Bakı yollarının zolaqlı problemi:


Digərləri 06 Okt 2024 13:24:00 138 0

Bakı yollarının zolaqlı problemi:

"Avtobus zolaqlarına daxil olmaq mümkün deyil, çünki cərimə yazılır. Bu səbəbdən sərnişin düşürmək istədikdə yolun ortasında saxlamalı oluruq. Sərnişinin yolun hərəkət hissəsində maşından enməsi çox təhlükəlidir. Avtobus zolaqlarından da avtobusların nə zaman və hansı sürətlə gələcəyi məlum deyil. Bu yaxınlarda bir xanım maşından düşdükdə avtobus vurmuşdu".

"Avtobuslar üçün zolaqlar olsa da, onlar digər nəqliyyat vasitələri üçün yoldan istifadə edirlər. Səbəbini isə yol kənarında olan ağaclarla əlaqələndirirlər. Budaqlar avtobusa mane olduğu, həmçinin zərər yetirdiyi üçün həmin yola daxil ola bilmirlər. Əgər zolaq istifadə olunmayacaqsa, nə üçün çəkilib?"

Hər iki şikayət sosial şəbəkələrdə yazılıb. Avtobus zolaqlarının çəkilməsi nəqliyyatın intensivliyi baxımından gözəl addımdır, lakin özü ilə bu cür problemlər də gətirir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

AYNA-dan bildirildi ki, hazırda paytaxtın 25 küçə və prospektində uzunluğu 77 kilometrdən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır:

"Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq iki balla qiymətləndirilir. Taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur".

Ağaclarla bağlı məsələyə gəldikdə isə, qeyd edildi ki, avtobusların hərəkətinə mane olmaması üçün ağacların budanması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

DYP-dən verilən məlumata görə, digər avtonəqliyyat vasitələrinin avtobus zolaqlarından istifadəsi qadağan edilsə də, istisna hallar mövcuddur: "Nəqliyyat vasitələri avtobus dayanacağında saxlayırlar. Sərnişinlər də rahat şəkildə düşürlər. Avtobus zolaqları elə çəkilib ki, birbaşa hərəkət edib dayanacaqda saxlayırlar. Digər nəqliyyat vasitələrinin hər bir halda avtobus zolağında dayanması və durması qadağandır. Amma yol hərəkəti haqqında 48-ci maddədə göstərilən müddəalar istisna olmaqla".

Həmin maddəyə əsasən, üstündə "polis", "təcili tibbi yardım", "yanğınsöndürən" yazıları olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər.

IV. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.

Nəqliyyat eksperti Fərhad Eyyubovun fikrincə, hazırda Bakıda tıxac olduqda müntəzəmlik təmin olunmur: "Çünki avtobuslar tıxacda ilişib qalır. İntervallar böyüyür, gözləmə müddəti artır. Çalışırlar ki, avtobusun maneələrini azaltsınlar ki, onlar da öz hərəkət cədvəllərinə uyğun olaraq müntəzəm marşrutla hərəkət edə bilsinlər. Avtobuslar üçün bu şəraiti yaratmaq lazımdır. Bunun üçün də yol hərəkətində müəyyən dəyişikliklər edilməlidir".

Ekspertin sözlərinə görə, Bakı elə bir şəhərdir ki, bu şəraiti hər yerdə yaratmaq mümkün deyil: "Əslində avtobus zolaqları üç zolaqlı yollara çəkilməlidir. Bir zolaq marşrutlar üçün, digəri avtomobillər üçün nəzərdə tutulur. Amma bir çox yerlərdə üç zolaq yoxdur. Avtobus zolaqlarının olduğu küçələrin əksəriyyəti iki zolaqdan ibarətdir. Ona görə zolağın biri avtobus üçün olanda, bütün nəqliyyat vasitələri bir zolaqda toplanır".

F. Eyyubov bildirdi ki, zolaqlar olan yollarda sağa, sola dönmələr, müəyyən yerlərdə dayanma yerləri olmalıdır. Amma zolaqlar salınarkən bunlar nəzərə alınmır: "Yol hərəkətinin təhlükəsizliyinə də diqqət yetirilməlidir. Sürəti də optimal şəkildə saxlamaq vacibdir. Bir çox hallarda avtobus zolağı çəkilən zaman digər nəqliyyat vasitələri maneəyə rast gəlir, çətinliklər olur. Avtobuslar müntəzəm fəaliyyət göstərməlidir, amma digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə. Məsələn, təcili yardım və yanğınsöndürən maşınlarının oradan hərəkəti nəzərdə tutula bilər. Amma bütün taksilərin və digər nəqliyyat vasitələrinin istifadəsinə icazə verilsə, yenidən marşrut xətləri iflic olacaq".

Ekspertin fikrincə, avtobus zolaqlarının olduğu hər küçədə monitorinqlər aparılmalıdır. Əgər digər nəqliyyat vasitələrinə maneçilik törədirsə, o zaman başqa üsullara müraciət etmək lazımdır: "Zolaq çəkiləndən sonrakı mərhələni, problemləri də gözdən qaçırmaq olmaz. Hələ nəqliyyatla bağlı məsələlər tam təkmilləşməyib. Avtobus zolaqları müəyyən yerlərdə qırıq-qırıq xətlərlə icazə verilən formada təşkil olunsa, daha yaxşı olar. Hansı yerdə ki, vəziyyət kritikdir yaxud təhlükə var, oranı başqa formada layihələndirmək lazımdır. Yəni, hər küçəyə eyni qaydada sadəcə xətt çəkərək, bu, düzgün deyil. Hər bir nəqliyyat vasitəsi nəzərə alınmalıdır".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Robotlar sürətlə "insanlaşırlar"  Yeni inanılmaz xüsusiyyət  FOTO like
  • 06 Okt 12:54  
Digərləri Robotlar sürətlə "insanlaşırlar" Yeni inanılmaz xüsusiyyət FOTO

Robotexnika sürətlə inkişaf etməyə davam edir. Hazırda robotlar təkcə m

arrow Ətraflı
Səhər edilən bu səhv xərçəng riskini artırır like
  • 06 Okt 12:25  
Digərləri Səhər edilən bu səhv xərçəng riskini artırır

Günə başlamazdan əvvəl səhər əllərinizi, üzünüzü və dişlərinizi

arrow Ətraflı
Rus ordusu öz təyyarəsini like
  • 06 Okt 12:24  
Dünya Rus ordusu öz təyyarəsini

Rusiya ordusu dünən öz təyyarəsini vurub.

arrow Ətraflı
Oktyabrın 67si ilə bağlı əhaliyə like
  • 06 Okt 12:19  
Digərləri Oktyabrın 67si ilə bağlı əhaliyə

Oktyabrın 6-7-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə ba

arrow Ətraflı
Sumqayıtda 23 yaşlı gənc faciəvi şəkildə ÖLDÜ like
  • 06 Okt 12:17  
Digərləri Sumqayıtda 23 yaşlı gənc faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

arrow Ətraflı
Ən romantik 4 bürc like
  • 06 Okt 12:15  
Digərləri Ən romantik 4 bürc

Astrologiyada romantik təbiəti ilə diqqət çəkən bürclər var.

arrow Ətraflı
İsrail ordusu yeni hərbi əməliyyata başladı like
  • 06 Okt 12:14  
Dünya İsrail ordusu yeni hərbi əməliyyata başladı

İsrail ordusu (SAXAL) Qəzza zolağının şimalında yerləşən Cəbəliyə q

arrow Ətraflı
Avtomobili qışda qarajda saxlamayın like
  • 06 Okt 12:09  
Digərləri Avtomobili qışda qarajda saxlamayın

Bir çox avtomobil sahibləri hesab edirlər ki, maşını qışda qarajda saxla

arrow Ətraflı
Samirə ilə Əli Özbəkistanda dava etdi like
  • 06 Okt 12:08  
Şou-biznes Samirə ilə Əli Özbəkistanda dava etdi

Əməkdar artist Abbas Bağırov aşıq Samirə Əliyeva və Əli Tapdıqoğlu h

arrow Ətraflı
İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində like
  • 06 Okt 12:04  
Dünya İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində

İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada Deyr əl-Bələh şəhərində İbn

arrow Ətraflı
Afrika ölkəsi xarici qızılaxtaranları like
  • 06 Okt 12:02  
Dünya Afrika ölkəsi xarici qızılaxtaranları

Burkina Faso xarici şirkətlərin qızıl hasilatı icazələrini ləğv etmək

arrow Ətraflı
İsrailin İrana müdaxiləsi ən çox like
  • 06 Okt 11:54  
Dünya İsrailin İrana müdaxiləsi ən çox

İsrailin İrana müdaxiləsi ən çox Rusiya Prezidenti Vladimir Putinə lazım

arrow Ətraflı
9 kiloqram kökəldi  FOTO like
  • 06 Okt 11:46  
Şou-biznes 9 kiloqram kökəldi FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial media he

arrow Ətraflı
Mənzildə bakteriyaların ən çox olduğu yerlər like
  • 06 Okt 10:58  
Digərləri Mənzildə bakteriyaların ən çox olduğu yerlər

Bakteriyalarla ən çox çirklənmiş məişət əşyaları mətbəxdə olur.

arrow Ətraflı
Pensiya alanlara ŞAD XƏBƏR  2 yerdən pul ala biləcəklər like
  • 06 Okt 10:52  
Digərləri Pensiya alanlara ŞAD XƏBƏR 2 yerdən pul ala biləcəklər

Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər. Əmək v

arrow Ətraflı