COP29a qədər Azərbaycanda “yaşıl” binaların tikintisi üzrə yol xəritəsi təqdim ediləcək
Digərləri 23 Okt 2024 17:41:00 132 0
COP29-a qədər Azərbaycanda "yaşıl" binaların tikintisi üzrə yol xəritəsi təqdim ediləcək.
Bu xəbəri də oxu: 21 yaşlı gənc dəm qazından öldü
Son.az Trend-ə xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının dayanıqlı maliyyə üzrə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.
"Yaxın gələcəkdə IFC Azərbaycanda "yaşıl" binaların tikintisi üçün yeni tənzimləyici və dəstəkləyici mexanizmin yaradılmasını planlaşdırır. Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə imzalanmış memorandumun nəticəsi olaraq həyata keçiriləcək və onun əsasında Azərbaycanda "yaşıl" binaların tikintisi üçün yol xəritəsi hazırlanıb təqdim olunacaq. Yol xəritəsinin COP29-a qədər təqdim olunması gözlənilir", - o bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbb�
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasınd
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SH
"Dərs oxuyarkən fikirləri cəmləyə bilməməyin bir neçə səbəbi va
Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı
"Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətind
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Res
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tən
Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital" arasındakı insi
Bakıda yağışın yaratdığı fəsadların çoxu aradan qaldırılıb.
Azərbaycanda yaxın günlərdə daha təkmil "Bakıkart" proqramı is
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Res
Əməkdar artist Ehtiram Hüseynov Qarabağda yaşamasının səbəbini açıqla
"Dollar silah kimi istifadə olunur, bu, bunu edənlərin böyük səhvidir