ITFC Azərbaycanda yeni əməkdaşlıqlara can atır
Digərləri 28 Noy 2024 08:17:00 76 0
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda 10-a yaxın bank və maliyyə institutu ilə maliyyələşmə xətlərinin yaradılması üçün əməkdaşlıq etməyi planlaşdırır.
Bu xəbəri də oxu: "Jaguar" 3 min avtomobilini
Son.az xəbər verir ki, bu barədə Trend-ə ITFC-nin baş əməliyyat direktoru Nazim Nurdəli deyib.
"ITFC iki əsas sahəyə diqqət yetirir: ticarətin maliyyələşdirilməsi və ticarətin inkişafı. Mərkəzi Asiya və Azərbaycanı əhatə edən TCCA+ proqramı ticarət və biznesin inkişafına kömək etmək məqsədi daşıyır. Ticarətin maliyyələşdirilməsi sahəsində bizim regionda mövcudluğumuz çox əhəmiyyətlidir və Azərbaycandan kənara da yayılır", - deyə o qeyd edib.
N.Nurdəli vurğulayıb ki, ITFC Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrdə ticarətin maliyyələşdirilməsi ilə fəal məşğul olur:
"Ötən ildən biz Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə səylərimizi gücləndirmişik. Əvvəllər, 2009-2014-cü illər arasında bir çox əməliyyatlar apardıq. Azərbaycanda əsas müdaxiləmiz yerli banklara maliyyə xətləri təqdim etmək, onların kiçik və orta sahibkarlığa (KOS) resurslarımıza çıxışına dəstək olmaqdır".
Baş əməliyyat direktoru həmçinin qeyd edib ki, ITFC Özbəkistanda 12 bankla əməkdaşlıq edərək güclü əlaqələr qurub.
"Biz hazırda analoji modeli Tacikistan, Qırğızıstan və Azərbaycanda tətbiq edirik. Özbəkistandakı tərəfdaşlığımız 2018-ci ildə bir bankla başlayıb və bu müddət ərzində 12 banka qədər genişlənib. Biz maliyyə xətti yaratmaq üçün 10-a yaxın bank və maliyyə institutu ilə əməkdaşlıq etməyi planlaşdıraraq bu uğuru Azərbaycanda da təkrarlamağı hədəfləyirik.
Azərbaycanda əsas diqqətimiz vasitəçi kimi yerli banklar vasitəsilə maliyyələşdirmənin təmin edilməsinə yönələcək. Biz idxal-ixrac fəaliyyətləri üçün 20 milyon ABŞ dolları ilə 30 milyon ABŞ dolları arasında maliyyə xətti təmin etmək niyyətindəyik, sonra bu banklar tərəfindən onların əsas KOS müştərilərinə paylanacaq. Bu yanaşma özəl sektorun mühüm rol oynadığı Azərbaycanın dinamik iqtisadiyyatına uyğundur", - deyə o bildirib. Son.az
Bakının bir sıra küçə və prospektlərində COP29 zolağı qüvvədən dü
İqtisadiyyat nazirinin müşaviri Manaf Bayramova ağır itki üz verib.
Ucuz maşın seçərkən bir neçə amil nəzərə alınmalıdır ki, həm qiym�
Ermənistanın müvafiq ordu birləşmələrinə yeni komandanlar təyin edilib.
Yer 29 noyabr gecəsi güclü maqnit fırtınası ilə üzləşəcək.
Ötən ay Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəz
TikTok 18 yaşdan kiçik gənclərə gözlərini süni şəkildə böyütməyi,
Prezident Ərdoğanın seriallardakı şiddət məzmununa göstərdiyi reaksiyad
Bürcün müxtəlif əlamətlərinə necə "podxod" etmək olar - Sirl
Son dövrlər sosial şəbəkələr üzərindən onlayn qızıl satışı ilə m
Əməkdar artist Nigar Şabanova plastik əməliyyat etdirdiyi açıqlayıb.
Aktrisa və aparıcı Zümrüd Qasımova "Gün ortası" verilişinin
Vaxt keçdikcə paltaryuyan maşında kir yığılır, Yığılmış kir səbəb