Günün qoroskopu: Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq


Digərləri 21 Noy 2024 00:01:00 99 0

Günün qoroskopu: Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - ailə üvləri ilə təmaslarda emosional olmayın. Hisslərinizi cilovlamasanız, planları dəyişmək məcburiyyətində qalacaqsınız. İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə güvənirlər.

Günün ikinci yarısında kiçik qıcıq və sərtlik çalışdığınız kollektivdə böhran yarada bilər. Mübahisələrdə hisslərə aldanmayın.

Axşam saatlarında bir problemi həll edə biləcəksiniz.

Buğa - sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində uğurlu irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel bağladığınız insanlardan dəstək alacaqsınız.

Günün ikinci yarısında işdə rəhbərliklə, kommersiya fəaliyyəti müstəvisində isə alıcı və ya satıcı ilə müzakirələr aparmaq olar. Enerji ilə qüvvələrinizi bərabər paylaşsanız, ciddi nailiyyətlər əldə edəcəksiniz.

Ailədəki mühit xoşunuza gəlmirsə, onu dəyişin. Ab-havanın yenilənməsi çətin olsa da, mümkündür. İnadkar, əzmkar olun. Bütün hallarda yaxınlarınızla təmaslarda soyuqqanlı və təmkinli davranın.

Əkizlər - daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün əlverişli zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına başlamaq olar. Yeni mebel almaq üçün münasib vaxtdır.

Günün ikinci yarısı kommersiya üçün yaxşıdır. Sərfəli anlaşmalar, gəlir vəd edən müqavilələrə nail ola bilərsiniz. Daşınmaz əmlak almaq və satmaq olar.

Yaxınlarınız sizdən onların işlərində iştirak tələb edəcəklər. Qıcıqlanmayın, səbrli olun. Onlar, sadəcə, sizdən diqqət istəyirlər. Qayğıkeş olun və belədə ailə üzvləriniz sevinəcəklər.

Xərçəng - yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış fəaliyyət olmadan işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil. Əks təqdirdə bir müddət sonra yerinizdə saydığınızı görəcəksiniz. Əhvalınız dəyişə bilər.

Günün ikinci yarısında depressiyaya qapılmayın, bədbin olmayın. Bəzi adamlarla birbaşa yox, elektron poçt vasitəsilə ünsiyyət məsləhətdir.

İstək və niyyətləriniz ailə üzvlərinin istəklərinə uyğun olmaya bilər. Yalnız öz işlərinizlə məşğul olsanız, dəyər verdiyiniz insanlarla münasibətlərinizə zərbə dəyə bilər. Təşəxxüs, təkəbbürdə suçlanmağınıza səbəb yaratmayın.

Şir - pozitiv düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun rəhnidir. Yaxın ətrafınızdakı insanlar arasında biri yaxın tərəfdaşınız ola bilər. Yardım və dəstək olmadan bugünkü işlərin öhdəsindən gələ bilməyəcəksiniz.

Sizə laqeyd qalmayan adama minnətdarlıq etməyi unutmayın.

Günün ikinci yarısında uğurlar və nailiyyətlərinizlə fəxr etməyin. Sadə, təvazökar olun.

Axşam saatlarını aktiv istirahətə, yaxınlarınızla ünsiyyətə həsr edin. Sevdiyiniz işə vaxt tapsanız, əla olar. Münasibətləri möhkəmləndirməyə çalışın.

Qız - ətrafınızdakı insanlarla davranışda eqoist olmayın. Unutmayın ki, eqosentrizm yaxşı heç nə vəd etmir. Səmimiyyət can atdığınız nəsnəni asanlıqla əldə etməyinizin əsas şərtidir. Məqsədə çatmaq üçün nəyisə qurban verməlisiniz.

Günün ikinci yarısında qarşınıza real hədəflər qoyun, prioritetləri müəyyənləşdirin. Karyera sizin üçün daha vacibdirsə ailə işlərinin bəzilərini təxirə salmaq olar.

Günün ikinci yarısında dəvət aldığınız məkana yollanın. Axşam saatlarını xoş məclisdə keçirmək şansınız var. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.

Tərəzi - gərəkli informasiyanı uzun müddətdən bəri tapa bilmirsinizsə, onu alternativ mənbələrdə arayın. Yaradıcılıq fəaliyyəti o qədər də yaxşı deyil. Yaxın ətrafınızdakı insanlar sizi layiq olduğunuz səviyyədə dəyərləndirmirlər.

Günün ikinci yarısınşa iştahınıza hakim olun. İdeal tərəfdaş və tam sadiq müttəfiq aramayın. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Səmimi olmağa çalışın.

Əqrəb - yeniliklərin əxz olunması və yeni biliklərin əldə edilməsi üçün əlverişli zamandır. Fəaliyyət arealının genişləndirilməsinə ehtiyac duyulur. Bir qədər tək qalın, müstəqil çalışın. Bu minvalla təhlükəsizlik hissini gücləndirə bilərsiniz.

Günün ikinci yarısında əldə edəcəyiniz məlumat peşəkar fəaliyyət sahəsində irəliləyişlə yanaşı, əlavə gəliri də təmin edə bilər.

Axşam saatlarında stressdən qurtulun. Yaxınlarınızla birlikdə istirahət edin.

Oxatan - işgüzar fəaliyyət müstəvisindəki vəziyyət birmənalı deyil. Narahatlıq, nigaranlıq hissləri sizdə şübhələndiyiniz adamı ifşa etmək istəyi yarada bilər. Belə situasiyanı obyektiv izah etmək asan deyil. Axı böhran üçün heç bir obyektiv səbəb yoxdur.

Günün ikinci yarısında sakitləşin. Fəaliyyət aktivliyini bir qədər azaltmaq da olar. Situasiyaya bir qədər fərqli baxın.

Cari məişət qayğılarını çözmək gərəkdir. Axşam saatlarında müttəfiq və tərəfdaşlarla görşün. Romantik təmasları ertələyin.

Oğlaq - diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə qayğı ilə yanaşırlar. Onlar sizi tərifləyəcək, ideya və layihələrinizdə dəstəkləyəcəklər. Lakin bu durumdan sui-istifadə etməyə, ifrat dərəcədə yararlanmağa çalışmayın.

Günün ikinci yarısında nüfuzunuza xələl gətirə biləcək addımlar atmayın. Ailədəki mühiti yaxşılaşdırmaq üçün əlverişli zamandır. Harmonik münasibətlər ailə üzvləri ilə təmaslardakı müəyyən çətinlikləri aradan qaldıracaq.

Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq.

Dolça - yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız işlərə onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə məsələlərində isə emosiyalara uymayın.

Günün ikinci yarısında diqqətli, sərvaxt davranın. Real situasiyanı nəzərə alaraq məntiqi qərarlar verin.

Uzaq qohumlar və dostlardan birinə yardım gərəkdir.

Qohumların arasında ağır vəziyyətə düşənə, çətinliklə üzləşənə kömək edin.

Balıqlar - bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o qədər də xoş olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr yayanlar var. Köhnə borcu qaytarın. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə müşahidə edin. Vəziyyəti münaqişə həddinə çatdırmayaraq problemi həll etməyə çalışın.

Günün ikinci yarısında romantik hisslər, təəssüratlar və emosiyalarınızı etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə çıxmaq gərəkdir.

Normal istirahət etməyə çalışın.

Son.az

29 yaşlı Rəşad faciəvi şəkildə öldü like
  • 20 Noy 23:51  
Digərləri 29 yaşlı Rəşad faciəvi şəkildə öldü

23:51 Biləsuvar rayonunda 29 yaşlı oğlanın dəm qazından boğulmasını

arrow Ətraflı
Bayden 82 yaşında like
  • 20 Noy 23:49  
Dünya Bayden 82 yaşında

Prezident Bayden çərşənbə günü 82 yaşını qeyd edib və Amerikanın pos

arrow Ətraflı
Zelenski: ABŞ maliyyəni kəsərsə, Ukrayna uduzacaq like
  • 20 Noy 23:44  
Dünya Zelenski: ABŞ maliyyəni kəsərsə, Ukrayna uduzacaq

24-cü Mexanikləşdirilmiş Briqadanın EPA hərbçiləri 18 noyabr 2024-cü il

arrow Ətraflı
“İnanırsınız, bilmirəm niyə… Yəqin başım çıxmır… " like
  • 20 Noy 23:27  
Şou-biznes “İnanırsınız, bilmirəm niyə… Yəqin başım çıxmır… "

"Qürbətdə yaşayan həmvətənlilərim mənə həmişə sual verirdilər

arrow Ətraflı
Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq like
  • 20 Noy 23:22  
Digərləri Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sabah Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yara

arrow Ətraflı
Məktəbli faciəvi şəkildə öldü like
  • 20 Noy 23:12  
Digərləri Məktəbli faciəvi şəkildə öldü

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

arrow Ətraflı
Ukraynadakı səfirliyimiz vətəndaşlara müraciət etdi like
  • 20 Noy 23:01  
Dünya Ukraynadakı səfirliyimiz vətəndaşlara müraciət etdi

Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib.

arrow Ətraflı
Daha 20 min müəllimin maaşına əlavələr olacaq like
  • 20 Noy 22:51  
Digərləri Daha 20 min müəllimin maaşına əlavələr olacaq

Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2022-2024-cü il

arrow Ətraflı
Məktəblərə yeni işçilər götürüləcək: like
  • 20 Noy 22:49  
Digərləri Məktəblərə yeni işçilər götürüləcək:

"Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2026-cı i

arrow Ətraflı
“One Direction” Liam Peynin dəfnində... like
  • 20 Noy 22:48  
Şou-biznes “One Direction” Liam Peynin dəfnində...

Ötən ay faciəvi şəkildə vəfat edən müğənni Liam Peyn dəfn olunub.

arrow Ətraflı
Bu univeristetə tələbə qəbulu artırılacaq like
  • 20 Noy 22:45  
Digərləri Bu univeristetə tələbə qəbulu artırılacaq

Gələn il Qarabağ Universitetinə 1200-1500 nəfər əlavə tələbənin qəbu

arrow Ətraflı
Dövlət hesabına xaricdə oxumaq istəyənlərin NƏZƏRİNƏ: Hər il 500 nəfər like
  • 20 Noy 22:38  
Digərləri Dövlət hesabına xaricdə oxumaq istəyənlərin NƏZƏRİNƏ: Hər il 500 nəfər

Hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali t�

arrow Ətraflı
"Leyla"da yeni aktrisa like
  • 20 Noy 22:17  
Şou-biznes "Leyla"da yeni aktrisa

Baş rollarını Cemre Baysel, Alperen Duymaz və Qonca Vuslaterinin canlandırd

arrow Ətraflı
Gələn il ümumi təhsilə bu qədər vəsait ayrılacaq like
  • 20 Noy 22:05  
Digərləri Gələn il ümumi təhsilə bu qədər vəsait ayrılacaq

Azərbaycanda 2025-ci il üçün ümumi təhsil üzrə nəzərdə tutulan büdc�

arrow Ətraflı