Səhər süfrəsinə bu 5 qidanı əsla qoymayın


Digərləri 24 Okt 2024 08:46:00 102 0

Səhər süfrəsinə bu 5 qidanı əsla qoymayın

"Səhər yeməyi - ən vacib qida qəbuludur və onu buraxmamaq vacibdir. Əks halda, ciddi sağlamlıq problemləri yarana bilər. Ancaq səhər yeməyinin orqanizmə fayda verməsi üçün onun tərkibinə də diqqət yetirmək vacibdir".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Valeriya Lomova xəbərdarlıq edib.

Onun sözlərinə görə, səhər yeməyinin faydalı olması üçün yumurta, sıyıq, avokado, qoz-fındıq, yaşıl çay və itburnu dəmləməsi kimi qidaları daxil etmək tövsiyə olunur.

"Bununla yanaşı, acqarına istehlak edilməsi tövsiyə olunmayan qidalar var. Bunlara xüsusilə qəhvə aiddir ki, o ac qarına mədənin selikli qişasını qıcıqlandıra və xlorid turşusunun ifrazını artıra bilər. Bu isə da qastroezofageal reflüks və ürəkbulanmaya səbəb ola bilər. Həmçinin qastrit və ya xora riski var", - mütəxəssis xəbərdarlıq edib.

Həkim onu da vurğulayıb ki, qəhvədən tamamilə imtina etmək lazım deyil, çünki onun bir çox faydalı xüsusiyyətləri var - onu yeməkdən sonra və mümkünsə süd əlavə edərək içmək lazımdır.

"Səhər yeməyində çörək, şirniyyat kimi sadə karbohidratları istehlak etmək məsləhət deyil. Belə qidalar qanda insulin səviyyəsini sürətlə artırır ki, bu da çəki artımına səbəb olur. Bunun əvəzinə yarma kimi mürəkkəb karbohidratlar yemək daha yaxşıdır", - qastroenteroloq əlavə edib.

Onun sözlərinə görə, ac qarına şirələr və meyvələr, xüsusilə sitrus meyvələri içmək olmaz. Turşular və qaba liflərin olması səbəbindən onlar mədənin selikli qişasını qıcıqlandıra və nəticədə qastriti kəskinləşdirə və ya xora yarada bilər.

"Süd məhsulları səhər yeməyi kimi zərərli olmasa da, faydasız ola bilər. Məsələ ondadır ki, oyanandan sonra mədədə xlorid turşusunun yüksək konsentrasiyası qeyd olunur ki, bu da faydalı bakteriyaları neytrallaşdırır və onları faydasız edir", - Lomova qeyd edib.

Bundan əlavə, o, acqarına isti su içməməyə diqqət çəkib. Onun sözlərinə görə, səhər su içmək faydalıdır, lakin o, otaq temperaturunda olmalıdır, çünki həddindən artıq isti su mədənin selikli qişasını qıcıqlandıra və iltihablanmaya səbəb ola bilər.

O, həmçinin səhər yeməyini buraxmamağa çağırıb.

"Çünki səhər yemək yeməmək kimi vərdiş öd kisəsində daşların əmələ gəlməsinə səbəb ola bilər. Bundan əlavə, səhər yeməyi həzm proseslərini aktivləşdirməyə kömək edir", - deyə həkim sözlərini yekunlaşdırıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Zelenskidən Rusiyaya təklif: Bunu edək, müharibəni bitirək like
  • 24 Okt 08:17  
Digərləri Zelenskidən Rusiyaya təklif: Bunu edək, müharibəni bitirək

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə barışığa töhfə verə bil�

arrow Ətraflı
Danimarka şirkəti Naxçıvanda külək elektrik stansiyası qurmaq istəyir like
  • 24 Okt 08:14  
Digərləri Danimarka şirkəti Naxçıvanda külək elektrik stansiyası qurmaq istəyir

Naxçıvanda Danimarkanın "Kapella Wind Energy" şirkəti yeni külə

arrow Ətraflı
Navai 600 minlik maşınını satır like
  • 24 Okt 08:08  
Şou-biznes Navai 600 minlik maşınını satır

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahal�

arrow Ətraflı
Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi like
  • 24 Okt 07:52  
Digərləri Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Er

arrow Ətraflı
“Terrorun bu vaxt baş verməsi təsadüfi deyil” like
  • 24 Okt 07:40  
Digərləri “Terrorun bu vaxt baş verməsi təsadüfi deyil”

"Terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdə olduğu

arrow Ətraflı
“Türkiyənin yanındayıq”  Blinken like
  • 24 Okt 07:35  
Digərləri “Türkiyənin yanındayıq” Blinken

"Müttəfiqimiz Türkiyənin yanındayıq və bugünkü terror aktını qə

arrow Ətraflı
“İrəvanla Bakı arasında sülh prosesi noyabrda müzakirə oluna bilər” like
  • 24 Okt 07:16  
Siyasət “İrəvanla Bakı arasında sülh prosesi noyabrda müzakirə oluna bilər”

"Noyabrda Bakıda keçiriləcək COP29 sammiti Ermənistanla Azərbaycan ar

arrow Ətraflı
Azərbaycanda binada partlayış like
  • 24 Okt 07:07  
Digərləri Azərbaycanda binada partlayış

Daşkəsən rayonunda yaşayış binasinda mənzillərdən birində partlayış

arrow Ətraflı
Məşhur aparıcı xəstəxanaya düşdü like
  • 24 Okt 07:00  
Şou-biznes Məşhur aparıcı xəstəxanaya düşdü

Türkiyəli məşhur aktrisa və aparıcı Yeliz Şar xəstəxanaya yerləşdiri

arrow Ətraflı
Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur  Sukiasyan like
  • 24 Okt 06:51  
Siyasət Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur Sukiasyan

Təbii ki, biz Rusiya ilə iqtisadi əlaqələri davam etdirməli və dərinlə�

arrow Ətraflı
62 yaşlı Xalq artisti daha 3 uşaq arzulayır  Arvadının 18 yaşı var like
  • 24 Okt 06:42  
Şou-biznes 62 yaşlı Xalq artisti daha 3 uşaq arzulayır Arvadının 18 yaşı var

Rusiyanın Xalq artisti, müğənni Qriqori Leps ən azı daha üç uşaq istəd

arrow Ətraflı
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: "50 yaşadək kişilər..." like
  • 24 Okt 06:39  
Digərləri Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: "50 yaşadək kişilər..."

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifə

arrow Ətraflı
Azərbaycanlı idmançı Rusiyada döyüldü like
  • 24 Okt 06:34  
Digərləri Azərbaycanlı idmançı Rusiyada döyüldü

Rusiyanın Engels şəhərində Tümen şəhərindən olan idmançı, 24 yaşlı

arrow Ətraflı