Bakıda xüsusi taksilər olacaq
Digərləri 06 Noy 2024 15:30:00 101 0
COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a qatılacaq on minlərlə iştirakçının tədbir məkanları arasında rahat gediş-gəlişini təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.
Bu xəbəri də oxu: Dollar almaq istəyənlər oxusun
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu çərçivədə tədbir iştirakçıları xüsusi marşrut üzrə hərəkət edəcək avtobuslarla yanaşı, "Bolt" və "Yango" kimi şirkətlərin mobil tətbiqlərindən də rahatlıqla istifadə edə biləcəklər.
Bunun üçün adıçəkilən taksi şirkətlərinin mobil tətbiqlərinin sifariş menyularına "COP29" kateqoriyası daxil edilib. Bu funksiya sadəcə sifariş prosesini asanlaşdırmır, eyni zamanda sifarişçiləri ən yaxın taksi dayanacağına yönləndirir. Prosesin təhlükəsizliyini nəzərə alaraq, sözügedən taksi şirkətləri tərəfindən bu kateqoriya üzrə xüsusi avtomobillər ayrılıb və müvafiq stikerlərlə fərqləndirilib.
Bununla yanaşı, rəsmi COP29 tərəfdaşı olan "Baku Taxi" şirkəti də konfrans iştirakçılarına öz xidmətlərini təklif edir. Bu şirkətə məxsus taksilər Heydər Əliyev Beynəlxalq Aeroportundakı "Terminal-1" və Bakı Stadionunun müvafiq ərazilərində xidmət göstərəcəklər. Qeyd edək ki, "Baku Taxi"nin xidmətləri konfransda iştirak üçün akkreditasiyadan keçmiş və ya iştiraka dair təsdiq məktubu almış təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz olacaq.
Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.
COP29 dövründə "Bakı metropoliteni"ndə gücləndirilmiş iş reji
İslahat hərəkatları və dini təzyiqlərlə 18-ci əsrdə İsveçrə və Alm
Xəbər verdiyimiz kimi, Donald Tramp ABŞ prezident seçkilərində 277 səs to
Şamaxı rayonunda evini əxlaqsızlıq yuvasına çevirən və bir neçə qadı
Aparıcı Zaur Kamal yenidən izləyicilərin tənqidinə tuş gəlib.
ABŞ-nin yeni prezidenti Donald Tramp olub. O, ABŞ-nin 47-ci prezidenti seçili
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
İnstaqram azyaşlı istifadəçilərin girişini məhdudlaşdırmaq üçün yen
Baş nazir Əli Əsədov noyabrın 6-da Müsəlman Ağsaqqalları Şurasının B
"Kurtlar Vadisi"ndən ölmədən çıxan obrazlardan biriyəm"
Putinin Trampı qələbə münasibətilə təbrik etmək fikri yoxdur. Söhbət
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni s