Ermənistanda növbəti ikitirəlik: Avropa İttifaqına qoşulmaq istəmirlər?


Digərləri 12 Okt 2024 20:05:00 78 0

Ermənistanda növbəti ikitirəlik: Avropa İttifaqına qoşulmaq istəmirlər?

"Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı imzaların toplanması ümidləri doğrultmur".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Nəşr qeyd edir ki, bu proses sentyabrın 16-da başlayıb, lakin təşəbbüskarlar nəticələrdən razı deyillər. Məlumata görə, gözləntilər xeyli yüksək olsa da, indiyədək səslərin 2/3-si (tələb olunan 50 mindən təxminən 33 mini) toplanıb.

Nəzərə alsaq ki, imzaların toplanması təkcə İrəvanda deyil, ölkənin regionlarında da həyata keçirilib, göstəricilər kifayət qədər aşağıdır. Üstəlik, parlament layihəni rədd edərsə, artıq 300 min imza toplamaq lazım gələcək ki, bu da ciddi problemə çevriləcək.

Təşəbbüs müəllifləri noyabrın 14-dək 50 min səs toplayıb parlamentə təqdim etməlidirlər. Əgər rədd edilərsə, 60 gün ərzində Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi üçün 300 min səs tələb olunacaq.

Nəşr yazır ki, layihənin rədd edilmə ehtimalı çox yüksəkdir, çünki baş nazir Nikol Paşinyan xalqın fikrinə bələd olduğunu və belə bir şeyə ehtiyac görmədiyini daha əvvəl bildirib. Üstəlik, siyasi komandasının üzvləri ilə qapalı görüşdə Paşinyan xəbərdarlıq edib ki, belə bir referendum keçirilməməlidir.

Qeyd edək ki, daha əvvəl başqa bir Ermənistan KİV ölkədə Aİ-yə daxil olmaq üçün imza toplanmasının çox ləng getdiyindən yazmışdı.

Xatırladaq ki, sentyabrın əvvəlində Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin "Avropa İttifaqına daxil olması" məsələsi ilə bağlı imza toplamağa başlanmasını nəzərdə tutan vətəndaş təşəbbüsünün qeydə alınması qərarını təsdiqləyib. Vətəndaş təşəbbüsündə 51 nəfər var, onun səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinin keçmiş rəhbəri və qərbyönlü Respublika Partiyasının (hakimiyyətdəki partiya ilə əməkdaşlıq edən) qurucularından biri olan Artak Zeynalyandır.

Həmçinin, xatırladaq ki, iyunun 21-də Ermənistan parlamentində Aİ-yə üzvlük üzrə müraciətlə bağlı mümkün referenduma dair dinləmələr keçirilib. Ermənistan qanunlarına görə, əgər 60 gün ərzində 50 min imza toplaya bilsələr, o zaman təşəbbüs parlamentin gündəliyinə salınacaq və qanunverici orqanın deputatları buna səs verəcəklər.

Son.az ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ermənistanda zəlzələ oldu like
  • 12 Okt 20:01  
Dünya Ermənistanda zəlzələ oldu

Ermənistanın Cermuk rayonunda (İstisu rayonu - red.) zəlzələ baş verib.

arrow Ətraflı
Üzünüzə baxaraq ürək xəstəliyini necə müəyyən etmək olar? like
  • 12 Okt 19:44  
Digərləri Üzünüzə baxaraq ürək xəstəliyini necə müəyyən etmək olar?

Daxili xəstəliklərin xarici əlamətlərini öyrənən semiotika adlı maraql

arrow Ətraflı
Hacıqabulun çox hissəsini su basdı like
  • 12 Okt 19:38  
Digərləri Hacıqabulun çox hissəsini su basdı

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb

arrow Ətraflı
"Leyla"nın aktyoru ata oldu like
  • 12 Okt 19:33  
Şou-biznes "Leyla"nın aktyoru ata oldu

Türkiyəli aktyor Alperen Duymaz ata olub.

arrow Ətraflı
Ermənistanın "boş gülləsi": Havada qalan hədələr, like
  • 12 Okt 17:27  
Digərləri Ermənistanın "boş gülləsi": Havada qalan hədələr,

2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki bir günlük

arrow Ətraflı
Payız və qışda dəbdə olacaq ayaqqabı MARKALARI like
  • 12 Okt 17:20  
Digərləri Payız və qışda dəbdə olacaq ayaqqabı MARKALARI

"Vogue" jurnalında payız və qış üçün dəbli ayaqqabıların mo

arrow Ətraflı
"Qərb Paşinyanın bu qərarını bağışlamayacaq" like
  • 12 Okt 17:12  
Digərləri "Qərb Paşinyanın bu qərarını bağışlamayacaq"

Hadisələr getdikcə daha maraqlı inkişaf edir. Nikol Paşinyan bəyan edib k

arrow Ətraflı
Müğənni və prodüseri Hacıqabulda QƏZAYA DÜŞDÜ  TƏBİBdən AÇIQLAMA like
  • 12 Okt 17:11  
Şou-biznes Müğənni və prodüseri Hacıqabulda QƏZAYA DÜŞDÜ TƏBİBdən AÇIQLAMA

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəz

arrow Ətraflı
Bədbəxt insanı necə tanımaq olar? like
  • 12 Okt 13:56  
Digərləri Bədbəxt insanı necə tanımaq olar?

Xoşbəxt bir insanın deməyəcəyi ifadələr var. Bu sözlər yalnız həyatd

arrow Ətraflı
Bakıda tələbə qıza mesaj yazan oğlan tutuldu like
  • 12 Okt 13:54  
Kriminal Bakıda tələbə qıza mesaj yazan oğlan tutuldu

Bakıda tələbə qıza mesajlar yazaraq ona əxlaqsız təkliflər edən şəxs

arrow Ətraflı
AğstafaBakı sürət qatarı yolda qaldı like
  • 12 Okt 13:47  
Digərləri AğstafaBakı sürət qatarı yolda qaldı

Ağstafa-Bakı sürət qatarında gecikmə yaranıb.

arrow Ətraflı
"Şəbnəm məclisin yarım saatını 7 min dollara danışmışdı, like
  • 12 Okt 13:47  
Şou-biznes "Şəbnəm məclisin yarım saatını 7 min dollara danışmışdı,

"Şəbnəm məclisi 7 min dollara danışmışdı, Vəfa isə 4 minə...&qu

arrow Ətraflı
Hizbullah üçün peycerləri İran şirkəti alıb like
  • 12 Okt 13:45  
Dünya Hizbullah üçün peycerləri İran şirkəti alıb

Hizbullahın əlaqə sahəsindəki ehtiyaclarını təmin etmək üçün bir İr

arrow Ətraflı
Avropada ən çox edilən əməliyyatlar like
  • 12 Okt 13:40  
Dünya Avropada ən çox edilən əməliyyatlar

2022-ci ildə Avropada ən çox edilən əməliyyatlar katarakta, qeysəriyyə �

arrow Ətraflı
Bakıda zavodda faciəvi hadisə like
  • 12 Okt 13:36  
Digərləri Bakıda zavodda faciəvi hadisə

Sosial şəbəkələrdə Bakıda zavodda baş vermiş bədbəxt hadisənin gör�

arrow Ətraflı