İrəvan çox tələsir: İstanbulda razılıq olacaq
Şou-biznes 17 Okt 2024 09:42:00 129 0
"3+3" formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər.
Bu xəbəri də oxu: Məşhur müğənninin "parkovşik"ə verdiyi pul təəccübləndirdi
Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkoloq Mger Abramyan "Sputnik Ermənistan"a müsahibəsində deyib.
Onun sözlərinə görə, "3+3" platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdırar:
"Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və Ermənistan rəhbərliyi və XİN isə müəyyən razılığa gələ bilər. Sonra daha bir görüş olacaq, orada bu müqavilə kağız üzərində təsbit ediləcək".
Abramyanın fikrincə, əgər əvvəllər Azərbaycan sülh sazişində tələsirdisə, indi Ermənistan tələsir və rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür. Bu, ilk növbədə Azərbaycana, sonra isə Türkiyəyə sərfəlidir:
"Rusiya Ukrayna böhranı ilə məşğul olduğu, Qərb Ermənistanla Azərbaycan arasında "sülh göyərçini" roluna can atdığı bir vaxtda Türkiyənin regionda öz mövqelərini möhkəmləndirməsi üçün çox əlverişli şərait yaradılır, İran isə öz sərhədlərini qorumağa və Zəngəzur vasitəsilə dəhliz yaradılmasının qarşısını almağa çalışır. Türkiyə bölgəyə müharibə ilə "girdi", sonra yumşaq gücə keçdi".
Qeyd edək ki, "3+3" formatında görüş 18 oktyabrda İstanbulda keçiriləcək.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Naxçıvan Muxtar Respublikası 5 Saylı Babək-Naxçıvan-Culfa Dairə Seçki K
Bir neçə gün əvvəl efirə açıq-saçıq geyimdə çıxan Xatirə libasına
"YouTube" videohostinqi çoxlu yeni funksiya və təkmilləşdirmə g�
Rusiya Prezidenti Vladimir Putin mütəmadi olaraq Mərkəzi Klinik Xəstəxanad
Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yar
Ötən gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günü idi.
Son zamanlar siqaret çəkənlərə qarşı cəza mexanizmlərinin sayı artıb.
Baku TV Qazaxıstanın "ALJİR" muzeyindən reportaj hazırlayıb.
Azərbaycanın ilk özəl televiziya kanallarından biri olan SARA TV-nin təsis
Bakıda vətəndaş Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan &q
Azərbaycan mətbəxinin əvəzolunmaz dadı sayılan dəvə qutabına müxtəli
Zaur Kamalın verilişində maraqlı anlar yaşanıb.
Tanınmış müğənni Əlikram Bayramovun oğlu Qalib Əlikramoğlu atasının
"Avtomobilin əyləc pedalına basdıqda sükanın titrəməsi həm kiçik