Dini Liderlərin Qlobal Bakı Sammiti iştirakçıları İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Digərləri 06 Noy 2024 12:49:00 102 0
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Bakıda keçirilən Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.
Bu xəbəri də oxu: Tanınmış sığorta şirkəti
Son.az xəbər verir ki, təşəkkür müraciətində deyilir:
"Möhtərəm cənab Prezident,
Biz, Zati-alilərinizin ali təşəbbüs və himayəsi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 çərçivəsində 2024-cü ilin 5-6 noyabr tarixlərində Bakı şəhərində "Dünya Dinləri Yaşıl Planet uğrunda" şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Zati-alilərinizə səmimi salamlarımızı və xeyir-dualarımızı yetirməkdən şərəf duyuruq.
Azərbaycan Respublikasının dövlət başçısının Dini Liderlərin Qlobal Sammitinə himayədarlıq etməsi və özəl diqqəti tədbirimizə verilən ən böyük dəyərdir. COP 29 Bakı Zirvəsini Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirir, 2024-cü ilin Zati-aliləriniz tərəfindən Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayırıq. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəmi, bu istiqamətdə səmərəli addımlarını təqdir edir, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndiririk.
Zati-aliləri!
Dini Liderlər olaraq biz, Azərbaycanda keçirilən COP 29 Sammitinin dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacağına ümid edirik. Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. Hərbi cinayətlərə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir.
Cənubi Qafqazda 30 il davam edən münaqişədən sonra sülhə gedən yolun qa
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliy
Noyabrın 6-sı xəyallarını həyata keçirmək və çoxdan gözlənilən tət
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Robert Kennediyə vəzifə verəcək.
"Ermənistan və Azərbaycan razılığa yaxındır"
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıl
Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı müzakirələr - ekspertlər
Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişi
Ziyarətçilərin dünyaşöhrətli monumental heykəltaraş Lorenso Kuinnin Hey
Paytaxtda yerləşən 3 saylı uşaq evində qoturluq xəstəliyi yayılıb.
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı bir müddət öncə toy
ABŞ-da keçirilən prezident seçkiləri Rusiya üçün heç nəyi dəyişdir