"Onlar yəqin "hacıleylək"lə həyata gəliblər"
Şou-biznes 29 Noy 2024 19:04:00 117 0
"Azərbaycan kişisi qadının adını çəkmir, "Evdəkilə" deyir"
Bu xəbəri də oxu: "Ağadadaş baltanı atanda Nurəddinin başına dəyəcəkdi"
Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" podkastının bu dəfəki qonağı aktyor Kamran Ağabalayev olub.
Son.az bildirir ki, qonaqla qadın-kişi, ailə mövzusunda müzakirə olunub:
"Mən sənə yaxın münasibətin abbreviaturasını versəm və səni qane eləsə və məncə qane etməlidir: "Soul emotional exchange " burada niyə Allahdan uzaq qalasan? Yəni bir çox kitablar, qaydalar var ki, orada əlaqə zamanı zikr edə bilərsiz deyə deyilir. Ən azından 2 alimin adını çəkmək olar ki, onlar əlaqə zamanı zikr etməyi təsdiqləyir. Yəni kimdən nəyi gizlədirik? Yaradılış var, yaradan var mən nəyi gizlədirəm? Mən niyə gizlədirəm? Mən bunu ritual hesab etmirəm bu işin dediyim kimi "soul" tərəfi var. Yəni fizika tərəfindən baxsaq, bu olur heyvani instinq, amma bunun qəlbən olan tərəfi də var axı. Bizdə bu mövzu həmişə ayıb olub, qoyublar qırağa. Niyəsə bu hissdən utanırlar amma həmin anda enerji partlaması olanda heç kim utanmır və utanmamalıdırlar. Bəs o anda utanmadığınız şeyi danışanda niyə utanırsız? Mən demirəm bunu bar-bar bağırmaq lazımdır, amma bir şeydən ki, siz dünyaya gəlmisiz bunun ayıb olduğunu niyə düşünürsüz? Mənə çox ok-dir bu abbreviatura seks: Qəlblərin qarşılıqlı dəyişilməsi - hər şey varda bunun içində.
Düşünürsüz ki, Azərbaycan kişisi öz qadınını müqəddəsləşdirir? - Mən belə düşünmürəm. Azərbaycan kişisi həyat yoldaşını müqəddəsləşdirsəydi, nə dərdi? Azərbaycan kişisi daha çox özünü müqəddəsləşdirib. Evdəkilər... Səncə evdəkilər demək müqəddəsləşdirməkdi? Yəni sən bir insanın heç adını çəkmirsən. Adını çəkməyə-çəkməyə belə üzr istəyirsən. Mən çox istərdim yaxşı mənada bəylər öz xanımlarını müqəddəsləşdirsinlər, amma elə deyil, bu sadəcə qəlibləşdirmədir. Son hansı filmdə Azərbaycan qadınının mətbəxtə olmadığını görmüşük? Bu bir azda qadınların günahıdır, çünki buna qarşı biraz aktiv mübarizə aparmalısınız. Bu danışdıqlarımızı əxlaqsızlıq kimi düşünənlər özlərini qəbul etməyənlər, valideynlərini qəbul etməyən adamlardır. Onlar yəqin hacıleyləklə həyata gəliblər.
Bəzi qadınlar qadın olmadan qocalmaqdan qorxurlar. Elə bilirsən bütün qadınlar qadın olub qocalırlar? Mən bilirdim ki, bu mövzu əvvəl-axır biz kişilərin başında çatlamalı idi. Bu işdə bizim günahımız yüz faiz var. Biz sizi ya qadın edə bilirik, ya da edə bilmirik. Bu qarşılıqlı olmalıdır. Bir tərəfli necə tenis oynaya bilərsən? Ancaq divarla bunu edə bilərsən . Divarlada oynasan qocalırsan. Ancaq qarşılıqlı oynayırıqsa, sən mənə özümü kişi hiss etdirməlisən, mən də sənə qadın olduğunu. Bu təbiət hadisəsidir də, təbiət bizi belə yaradıb. Təbiət bizi yaratmamışdı ki, biz binalar tikəcəyik, evimiz, maşınımız olacaq. O bizi yaratmışdı ki, bu agaclardır, bu qadındır, bu sənsən, bu isə ovdur. Gedirsən ova, gəlirsən ocağın qoruyucusu var, onu xoşbəxt etməlisən. Çox kiçik xoşbəxtliyimiz vardır, amma yenə də deyirəm bu qarşılıqlı olmalıdır. Qadın, qadın olmadan qocalırsa, bu bədbəxtlikdir. Eyni şey kişiyə də aiddir. Çox kişilər də kişi olmadan qocalırlar. Bir daha deyirəm bu qarşılıqlı olmalıdır tenisdəki kimi "t" dedim aaa..".
Dövlət İmtahan Mərkəzi (DİM) 1 dekabr 2024-cü il tarixində Azərbaycan R
Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.
Suriya üsyançıları şimal-qərbdə böyük hücuma keçərək ərazilər əl
Əməkdar artist Vasif Məhərrəmlinin canlı yayımda çətin vəziyyətə dü
Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili istefa verib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Rusiya Ermənistana polkovnik Aleksandr Qoryanovu hərbi attaşe təyin edib.
Evdə pizza hazırlamağın ən rahat üsulu - hazırlanma qaydası
Soyuducu seçimi hər ailə üçün vacib bir addımdır və LG soyuducusu ehtiy
"İtirdiklərim sadəcə əzizlərim olub. Onlar üçün darıxıram. Olsay
Qarşılıqlı anlaşmaya əsasən, Azərbaycanın iki vətəndaşı Rusiyadan e
Dekabr ayında qış fəslinə uyğun olan tutqun, buludlu, soyuq hava şəraiti