Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu
Digərləri 21 Okt 2024 21:42:00 118 0
Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?
Bu xəbəri də oxu: Bu cihaz avtomobilləri qəzalardan qoruyur
Son.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov sərçələrin sayının kəskin azalmasının səbəbini açıqlayıb.
Onun sözlərinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir. Mütəxəssis bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. O, Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyib.
Biologiya üzrə elmlər doktoru bildirib ki, əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar: "Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər. Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib".
T.Kərimov qeyd edib ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Onun sözlərinə görə, bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.
"Bir neçə il öncə ölkəmizdə sərçə biznesi var idi. Çünki sərçənin əti zehinin qüvvətlənməsinə və digər orqanların fəaliyyətinə müsbət təsir edir. Lakin hazırkı məqamda ölkəmizdə sərçə biznesi mövcud deyil", - deyə dosent sərçə ətinin faydalarına da toxunub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Astrologiyaya görə, bəzi bürclər anadangəlmə güclü intuisiyaya sahib ol
Türkiyəli aktrisa Çağla Bozla iş adamı Mehmet Dinçerlerin sevgili olduğ
Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin BRİCS sammiti çərçivəsin
Əməkdar artist Sevda Ələkbərzadə illər əvvəl dələduzluğa məruz qalm
Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər artmağa başlayıb.
İlk dəfə 2024-cü ilin iyununda müəyyən edilən COVID-in XEC variantı art
Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın xarici işlər naziri
Vatsapda zənglərin təşkili ilə bağlı yeni funksiya var.
"Telefonla danışırsan, adama elə gəlir ki, dünən görüşmüsən. Bu yax�
Çoxdan məlumdur ki, bəzi insanlar, ümumiyyətlə, bir araya gələ bilmir v�
Albaniyanın keçmiş prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinay�