Qubadlının azad edilməsindən 4 il ötür


Digərləri 25 Okt 2024 00:02:00 77 0

Qubadlının azad edilməsindən 4 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Son.az-ın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında "Qubadlının azad olunmasına görə" medalı da təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi təsis edilib.

Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Günün qoroskopu: Çoxdan bəri almaq istədiyiniz əşyanı əldə edin like
  • 25 Okt 00:01  
Digərləri Günün qoroskopu: Çoxdan bəri almaq istədiyiniz əşyanı əldə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Taleh və bloger xanımı Romada like
  • 24 Okt 23:54  
Şou-biznes Taleh və bloger xanımı Romada

Aktyor Taleh Yüzbəyov bloger xanımı Xatirə Yüzbəyova ilə istirahətə yo

arrow Ətraflı
Qonşuların ayaqqabılarını iyləmək üçün evlərə girirmiş  həbs olundu like
  • 24 Okt 23:39  
Digərləri Qonşuların ayaqqabılarını iyləmək üçün evlərə girirmiş həbs olundu

Yunanıstanda 28 yaşlı kişi qonşularının evinə dəfələrlə soxularaq on

arrow Ətraflı
Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər! like
  • 24 Okt 23:19  
Digərləri Mişa ermənilərə müraciət etdi: Ermənistan yox ola bilər!

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 26 oktyabrda keçiriləcək p

arrow Ətraflı
Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ like
  • 24 Okt 23:10  
Digərləri Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol

arrow Ətraflı
Türkiyənin sabiq müdafiə naziri vəfat etdi like
  • 24 Okt 23:06  
Digərləri Türkiyənin sabiq müdafiə naziri vəfat etdi

Türkiyənin sabiq müdafiə naziri, Milliyyətçi Hərəkat Partiyasından Kays

arrow Ətraflı
"Onlarla eyni şəhərdə yaşadığıma peşmanam" Tanınmış aktyor like
  • 24 Okt 23:00  
Şou-biznes "Onlarla eyni şəhərdə yaşadığıma peşmanam" Tanınmış aktyor

Aktyor Hikmət Rəhimov sosial media hesabındakı paylaşımı ilə diqqət ç�

arrow Ətraflı
"Səhər 5də belə durub bu haqda düşünürəm" like
  • 24 Okt 22:48  
Şou-biznes "Səhər 5də belə durub bu haqda düşünürəm"

Əməkdar artist Dilarə Əliyeva media nümayəndələri ilə görüşüb.

arrow Ətraflı
Tramp Moskvanı vurmaqla hədələyib? – Putin like
  • 24 Okt 22:39  
Digərləri Tramp Moskvanı vurmaqla hədələyib? – Putin

Rusiyanı təhdid etməyin mənası yoxdur, çünki bu, bizi yalnız ruhlandır�

arrow Ətraflı
"Demək istəyirsən ki, mənim kimi eybəcər efiri zəbt edib?" like
  • 24 Okt 22:27  
Şou-biznes "Demək istəyirsən ki, mənim kimi eybəcər efiri zəbt edib?"

"Bizim bəzi aparıcılarımız var ki, boyu var, model kimidirlər. Amma �

arrow Ətraflı
Antibiotik preparatları reseptsiz satanları hansı cəza gözləyir? like
  • 24 Okt 22:13  
Digərləri Antibiotik preparatları reseptsiz satanları hansı cəza gözləyir?

Apteklərdə bəzi antibiotiklərin reseptsiz satılması hallarına rast gəlin

arrow Ətraflı
Norveçdə sərnişin qatarı relsdən çıxdı  Ölən və yaralılar var like
  • 24 Okt 22:06  
Dünya Norveçdə sərnişin qatarı relsdən çıxdı Ölən və yaralılar var

Norveçin şimal sahili boyunca Arktik Dairə Ekspresi kimi tanınan "Atren

arrow Ətraflı
“Bu, Tehran üçün çox ciddi nəticələrə gətirib çıxara bilər” like
  • 24 Okt 22:00  
Digərləri “Bu, Tehran üçün çox ciddi nəticələrə gətirib çıxara bilər”

"İranın İsrailə qarşı aqressiv hərəkətləri Tehran üçün çox ci

arrow Ətraflı
Putin: Ərdoğana dedik ki, əvvəlcə onlarla məşğul olun! like
  • 24 Okt 21:43  
Digərləri Putin: Ərdoğana dedik ki, əvvəlcə onlarla məşğul olun!

Türkiyəli tərəfdaşlarımız vasitəsilə Ukrayna ilə danışıqlar üçün

arrow Ətraflı