada dövr edib. Stüardessa sərt eniş olacağı barədə xəbərdarlıq etdi. Dedi ki, başınızı aşağı salın. Eniş zamanı quşun mühərrikə dəymə səsinə bənzər zərbə səsi eşitdik. Yerə dəyəndə huşumu itirmişdim. Ayılanda özüm kabinəni tərk etdim, məni həkimlər qarşıladı".
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir. (bizimmedia)
İstanbulda şagirdləri daşıyan avtobus aşıb, 3-ü uşaq olmaqla 10 nəfər
Təyyarədən daha bir video yayılıb.
Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatd�
Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nomi
"TikTok"da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahi
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qro
Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə ye
Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyar
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 31-də Bakı
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin g�
İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" av
Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Med
Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təş
Azərbaycanda süni intellekt laboratoriyası yaradılacaq.