Qəlbimiz doğrudan qırılırmış Həkim açıqladı


Digərləri 20 Okt 2024 19:03:00 126 0

Qəlbimiz doğrudan qırılırmış  Həkim açıqladı

Bizim çoxumuz "qəlb qırıqlığı" ifadəsini eşidib, lakin az adam bilir ki, tibdə həqiqətən belə bir diaqnoz var. "Sınıq qəlb" sindromu və ya "stres-induksiya olunmuş kardiomiopatiya" ürək əzələsinin düzgün işləmədiyi və qeyri-bərabər yığılmağa başladığı kəskin bir vəziyyətdir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya danışıb.

Onun sözlərinə görə, bu sindromda sol mədəciyin yuxarı hissəsinin yığılma qabiliyyəti kəskin şəkildə azalır və ürəyin yığılması zamanı (sistola fazası) o, uzun dar boyunlu qaba bənzər xarakterik kürə forması alır.

"Patologiya zamanı sol mədəcik yığılaraq yapon səkkizayaqlısının (oktapod) ovlama qabına oxşayır. Buna görə də belə vəziyyət daha bir ad alıb - takotsubo kardiomiopatiyası. Sindrom ilk dəfə 1990-cı ildə yapon tədqiqatçılar tərəfindən təsvir edilib", - deyə mütəxəssis izah edib.

Həkim bildirib ki, takotsubo sindromunun inkişaf mexanizmi hələ də tam öyrənilməyib:

"Güman edilir ki, sol mədəciyin yığılma qabiliyyəti qismən ürək və periferik sinir sistemi arasında əlaqənin pozulması, ürək əzələsində mikrosirkulyasiyanın azalması, koronar arteriyaların spazmı, qanda stres hormonlarının yüksək səviyyəsi səbəbindən azalır. Takotsubo kardiomiopatiyası tez-tez güclü kədər, uzunmüddətli stres, həddindən artıq fiziki gərginlik səbəbindən baş verir. Buna görə də ona "sınıq qəlb" sindromu da deyilir".

Mütəxəssis bu vəziyyətin əsas simptomlarının miokard infarktının əlamətlərinə çox bənzədiyini vurğulayıb:

"Döş qəfəsində güclü ağrı, ümumi zəiflik, ürək ritminin pozulması, təngnəfəslik, huşun itməsi - bu simptomlar meydana çıxdıqda dərhal təcili yardım çağırmaq lazımdır. Takotsubo sindromlu xəstələr stasionar şəraitdə müalicə olunurlar. Əksər hallarda təhlükəli simptomlar bir neçə gün ərzində keçir və xəstə tam sağalır. Bununla belə, nadir hallarda ağırlaşmalar - atrial fibrillyasiya və kardiogen şok baş verə bilər".

Demyanovskaya "sınıq qəlb" sindromunu miokard infarktından xüsusi müayinələr olmadan ayırmağın çox çətin olduğunu qeyd edib.

"Sindromu aşkar etməyə mədəciyin xarakterik formasını görməyə imkan verən - exokardioqrafiya, yaxud ürək damarlarının vəziyyətini qiymətləndirməyə imkan verəcək koronaroangioqrafiya kömək edər", - deyə o bildirib.

Həkim stres kardiomiopatiyasının kifayət qədər nadir patologiya olduğunu vurğulayıb.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Göz sifilisi barədə like
  • 20 Okt 18:56  
Digərləri Göz sifilisi barədə

Sauthempton Universitetinin oftalmologiya üzrə mütəxəssisi, professor Endry

arrow Ətraflı
"Harris qalib gəlsə, X öləcək" like
  • 20 Okt 18:49  
Dünya "Harris qalib gəlsə, X öləcək"

Demokratlar Partiyasından namizəd Kamala Harris qalib gəlsə, X sosial şəb�

arrow Ətraflı
Xatirə bütün arxivini ÜZƏ ÇIXARDI: "Görün, kimlərlə..." like
  • 20 Okt 18:42  
Şou-biznes Xatirə bütün arxivini ÜZƏ ÇIXARDI: "Görün, kimlərlə..."

Müğənni Xatirə İslam sosial şəbəkədə arxivini nümayiş etdirib. 

arrow Ətraflı
Trampla telefonla danışdı like
  • 20 Okt 18:38  
Dünya Trampla telefonla danışdı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizəd Donald T

arrow Ətraflı
London və Berlin tarixi hərbi saziş like
  • 20 Okt 18:32  
Dünya London və Berlin tarixi hərbi saziş

Böyük Britaniya və Almaniya tezliklə tarixi hərbi saziş imzalayacaq.

arrow Ətraflı
Günay İbrahimlinin evində ŞADLIQ VAR  VİDEO  FOTO like
  • 20 Okt 18:26  
Şou-biznes Günay İbrahimlinin evində ŞADLIQ VAR VİDEO FOTO

Müğənni Günay İbrahimlinin bacısı İlahə İbrahimlinin toyudur. 

arrow Ətraflı
Dünyanın ən kiçik paltaryuyanı hazırlandı like
  • 20 Okt 18:21  
Digərləri Dünyanın ən kiçik paltaryuyanı hazırlandı

Hindistanlı Sebin Saji adlı bir kişi cəmi 1,28 x 1,32 x 1,52 düym ölçüs�

arrow Ətraflı
Uşaqlarını 23cü mərtəbədəki kondisionerin üstünə qoyub dava etdilər like
  • 20 Okt 18:15  
Dünya Uşaqlarını 23cü mərtəbədəki kondisionerin üstünə qoyub dava etdilər

Yaşayış binasındakı qonşular səhər saatlarında balaca qızın ürəkağ

arrow Ətraflı
"O, mənim dəli olduğumu bilir" like
  • 20 Okt 18:08  
Dünya "O, mənim dəli olduğumu bilir"

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, Pekin onun prezidentliyi d

arrow Ətraflı
Məktəbdən əvvəl uşağı qidalandırmağın ən yaxşı yolu like
  • 20 Okt 18:00  
Digərləri Məktəbdən əvvəl uşağı qidalandırmağın ən yaxşı yolu

Uşaqlar üçün səhər yeməyi böyüklərdən daha vacibdir. Uşaqların şə

arrow Ətraflı
Meteohəssas insanların nəzərinə: like
  • 20 Okt 17:51  
Digərləri Meteohəssas insanların nəzərinə:

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Azərbaycanlı müğənnidən maraqlı paylaşım  FOTO like
  • 20 Okt 17:42  
Şou-biznes Azərbaycanlı müğənnidən maraqlı paylaşım FOTO

Avroviziya təmsilçimiz Səmra Rəhimlinin paylaşımı maraq yaradıb.

arrow Ətraflı
Bu PKK liderləri like
  • 20 Okt 17:26  
Digərləri Bu PKK liderləri

PKK/KCK terror təşkilatı üçün bölgə xalqından xərac toplayan təşkila

arrow Ətraflı
2 yaşlı uşaq 2ci mərtəbədən YIXILDI: like
  • 20 Okt 17:18  
Digərləri 2 yaşlı uşaq 2ci mərtəbədən YIXILDI:

Şirvanda 2 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb.

arrow Ətraflı