Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib
Digərləri 25 Okt 2024 17:24:00 91 0
Prezident İlham Əliyevin oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təzahürüdür.
Bu xəbəri də oxu: Həmin "Balina" Bakı ilə belə "vidalaşdı"
Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sistemində ləyaqətli tərəfdaş kimi cıxış edib və bunu praktik əməldə sübut edib.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü bir sıra təşəbbüslərlə təşkilatın fəaliyyətinə yeniliklər gətirdi və Hərəkatın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmləndi. Cənab Prezident İlham Əliyev tərəfidən Qoşulmama Hərəkatının sədri kimi irəli sürülən təşəbbüslər beynəlxalq ictimaiyyətin böyük dəstəyini qazandı.
Məhz ölkəmizin bu səmərəli fəaliyyətinə yüksək dəyər ifadə etməklə Hərəkat yekdil qərarı ilə Azərbaycanın sədrliyini daha bir il uzatdı. Bu qərar beynəlxalq müstəvidə Azərbaycana olan etimadı daha da möhkəmləndirdi", - deyə S.Mikayılova bildirib.
Deputat qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq logistika mərkəzlərindən birinə çevrilib.
"Ölkəmiz bu istiqamətdə iri layihələr həyata keçirir. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizin bu xüsusda mövqeyini daha da gücləndirir, bir çox ölkələrlə səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır və iqtisadi faydalılığı ilə yanaşı, ölkəmizə böyük siyasi dividendlər qazandırır. Azərbaycan bununla kifayətlənməyərək, ölkəmizdən keçən yük axınının artmasını nəzərə alaraq, bu sahəyə əlavə investisiyalar yatırır", - deyə deputat əlavə edib.
S.Mikayılova vurğulayıb ki, Azərbaycan hər zaman qlobal müstəvidə ölkələr qarşısında dayanan ciddi problemlərin həllinə səy göstərib.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə Azərbaycan qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın güclənməsinə növbəti mühüm töhfə vermiş olacaq", - deyə deputat əlavə edib.
S.Mikayılova bildirib ki, XVI BRICS Sammiti çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş oldu.
"Görüş zamanı regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində müzakirələr aparılıb və hər iki ölkənin xarici işlər nazirlərinə bu istiqamətdə təlimat verilib. Azərbaycan hər zaman regionda sülhün bərqərar olmasının tərəfdarı olub və bu istiqamətdə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib.
Əfsuslar olsun ki, Ermənistan tərəfinin danışıqlar zamanı sərgilədiyi mövqe ilə real fəaliyyəti ziddiyət təşkil edib və məhz bu səbbədən də sülh gündəliyinin irəli aparılmasına maneələr yaranıb. Bu gün regionda sülhün bərqərar olması Azərbaycandan daha çox Ermənistana lazımdır. Bu baxımdan, Ermənistan hansısa xülyalardan əl çəkərək, reallığı anlamalı və sülhün bərqərar olması istiqamətində əməli addımlar atmalıdır", - deyə deputat əlavə edib.
Paytaxtın Moskva prospektindəki tuneldə hərəkət edən, tüstü borusundan
Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalk
Meyxanaçı Vüqar Əbdülov gənc meyxanaçıların qışqıra-qışqıra oxuma
"Bir çox insanın aktyor və aktrisa olmağının səbəbkarı Elməddin
Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iqamətgahı yaxınlığında "
Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovn
Aşağı karbohidratlı pəhrizlər kilo vermək və sağlamlığı yaxşılaşd
Ermənistan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərç
Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur 4-6° aşağı e
Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dai
Elit star Cəmilə qalmaqallı açıqlamalar edib.
2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Resp
2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış "Azərbayca