COP29da iqlim dəyişikliyinin aqrar sektora təsiri müzakirə olunacaq
Digərləri 12 Noy 2024 09:35:00 74 0
"Baku Harmony" təşəbbüsü aqrar sektorda mövcud olan bütün layihələr üçün aqreqator olacaq.
Bu xəbəri də oxu: "Türkiyə COP31ə ev sahibliyi etmək üçün namizədliyini elan edib"
Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 məkanında jurnalistlərə açıqlamasında deyib.
"COP29 tədbiri Azərbaycanda keçirilən ən mühüm tədbirlərdən biridir. Ümid edirik ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələr aqrar sektora müsbət təsir göstərəcək. İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsiri son dərəcə böyükdür.
Noyabrın 19-da Kənd təsərrüfatı, Ərzaq və Su Günü qeyd olunacaq və həmin gün aqrar sektor, onun iqlim dəyişikliyinə təsiri və iqlim dəyişikliyinin aqrar sektora necə təsir göstərməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Azərbaycanda təklif olunan 14 təşəbbüsdən biri də aqrar sektorla bağlı təşəbbüsdür. "Bakı-Harmoniya" iqlim təşəbbüsü fermerlərə dəstək məqsədi daşıyır. Ümid edirik ki, bu təşəbbüs aqrar sektorda mövcud olan bütün layihələr üçün aqreqator olacaq, onları birləşdirəcək, koordinasiyanı təmin edəcək və aqrar sektor və fermerlər üçün mühüm qərarlar verəcək", - o deyib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
Ümumilikdə qlobal nüvə məsələsi vacib mövzu olaraq qalır, İran isə st
Xəzər dənizinin ekoloji problemləri böyükdür. Bunu həmişə Azərbaycan
Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında
COP29 tədbiri dünyanın ən böyük tədbirlərindən biridir.
İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər
Müğənni Damla qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Azərbaycan rəsmiləri COP29 məkanında "Mavi zona" ilə tanış olu
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus
Moldova Respublikasının Prezidenti Maya Sandu noyabrın 12-də BMT-nin İqlim
Lester Universitetinin britaniyalı alimləri orqanizmi bağırsaq xərçəngind
Noyabr ayının qalan günləri bir neçə bürc üçün xüsusilə şanslı ola
COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Alek
Cənubi Koreyanın məşhur "Squid game" serialının yaradıcısı Hv