Mühərrik qəfil sönüb və işə düşmür: Motorun yolun ortasında "yatmasının" dörd səbəbi
Digərləri 09 Okt 2024 07:52:00 196 0
İşlək bir yolla gedirsiniz və birdən avtomobiliniz gücünü itirməyə başlayır, sonra tamamilə sönür. Belə bir ssenari hətta təcrübəli sürücünü də qəfil yaxalaya bilər. Bəs bu cür xoşagəlməz "sürpriz"in səbəbi nədir?
Bu xəbəri də oxu: Trendyol COP29da FOTO
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi İqor Boyarski mühərriyin qəflətən sönməsinin səbəblərindən danışıb.
Onun sözlərinə görə, birinci səbəb yanacaq sistemində gizlənir. Tıxanmış və ya zədələnmiş yanacaq filtri yanacağın vurulmasını məhdudlaşdırır ki, bu da mühərriyin dayanmasına gətirib çıxarır.
"İkinci mümkün nasazlıq alışdırma problemləri səbəbindən işləməyi dayandıra bilər. Bu, adətən nasaz şamlar, çatlamış alışdırma modulu və ya sıradan çıxmış sarğılar səbəbindən baş verir", - deyə o əlavə edib.
İqor Boyarski qeyd edib ki, mühərriyin idarəetmə sistemi - problemlərin daha bir potensial mənbəyidir.
"Hava kütləsi sərfiyyatı və drossel qapağının vəziyyəti sensorlarının qeyri-dəqiq göstəriciləri mühərriyin işində nasazlıqlara və onun dayanmasına gətirib çıxarır".
Ekspert vurğulayıb ki, nəhayət, termostatın nasazlığı və ya soyuducu mayenin sızması səbəbindən mühərriyin həddindən artıq qızması da avtomobilin qəflətən "yatmasına" səbəb ola bilər.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Gənc və təcrübəsiz bir qızın diqqətini gözəl danışan bir kişi çək
"Barsa"nın futbolçusu Lamin Yamalın sabiq sevgilisi Aleksia Padilla
"1984-cü ildə "Azərbaycanfilm" kinostudiyasında bir film çə
Hazırda mövsümü olan nar meyvələri və toxumlarında çoxlu bioloji aktiv
Avropa Parlamentinin bəzi üzvləri "bahar havası ilə" Ukraynaya ra
Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır.
Bakı "Əmək Şöhrəti Şəhəri" adına layiq görülən ilk şəh�
Bu gün Hadrutun işğalçılardan azad olunmasının 4 ili tamam olur.
İsrailin Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binası
Müdafiə Sənayesi Nazirliyinin hazırladığı QFAB-250 LG aviasiya bombası T
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə gör
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm
Rusiya hakimiyyəti Ermənistanın ən məşhur iş adamlarından biri, parlamen