Yeni marşrut şəbəkəsi yaradılır: Avtobusların sayı 2500ə çatdırılacaq


Digərləri 28 Okt 2024 06:49:00 91 0

Yeni marşrut şəbəkəsi yaradılır: Avtobusların sayı 2500ə çatdırılacaq

"Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80 faizdir". Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib. "Bu o deməkdir ki, paytaxtda əhalinin 20 faizinin ictimai nəqliyyata əlçatanlığı yoxdur. Hazırda Bakıda yeni avtobus şəbəkəsi hazırlayırıq. Bu şəbəkə ilə ictimai nəqliyyata əlçatanlığın 93 faizin üstünə çıxarılması planlaşdırır", - o bildirib.

Son.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Yeni marşrut şəbəkəsi yaradılır

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə qurum tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb: "Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir".

Qurumun məlumatına görə, Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib: "Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır. Zolaqlar sayəsində avtobuslar son təyinat nöqtəsinə 10-15 dəqiqə daha tez çatır. Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb".

Avtobusların sayı 2500-ə çatdırılacaq

Həmçinin bildirildi ki, gələcəkdə Bakı şəhərində 2500 avtobus fəaliyyət göstərəcək: "2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1 780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2 011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2 341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2 500-ə çatdırılmasıdır".

"Avtobusların çoxu yararsızdır"

Nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, ictimai nəqliyyatda əlçatanlığın 80 faiz olması həqiqəti tam əks etdirmir. Hazırda əlçatanlıq 40-50 faiz civarındadır: "Bakının elə kəndləri var ki, onlarda həqiqətən də nəqliyyata əlçatanlıq yoxdur. Həmin ərazilərdən avtobuslar keçən yollara çıxmaq üçün sakinlər uzun məsafə qət edirlər. Avtobuslar isə köhnə, istifadəyə yararsız olur. Havalar soyuduqda həmin avtobuslar demək olar ki, fəaliyyət göstərmir. İnsanlar əziyyət çəkirlər".

A.Nəbiyev avtobuslara əlçatanlığın niyə tam olmadığı məsələsinə də aydınlıq gətirdi: "Yetəri qədər avtobus mövcud deyil. Mövcud avtobusların da istismar müddəti tez bir zamanda bitir. Bunun səbəbi onlara düzgün qulluq edilməməsidir. Məsələn, 2015-ci ildə Fransadan avtobuslar gətirildi. Lakin onlara düzgün baxılmadığı üçün bir çoxunun motoru sıradan çıxdı, soyutma sistemləri xarab oldu. Avtobus bazalarına baxsaq görərik ki, onların yarısından çoxu yararsız vəziyyətdədir. Normalda əldə olan avtobusların 90 faizi fəaliyyət göstərməlidir. Ehtiyatda yalnız bir neçə avtobus saxlanılmalıdır. Amma görürük ki, avtobusların əksəriyyəti nasaz halda qarajlarda dayanır".

"Yeni avtobuslar gətirilsə də, say artmır"

Ekspertin fikrincə, Bakıda avtobus zolaqlarının çəkilməsindən əlavə, avtobusların sayı da artırılmalıdır: "Bakıda ciddi avtobus çatışmazlığı mövcuddur. Yeni avtobuslar gətirilir. Lakin onların gətirilməsinin məqsədi sayı artırmaq deyil. Yalnız sıradan çıxan avtobusların yerini doldurmaqdır. Ətraf əraziləri nəzərə almasaq, Bakı şəhərinə 2 500-3 000 avtobus lazımdır. Lakin bu qədər avtobus yoxdur. Əslində avtobus zolaqları salınır ki, əlçatanlıq daha yaxşı təmin edilsin və gecikmələr yaşanmasın. Lakin zolaqlar çəkilsə də, yenə də interval çoxdur. Bunun da səbəbi nəqliyyat çatışmazlığıdır. Avtobus da metroda olduğu kimi 3-5 dəqiqə intervalla fəaliyyət göstərsə, bu zaman daha yaxşı olar. Lakin bu intervalı hazırkı avtobus sayı ilə təmin edə bilmərik".

"93 faizlik hədəfə çatmaq qeyri-mümkündür"

A.Nəbiyev düşünür ki, hazırkı nəqliyyat sistemimizlə yaxın gələcəkdə qoyulan 93 faizlik hədəfə çatmaq qeyri-mümkündür: "İctimai nəqliyyat dedikdə, yalnız avtobus nəzərdə tutulmur. Buraya metro və sürət qatarları da aiddir. Metroda vəziyyətin necə olduğunu bilirik. İctimai nəqliyyata əlçatanlığın maksimum həddə olmasını görməyimiz çox çətindir. Üstəlik, əhalinin sayının gündən-günə artdığını da nəzərə alsaq, qarşıya qoyulan məqsədlərə yaxın on ildə çatmağımız inandırıcı görünmür".

"Müəyyən güzəştlər nəzərdə tutulmalıdır"

Nəqliyyat eksperti Rövşən Həsənovun fikrincə, ictimai nəqliyyatla təmin edilməmiş ərazilərə marağı artırmaq üçün işlər görülməlidir: "20 faiz kifayət qədər böyük rəqəmdir. Çox güman ki, bu, Bakının az yaşayış olan, yolları bərbad vəziyyətdə olan qəsəbə və kəndlərini əhatə edən ərazilərdir. Həmin yerlər avtobus daşımaları üçün rentabelli hesab olunmur. İş adamlarının yeni nəqliyyat vasitələri alıb, işçi cəlb etməsi, həmin sahəyə sərmayə buraxması səmərəli olmadığı üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Belə olduğu halda, onların da bu işi görmək üçün marağı olacaq". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ət ucuzlaşacaq? like
  • 28 Okt 06:45  
Digərləri Ət ucuzlaşacaq?

Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9

arrow Ətraflı
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı like
  • 28 Okt 06:41  
Siyasət Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı

Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsve�

arrow Ətraflı
2 il sonra harada olduğu ortaya çıxdı like
  • 28 Okt 06:33  
Şou-biznes 2 il sonra harada olduğu ortaya çıxdı

SSRİ Xalq artisti Sofiya Rotaru iki ildən artıqdır ki, ictimaiyyət qarşıs

arrow Ətraflı
Borrell Gürcüstandakı siyasi qüvvələri dialoqa səslədi like
  • 28 Okt 06:21  
Digərləri Borrell Gürcüstandakı siyasi qüvvələri dialoqa səslədi

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri

arrow Ətraflı
“Necə gözəl idin, Bakı” like
  • 28 Okt 06:10  
Şou-biznes “Necə gözəl idin, Bakı”

Pop ulduz Edis Bakıdakı iki günlük konserti ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Şirniyyat yeyib kökələnlər bunu etsin like
  • 28 Okt 05:05  
Digərləri Şirniyyat yeyib kökələnlər bunu etsin

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır.

arrow Ətraflı
Arıqlaya bilməmək, yuxululuq, əsəbilik  Həkim səbəblərdən danışdı like
  • 28 Okt 02:02  
Digərləri Arıqlaya bilməmək, yuxululuq, əsəbilik Həkim səbəblərdən danışdı

Boğazda zob əmələ gəlməsi, yuxululuq, əsəbilik, çəki dəyişikliyi və

arrow Ətraflı
Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır? like
  • 28 Okt 00:32  
Digərləri Dizellə işləyən avtomobillər kütləvi satışa çıxarılır?

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarın

arrow Ətraflı
"Allah hər şeyi Doğuşa verib, qısqanıram" like
  • 28 Okt 00:15  
Şou-biznes "Allah hər şeyi Doğuşa verib, qısqanıram"

Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş hə

arrow Ətraflı
Özbəkistanda parlament seçkiləri uğurla başa çatıb  Daşkənddən reportaj  like
  • 28 Okt 00:12  
Dünya Özbəkistanda parlament seçkiləri uğurla başa çatıb Daşkənddən reportaj

Özbəkistanda ölkə parlamentinə seçkilər keçirilib. Özbəkistan Mərkəz

arrow Ətraflı
Kirayə yolu ilə mənzil satışı sadələşdirildi like
  • 28 Okt 00:09  
Digərləri Kirayə yolu ilə mənzil satışı sadələşdirildi

Kirayə mexanizmi ilə ev almaq istəyən şəxs ödənişi edə bilmədiyi hald

arrow Ətraflı
Ermənistanın Bərdədə törətdiyi terrordan 4 il ötür like
  • 28 Okt 00:04  
Digərləri Ermənistanın Bərdədə törətdiyi terrordan 4 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı

arrow Ətraflı
Günün qoroskopu: İrəliyə doğru əhəmiyyətli addım atın like
  • 28 Okt 00:01  
Digərləri Günün qoroskopu: İrəliyə doğru əhəmiyyətli addım atın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Əməkhaqqı və pensiya bu qədər artırılacaq  AÇIQLAMA like
  • 27 Okt 23:50  
Digərləri Əməkhaqqı və pensiya bu qədər artırılacaq AÇIQLAMA

2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manat

arrow Ətraflı
Mişel Avropanı ayağa qaldırdı  Gürcüstandakı seçki operativ şəkildə... like
  • 27 Okt 23:46  
Dünya Mişel Avropanı ayağa qaldırdı Gürcüstandakı seçki operativ şəkildə...

Gürcüstan məsələsi noyabrda Budapeştdə keçirilməsi planlaşdırılan Av

arrow Ətraflı