"Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır"
Digərləri 30 Okt 2024 06:36:00 91 0
"Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır".
Bu xəbəri də oxu: Həkimlər ölmüş heyvanı diriltdi Tibbdə
Bu təkliflə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında çıxış edib.
O bildirib ki, bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli bir dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib: "Əgər vətəndaş myGov vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu, artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir.
Amma buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar.
Bəzi dövlət qurumları isə hələ də girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələri özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir".
Osman Gündüz əlavə edib ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır.
"Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı", - deyə, ekspert vurğulayıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Xalq artisti Mənsum İbrahimov formada qalmasının sirrini bölüşüb.
Noyabr ayında bəzi bürclər üçün böyük dəyişikliklər və yeni imkanla
Aparıcı Kamilə Nəbiyeva qızı Natella ilə birlikdə Avropaya yollanıb.
Çində "Xpeng Aeroht" şirkəti uçan avtomobil zavodunun inşasına
Əməkdar artist Lalə Məmmədova paylaşımı ilə diqqət çəkib.
Dünyanın ən bahaı gəlinlik libasının qiyməti 8 milyon dollardan bahadır
Dünya şöhrətli aktyor Liam Nison karyerasını bitirəcəyini açıqlayıb.
Kanal D-də yayımlanacaq "Anam Ankara" serialı ilə ekranlara qayıt
Almaniyanın Ukraynada tikdiyi "Rheinmetall" zavodu Rusiya Silahlı Q�
COP29 məkanı işğaldan azad edilmiş ərazilərdə istehsal olunan yaşıl en
Amerikalı reper 'Diddy'ə qarşı iki yeni iddia qaldırılıb.
Ukraynanın dövlət borcu 155,56 milyard dollarla rekord həddə çatıb.
Sabunçu sakini olan bərbər 7 milyon manat borcu olduğuna görə həbs edilib
Xalq artisti Nazpəri Dostəliyeva "Xəzər axşamı" verilişində qo