“Heç vaxt qızlarımızı erməniyə ərə verməmişik”


Digərləri 26 Okt 2024 17:12:00 83 0

“Heç vaxt qızlarımızı erməniyə ərə verməmişik”

Son.az xəbər verir ki, "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Ermənilər üzümüzə gülürdülər, amma daxildə bizə nifrət bəsləyirdilər" adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kənd sakini Zəkiyyə Kərimovanın həyat hekayəsinə həsr olunub.

O, 1959-cu ildə Göyçə mahalının füsunkar guşəsi olan Ardanış kəndində dünyaya göz açdığını, kənd məktəbinin ən seçilən şagirdlərindən olduğunu, atasının uzun illər məktəb direktoru və kolxoz sədri işlədiyini deyib: "Biz 5 uşaq - 2 bacı, 3 qardaş böyümüşük. Atam bizim təhsilimizə xüsusi diqqət yetirirdi. O, Bakı Ali Partiya Məktəbində oxuyarkən bizə həmişə məktub yazardı ki, "Bulaq" verilişinə qulaq asaq. Çünki oradan mənəvi qida alırdıq".

Ardanış kəndinin gözəl təbiəti, bulaqları və məhəllələri haqqında danışan Z.Kərimova xüsusilə Nazlı bulağına olan sevgisini dilə gətirib: "Nazlı bulağa getmək üçün ürəyim gedərdi. Şirin bulaq, Dərin bulaq var idi. Kəndin dörd əsas - Aşağı məhəllə, Çal məhəlləsi, Çəlvəri məhəlləsi və Çənə məhəlləsi var idi. Ardanışın hər fəsli gözəl idi. Payız məhsul yığımı vaxtı olduğundan hamı zəhmətə qatlaşardı. Qış aylarında isə məktəbin həyətində uşaqlarla sürüşərdik, dünyanın ən xoşbəxt günlərini yaşayardıq. Yazda-yayda isə Göyçəyə hər yerdən qonaqlar gələrdi. Hamımız dəniz qırağına üz tutardıq. Sentyabrda isə Böyük meşəyə gedib nərgiz gülləri yığmaq ən böyük sevincimiz idi".

Onun sözlərinə görə, bu xoşbəxtlik uzun sürməyib və 1988-ci ildə erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən ailəsi Bakıya pənah gətirib: "Nəhayət, erməni vandalizmi başını qaldırdı. Aşıqlarımızı, el ağsaqqallarımızı vəhşicəsinə qətlə yetirdilər. Qoca nənəm həmişə deyərdi ki, ermənilərə etibar etməyin, onların içində bizə nifrət var. 1988-ci ilin soyuq qış günündə minlərlə soydaşımız kimi biz də doğma yurdu tərk etməli olduq, Bakıya pənah gətirdik. Həmin illər çox əziyyətlər çəkdik. Qaçqınlıq ağır dərddir. Amma ümidimizi itirmədik".

Ardanış sakini Vətən həsrətinin çox ağır olduğunu söyləyib: "Burada nə qədər xoş gündə yaşasan da, Vətən həsrəti səndən əl çəkmir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin dediyi kimi, yaralarımızı zaman sağaldacaq. Mən inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında mütləq doğma yurdumuza - Göyçəmizə, Zəngəzurumuza qayıdacağıq. Göyçənin suyunu, havasını, torpağını yenidən duymaq ən böyük arzumdur. İnşallah, bu arzu tezliklə gerçək olacaq və biz Göyçəmizə gedəcəyik".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə sübutları, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Dubayın yeni möcüzəsi: 380 metrlik like
  • 26 Okt 16:59  
Digərləri Dubayın yeni möcüzəsi: 380 metrlik

Yaxın vaxtlarda Dubayda 380 metr hündürlüyü və 22,5 metr eni olan yeni gö

arrow Ətraflı
İranda silahlı toqquşmada 10 sərhədçi öldü like
  • 26 Okt 16:58  
Digərləri İranda silahlı toqquşmada 10 sərhədçi öldü

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgə

arrow Ətraflı
Rusiyanın dağılması prosesi başladı like
  • 26 Okt 16:51  
Dünya Rusiyanın dağılması prosesi başladı

Artıq Rusiyanın dağılması prosesi başlayıb.

arrow Ətraflı
"Ərinin xəyanətini bağışlayan qadın qəhrəmandır" like
  • 26 Okt 16:43  
Şou-biznes "Ərinin xəyanətini bağışlayan qadın qəhrəmandır"

Əməkdar artist Vasif Məhərrəmli qadınlarla bağlı açıqlaması ilə gün

arrow Ətraflı
Mineral sular həqiqətən faydalıdır? like
  • 26 Okt 16:36  
Digərləri Mineral sular həqiqətən faydalıdır?

Əgər hansısa xroniki xəstəliyiniz varsa, mineral sulardan yerli-yersiz isti

arrow Ətraflı
Türkiyə XİNdən İsrailin İrana zərbələrinə like
  • 26 Okt 16:29  
Digərləri Türkiyə XİNdən İsrailin İrana zərbələrinə

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana raket zərbələri ilə

arrow Ətraflı
Azərbaycanlı aktrisa geyimi ilə diqqət çəkdi like
  • 26 Okt 16:21  
Şou-biznes Azərbaycanlı aktrisa geyimi ilə diqqət çəkdi

Aktrisa Cəmilə Tağızadə paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qadağan olunmuş 5 film  Onlar dünyada...  FOTO like
  • 26 Okt 16:14  
Şou-biznes Qadağan olunmuş 5 film Onlar dünyada... FOTO

Lent.az dünyada qadağan olunmuş 5 film barədə məlumat verir.

arrow Ətraflı
Gülben Ergen xəstəxanalıq oldu: like
  • 26 Okt 15:59  
Şou-biznes Gülben Ergen xəstəxanalıq oldu:

Türkiyənin məşhur müğənnisi və aktrisası Gülben Ergen xəstəxanaya d�

arrow Ətraflı
Nazirlərin noyabrda qəbul like
  • 26 Okt 15:21  
Digərləri Nazirlərin noyabrda qəbul

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının

arrow Ətraflı
"Kişilər məndən qorxur" like
  • 26 Okt 15:12  
Şou-biznes "Kişilər məndən qorxur"

Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Ən sürətli “büdcənizə uyğun” like
  • 26 Okt 15:04  
Digərləri Ən sürətli “büdcənizə uyğun”

Chevrolet Corvette ZR1 1 milyon dollardan aşağı müasir istehsal avtomobillə

arrow Ətraflı
İsrail Tehranda daha bir hərbi zavoda hücum edib like
  • 26 Okt 15:02  
Dünya İsrail Tehranda daha bir hərbi zavoda hücum edib

Tehranın cənubundakı Şəmsabad sənaye şəhərində yerləşən "Taksa

arrow Ətraflı
İran İsrailin hücumunda like
  • 26 Okt 14:48  
Dünya İran İsrailin hücumunda

İran İsrailin cavab hücumu zamanı itkilər verib.

arrow Ətraflı
"Bu olsa, müğənniliyi atacam"  VİDEO like
  • 26 Okt 14:40  
Şou-biznes "Bu olsa, müğənniliyi atacam" VİDEO

Müğənni Mina Hüseyn növbəti dəfə Türkiyədə filmə çəkilmək arzusun

arrow Ətraflı