Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib FOTO
Digərləri 29 Noy 2024 11:52:46 116 0
"Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-ə çatıb.
Bu xəbəri də oxu: Konsertlərini təxirə saldılar
"Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
"Startap" şəhadətnaməsi almış KOB subyektləri və layihələri:
- "Navimax" MMC - GPS izləmə platforması,
- Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün "Bazardan" mobil tətbiqi;
- "Firstit" MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq;
- "Oenva" MMC - onlayn intellektual oyun platforması;
- "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma;
- "Kiber Təhlükəsizlik Platforması" MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma;
- "E-mza" MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma;
- "Mopsn" MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.
Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb. "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Bayden, Trump-ın Kanada və Meksikaya qarşı tarif təhdidinin 'əks-məhs
Sərnişinlər bildirib ki, Binəqədi şosesindən keçməklə hərəkət edən
Cənubi Okeanın dərinliklərindən çıxan sirli səslər elm adamlarını hey
"Bu sistemin tətbiqi həm regionların inkişafı və dövlət büdcəsin
Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əm
Respublika Klinik Xəstəxanasında təmir aparılması xəstələr üçün çə
İmmuniteti gücləndirmək və viruslu xəstəliklərin qarşısını almaq ü�
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menec
"Hyundai"nin fabrikində 3 nəfər müəmmalı şəkildə ölüb.
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini m
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Azərbaycan Mərkəzi Bankı (AMB) 29 noyabr tarixindən etibarən valyuta məz�
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasi