Nəsli kəsilməyibmiş... əfsanəvi heyvan
Digərləri 03 Noy 2024 10:49:00 106 0
Tədqiqatlar göstərir ki, vaxtilə planetimizdə yaşayan bütün bitki və heyvanların təxminən 99 faizi ən müxtəlif səbəblərdən məhv olub. "Interesting Engineering" yazır ki, bu, zamanla Yer kürəsində 5 milyarda qədər növün yoxa çıxması deməkdir. Amma bəzən təbiət sürprizlər edir, nəslinin kəsildiyini düşündüyümüz canlıları qarşımıza çıxarır.
Bu xəbəri də oxu: Pezeşkianın yeni köməkçisi
Son.az teleqraf.com-a istinadən bildirir ki, nəşr yeddi belə canlı haqqında məlumat verib.
Fernandina tısbağası
Bu nəhəng sürünən (Chelonoidis phantasticus) beynəlxalq tədqiqat qrupu 1906-cı ildə kəşf edilən yeganə məlum nümunəsinin genomunu ardıcıllıqla sıralayana və onu 2019-cu ildə Qalapaqos arxipelaqına daxil olan Fernandina adasında tapılan dişi tısbağanın genomu ilə müqayisə edənə qədər nəslinin çoxdan kəsildiyi düşünülürdü. 2021-ci ildə aparılan təhlillər hər iki nümunənin eyni növə aid olduğunu təsdiqləyib. Dişi tısbağaya vətəninin adına uyğun olaraq Fernanda ismi verilib.
Vyetnam siçana bənzər maralı
Siçana bənzər maral (Tragulus versicolor) ölçüsünə görə kiçik bir dovşan boydadır. 2019-cu ildə aşkarlanana qədər 28 il ərzində nəslinin tükəndiyi düşünülürdü. Bu heyvanın vətəni Vyetnamdır, sonuncu dəfə 1990-cı ildə Jalay əyalətində göründükdən sonra nəsli kəsilmiş hesab edilib. Ancaq 5 il əvvəl elm adamları bu heyvanı Laos, Vyetnam və Kambocanı ayıran Annam dağlarında görəndə inanılmaz kəşfə imza atıblar.
Attenboro - uzun xortumlu yexidna
Payanqko kimi də tanınan bu uzun xortumlu yexidna sonuncu dəfə 1961-ci ildə görülüb. Amma bu, 60 ildən çox müddət sonra tropik meşədə bir şəkil çəkilənədək davam edib. Yumurta qoyan məməlini tapmaq üçün beynəlxalq qrup 2023-cü ildə İndoneziyanın Siklops dağlarında 80-dən çox kamera qurub. Komanda dörd həftə ərzində ərazini bir dənə də olsun erkək Attenboro yexidna (Zaglossus attenboroughi) tapmadan izləyib. Amma son gün birini çəkərək o maraqlı kəşfə öz imzalarını atmağı bacarıblar.
Nəhəng Uolles arısı
Qanadları 6 santimetrdən çox olan Uolles arısı (Megachile pluto) dünyanın ən böyüyü hesab olunur. İlk dəfə 1858-ci ildə Molukkan arxipelaqının Bakan adasında ingilis təbiətşünası Alfred Rassel Volles tərəfindən elmi olaraq sənədləşdirilib. Amma bu arı 1981-ci ildən nəsli kəsilmiş hesab olunub.
2019-cu ildə, təxminən 40 ildən sonra ilk dəfə amerikalı və avstraliyalı araşdırmaçılar arını İndoneziyanın şimal-şərqindəki Molukkas arxipelaqında görüblər.
Tanınmış idmançı və aktyor Şükran Soltanovun açıqlaması maraq yaradı
Tezliklə biz ötən ayların haqq-hesabını çıxarmalı, gələcəyə yeni ar
Azərbaycanda göbələk yığma ənənəsi geniş yayılıb. İnsanların zəh�
Rusiya təhlükəsizlik qüvvələri rus ordusuna kömək edən ABŞ vətəndaş
Arteriya sağlamlığınızın qeydinə qalmaq ürək-damar xəstəliklərinin q
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarıs�
İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgəl�
Müğənni Ofelya Şabanova verdiyi açıqlaması ilə yenidən gündəmə gəli
"Kassius" ləqəbli dünyanın ən nəhəng timsahı Avstraliyada yerl
"Nə qədər çəki versəm də, efirdə kök görünürəm. Çox qəşəng
ABŞ-nin Luiziana ştatında Robinson R44 helikopterinin qəzaya uğraması nət