Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlarla dil tapın


Digərləri 05 Noy 2024 00:01:00 155 0

Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlarla dil tapın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - mühüm işlərə başlamağa tələsməyin. Bunun üçün yararlı və münasib zaman deyil. Bütün detalları, təfərrüatları bir daha götür-qoy edin. Konkret fəaliyyət planı hazırlayın. Belədə uğur şanslarınız xeyli artacaq.

Günün ikinci yarısında köhnə dostlarla asanlıqla dil tapacaqsınız. İlk dəfə gördüyünüz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Axşam saatlarına yaxın səhhətinizdə prolemlər yarana bilər. Sümük və oynaqlarınızda xroniki ağrılar varsa, ehtiyatlı olun. Travma riski var.

Buğa - romantik münasibətlər baxımından əlverişli zaman olsa da, bütün diqqəti işə yönəldin. Məqsədə doğru aparan yolda fikriniz dağılmasın. Huşyar və sərvaxt olun. İntuisiyanız sizi aldatmayacaq. Kiminlə əməkdaşlıq etməyin gərəkdiyini, kimdən də uzaq durmağa zərurət duyulduğunu hiss edin.

Günün ikinci yarısında situasiya ağırlaşacaq. Əsas məsələnin çözümünü unudaraq ikinci dərəcəli problemləri qabartmayın. Adi günlərdən fərqli olaraq sizi daha çox tənqid edirlər. Deyilənlər sizi bədbinləşdirməsin. Yumor hissini yada salın.

Belədə yaşamınız daha gözəl və rahat olacaq.

Əkizlər - ehtiyatlı və sayıq olun. İstənilən işə ciddi yanaşma, addım və əməllərin kritik dəyərləndirilməsini tələb edən gündür. İndiyədək əldə etdiyiniz yaşam təcrübəniz karınıza gələcək.

Köhnə yanlışlıqları yada salaraq yeni səhvlərə yol verməyin.

Günün ikinci yarısında evdə xoşagəlməz hadisə yarana bilər. Xırda məsələlərə görə qarşıdurma, məişət problemləri, yaxınlarınızdan birinin qayda və ya ənənələri pozması istisna deyil. Sakit və təmkinli olun, soyuqqanlı davranın.

Axşam saatlarında neqativ emosiyalarınıza hakim olun.

Xərçəng - xüsusilə mühüm saydığınız məqsədə çata bilərsiniz. Prioritetləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli məsələləri təxirə salın. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz.

Etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın.

Günün ikinci yarısında yaxınlarınızdan biri sizi dəstəkləyəcək. İdeyalarınızın hamısının şəksiz qəbuluna isə bel bağlamayın. Sevdiyiniz insanın istəklərindən biri ilə qəti qərar zamanıdır.

Gəlirlər istina deyil.

Şir - təmaslarda diqqətli olun. Bu gün yalnız etibarına əsla şübhə etmədiyiniz insanlara güvənə bilərsiniz. Ehtiyatlı olun, fırıldaq qurbanına çevrilə bilərsiniz.

Maliyyə fonu uğursuzdur. İtkilər istisna deyil. Maliyyə fırıldaqlarına, şübhəli anlaşmalara və sövdələşmələrə qatılmayın.

Günün ikinci yarısında yaxınlarınızın ünvanına sərt tənqidlər səsləndirməyin. İradlarınız onları incidə bilər. Sevdiyiniz insanla fikir ayrılıqlarının yaranması istisna deyil. Planlarınızı bəyənmir, qəbul etmirlər.

Qız - günün ilk yarısı çox mürəkkəb və ağır dönəm təsiri bağışlaya bilər. Amma hər şey o qədər də pis deyil. Tələsik qərarlar qəbul etməyin. Önəmli qərar verməzdən əvvəl düşünüb-daşının. Razıyıq, cansıxıcı məşğuliyətdir. Amma bu minvalla səhvlər və itkilərdən qurtula bilərsiniz.

Günün ikinci yarısında işdə fikir ayrılıqları yaranacaq. Tapşırıqlarla sifarişlərə münasibətiniz həmkarlarınız və rəhbərliyinizdə narazılıq yarada bilər. Fəqət hadisələrin axarı haqlı olduğunuzu göstərəcək.

Axşam saatları köç, təmirə başlamaq, yaşam arealını yeniləmək, interyer predmetləri almaq üçün əlverişlidir. Mübahisələrə qatılmayın. Yaxınlarızla çəkişsəniz, sonradan barışmaq asan olmayacaq.

Tərəzi - maraqlı ideyalar və planlar yaranacaq. Onları yaxın gələcəkdə reallaşdırmaq çətin deyil. Yeni müttəfiqlərin axtarışını təxirə salmayın. Yardıma ehtiyacınız var, çünki görmək zərurətində qaldığınız işlərin miqyası artır. Cari işləri, rutin məşğuliyyəti unutmayın. Yaxın ətrafınızdakı insanların münasibəti işlərin öhdəsindən gəlmə sürətindən asılıdır.

Günün ikinci yarısında qəfil, amma çox maraqlı təklif ala bilərsiniz. Dəyişikliklər başlayır. Yeniliklər ciddi və köklü olacaq. Narahatlıq üçün heç bir səbəb yoxdur.

Uğurlu zamandır.

Əqrəb - nigaranlıq və təlaş qaçılmazdır. Günün ilk yarısında problemlər yaranacaq. Hadisələrlə zəngin zamandır. Bəzi olaylar sizin üçün gözlənilməzdir. Yaşananlara dürüst reaksiya versəniz, irəliləyiş istisna deyil.

Tərifləri sakit, təmkinli şəkildə qəbul edin.

Günün ikinci yarısında sizə xoş söz demək istəyənlərin sayı az olmayacaq. Situasiya sakitləşəcək. Diqqət və səlislik tələb edən işlər üçün əlverişli zamandır.

Faydalı bilik və informasiya əldə edərək dünyagörüşünüzü genişləndirə bilərsiniz.

Oxatan - mühüm qərarlar qəbul etməkdən çəkinməyin. Vəziyyət dumanlı, anlaşılmaz təsir bağışlasa da, özünüzdən bədgüman olmayın. Məlumat kasadlığı problem olmamalıdır. İşləri vaxtında başa vurmağa can atın.

Yaxın ətrafınızdakı insanlar günün ikinci yarısında sizi dinləyəcəklər. Mövqelərinizdən geri çəkilməyin, müzakirələrdə əsaslı arqumenti səsləndirin.

Dəvət olunduğunuz tədbirə qatılmağı unutmayın.

Axşam saatlarını sevdiyiniz insanla keçirin. Yaxın gələcəklə bağlı birgə planı müzakirə etmək olar.

Oğlaq - hansısa iş alınmazsa, təlaşa qapılmayın. Gün xoşagəlməz sürprizlər bəxş edə bilər. Heç bir olay mühüm saydığınız işlərin görülməsinə mane olmamalıdır. Qarşınıza qoyduğunuz məqsədə mütləq çatmağa çalışın.

Günün ikinci yarısında köhnə müttəfiqlər və yeni tanışlar sizə yardım təklif edəcəklər. Yardımlardan, dəstəkdən boyun qaçırmağa dəyməz.

Axşam saatlarında yaxınlarınızla münasibətlərinizdə gərginlik yaranacaq. Təmaslarda harmoniya yaradın. Qarşılıqlı anlaşmaya nail olmaq üçün maksimum səy göstərin.

Dolça - maliyyə məsələlərində ehtiyatlı olun. Pul itkisi riski artır. Qiymətli əşyalarınızda gözünüz olsun. Saatlar keçdikcə situasiyada müsbət təmayüllərin təsiri artacaq. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlara nail ola bilərsiniz.

Günün ikinci yarısı aktiv ünsiyyət tələb edir. Yaxın ətrafınızdakı insanlarla dil tapın.

Axşam saatları dostlarla görüş və ya ailəvi tədbirlər üçün əlverişlidir. Aktiv istirahəti seçin, yeni təəssüratlar arayın.

Şərtlər əlverişlidir.

Balıqlar - çox uğurlu gündür. Günün ilk yarısında emosional fon münasibdir. İlk növbədə, görəcəyiniz işi özünüz müəyyənləşdirə bilərsiniz. Sonra ikinci dərəcəli məsələni müəyyənləşdirərək onu reallaşdırmağa başlayın.

Yaxınlarınız sizi dəstəkləyəcəklər.

Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Bədxərclik etməyin.

Problemlərin həllinə yaradıcı yanaşın. Yeni ideya və ya planlardan bəhrələnin, bacarığınızdan faydalanın. Sevdiyiniz insanla axşam saatlarını mənalı keçirin.

Son.az

İspaniyada 50yə yaxın reys ləğv edildi like
  • 04 Noy 23:48  
Dünya İspaniyada 50yə yaxın reys ləğv edildi

Əlverişsiz hava şəraitinə görə İspaniyanın "Barselona-El Prat"

arrow Ətraflı
Bakının bu ərazilərində qaz olmayacaq like
  • 04 Noy 23:40  
Digərləri Bakının bu ərazilərində qaz olmayacaq

Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının lə�

arrow Ətraflı
"Bu sahədə kişi olmaq daha rahatdır" like
  • 04 Noy 23:37  
Şou-biznes "Bu sahədə kişi olmaq daha rahatdır"

"Bu sahə mənə qazancdan başqa hər şey verir".

arrow Ətraflı
Azərbaycanda elektromobillərin şarjı neçəyə başa gəlir? like
  • 04 Noy 23:31  
Digərləri Azərbaycanda elektromobillərin şarjı neçəyə başa gəlir?

Ölkəmizdə elektromobillərin sayı artır, yeni enerji doldurma məntəqələ

arrow Ətraflı
Həkim sevgilisi ilə birlikdə müharibədə öldü like
  • 04 Noy 23:25  
Dünya Həkim sevgilisi ilə birlikdə müharibədə öldü

3-cü əlahiddə hücum briqadasının evakuasiya şöbəsinin tibbi təlimatç�

arrow Ətraflı
Elnarə Abdullayevanın 4 milyonluq villası üzə çıxdı like
  • 04 Noy 23:12  
Şou-biznes Elnarə Abdullayevanın 4 milyonluq villası üzə çıxdı

Əməkdar artist Elnarə Abdullayevanın 4 milyon manat dəyərində villasını

arrow Ətraflı
Azərbaycanda oğlan yeni tanış olduğu qızla "falçı" kimi danışaraq 36 min manatını mənimsədi like
  • 04 Noy 23:00  
Digərləri Azərbaycanda oğlan yeni tanış olduğu qızla "falçı" kimi danışaraq 36 min manatını mənimsədi

Naxçıvan Muxtar Respublikasında film kimi dələduzluq hadisəsi baş verib.

arrow Ətraflı
Məşhur aktyorun sevənlərinə üzücü xəbər like
  • 04 Noy 22:50  
Şou-biznes Məşhur aktyorun sevənlərinə üzücü xəbər

Amerikalı məşhur aktyor Ceyms Van Der Bikin yoğun bağırsağında xərçən

arrow Ətraflı
Rusiya XİNdən Moldovadakı seçkilərlə bağlı sərt bəyanat like
  • 04 Noy 22:39  
Digərləri Rusiya XİNdən Moldovadakı seçkilərlə bağlı sərt bəyanat

Moldovada seçkilər tarixin ən qeyri-demokratik seçkiləri olub.

arrow Ətraflı
Elektrik mühərrikli taksilərin üstünlükləri nədir? like
  • 04 Noy 22:28  
Digərləri Elektrik mühərrikli taksilərin üstünlükləri nədir?

Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-da elektrikli avtobus

arrow Ətraflı
“Bəzən içimə şeytan girirdi, özümə gələ bilmirdim” like
  • 04 Noy 22:19  
Şou-biznes “Bəzən içimə şeytan girirdi, özümə gələ bilmirdim”

Müğənni Samir Bağırov uzun fasilədən sonra efirə çıxıb. 

arrow Ətraflı
Anasını evdə başqa kişiylə tutduğuna görə öldürüb  Bakıdakı dəhşətli cinayətin like
  • 04 Noy 22:10  
Kriminal Anasını evdə başqa kişiylə tutduğuna görə öldürüb Bakıdakı dəhşətli cinayətin

22:10 Bakının Xəzər rayonunda baş vermiş dəhşətli qətlin təfərrü

arrow Ətraflı
2025ci il bu 3 bürcə uğursuzluq gətirə bilər  sevdiyiniz şəxs... like
  • 04 Noy 22:00  
Digərləri 2025ci il bu 3 bürcə uğursuzluq gətirə bilər sevdiyiniz şəxs...

Astroloqların fikrincə gələn il bəzi bürclər üçün əsl sınaq olacaq.

arrow Ətraflı
Axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirildi like
  • 04 Noy 21:39  
Digərləri Axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirildi

Noyabrın 2-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfind�

arrow Ətraflı
Etibarnamə ilə bağlı problem həll olundu  DİNdən açıqlama like
  • 04 Noy 21:36  
Digərləri Etibarnamə ilə bağlı problem həll olundu DİNdən açıqlama

Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem ö

arrow Ətraflı