Diş çürüməsinin qarşısını belə alın
Digərləri 03 Noy 2024 18:40:00 118 0
Elm adamlarının apardığı araşdırmalar göstərir ki, probiotiklə zəngin qidalar diş çürüməsi və diş əti xəstəliklərinin riskini azaldır. Xüsusilə qatıq, kefir və fermentləşdirilmiş tərəvəzlər ağızda faydalı bakteriyaların sayını artırır ki, bu da diş çürüməsini önləyir.
Bu xəbəri də oxu: Türkiyədə avtomobil "güllə yağışı"na tutuldu:
Son.az teleqraf.com-a istinadən bildirir ki, ağız və diş sağlamlığına zərər verən qidalar olduğu kimi faydalı qidalar da var.
Probiotiklər ağızda faydalı bakteriyaların sayını artıraraq zərərli bakteriyaların çoxalmasına imkan vermir. Diş və çənə rentgenologiyası üzrə mütəxəssis Baki Meşe bildirib ki, probiotiklə zəngin qidalar, o cümlədən qatıq, kefir və fermentləşdirilmiş tərəvəzlər ağız sağlamlığını qoruyur.
Kalsiumun önəmi
Diş sağlamlığı üçün xüsusilə D və C vitaminləri əhəmiyyətlidir. Doktor Meşe qeyd edir ki, D vitamini kalsiumun diş və sümüklər üçün daha əlçatan olmasına kömək edir, C vitamini isə diş əti xəstəliklərinin qarşısını alır.
Sağlam dişlər üçün düzgün qidalanma
Diş sağlamlığını qorumaq və gücləndirmək üçün balanslı qidalanma, müntəzəm diş baxımı və zərərli qidalardan qaçmaq vacibdir. Doktor Meşenin sözlərinə görə, süd, qatıq və pendir kimi süd məhsulları yüksək miqdarda kalsium və fosfor tərkiblidir və ağızda tüpürcək ifrazını artıraraq asidlərin zərərini azaldır.
Alma və kök kimi liflə zəngin tərəvəz və meyvələr dişləri mexaniki olaraq təmizləyir və tüpürcək ifrazını artırır.
Balıq və yumurtanın dişlərə faydaları
Diş sağlamlığı üçün vacib olan D vitaminini günəş işığından almaqla yanaşı, balıq və yumurta sarısından da əldə etmək mümkündür.
Diş əti sağlamlığı üçün bibər, çiyələk və sitrus meyvələri
C vitamini diş əti sağlamlığı üçün əhəmiyyətlidir və sitrus meyvələri, bibər, çiyələk kimi C vitamini ilə zəngin qidalar diş ətlərini gücləndirir. Florid isə diş minasını gücləndirərək çürümənin qarşısını alır.
Şəkərin dişlərə zərəri
Şəkərli və turş qidalar diş minasına zərər verə bilər. Ağızdakı bakteriyalarla birləşən şəkər turşuluq yaradır, bu da dişlərin aşınmasına səbəb olur. Bu cür qidaları məhdud miqdarda istehlak etmək və sonra ağızı su ilə yaxalamaq tövsiyə olunur.
Su içmək ağız sağlamlığını qoruyur
Su ağızda qida qalıqlarını təmizləyir və turşuluğun zərərini azaldır. Floridli su, diş minasını gücləndirərək çürüməyə qarşı qoruyucu təsir göstərir.
Avropa İttifaqı və onun müttəfiqləri Moskvanın oliqarx agentlərinə qar�
Mütəxəssislər iddia edir ki, qara şokoladın tərkibində çoxlu kakao qat�
Müğənni Vəfa Şərifova qatıldığı tədbirlərdən birindən görüntüs�
Biləsuvar rayonunda pomidor sahələrində xəstəlik yayılıb.
Son vaxtlar Bakıdakı ictimai iaşə obyektlərində saxta spirtli içkilər a�
Aktrisa Ülfət Bəşir paylaşımı ilə diqqət çəkib.
"Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövl�
Bursada bir evdən qətlə yetirilən 3 nəfərin meyiti tapılıb.
Rahmi Koç "Koç Holdinq"in fəxri prezidenti və Türkiyənin tanınm
Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaxda dəstə halında və tək-tək gəzən sahibsiz itlər insanlar üçün t�
Xanım müğənni Kəmalə Qaramollayeva ARB-nin "Günə bax" verlişi