“Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” layihəsi başa çatmışdır.
Sosial 29 Avq 2024 11:39:08 604 0
16-18 avqust 2024-cü il tarixlərində Neft və Qaz İnstitutunda "İdeyanı Reallaşdır 2023" qrant layihəsində qalib olmuş, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Neft və Qaz İnstitutunun və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər baş tutmuşdur.
Tədbiri giriş sözü ilə Neft və Qaz İnstitutunun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov açaraq, zəlzələlər haqqında hər kəsin məlumatlandırılmasının vacibliyini, zəlzələ baş verdiyi zaman və baş verdikdən sonra təhlükəsizlik tədbirlərini bilməyin hamı üçün önəmli olduğunu vurğulamışdır. Daha sonra layihənin rəhbəri İsmayıl İsmayılov Gənclər Fondunun fərdi qrant layihələri və digər stimullaşdırıcı fəaliyyətləri, o cümlədən layihə, onun məqsədi və toxunulacaq mövzular haqqında iştirakçıları məlumatlandırmışdır.
Təlimlər 3 gün olmaqla, AzDƏMTTETİ-nin elmi işçisi olan Cəvahir Rəcəbli tərəfindən həyata keçilmişdir. İştirakçılar təlimin 1-ci günü zəlzələlər, onların növləri, təsnifatı, yaranma səbəbləri və digər ümumi məlumatlar, 2-ci günü dünyada və Azərbaycanda baş vermiş ən dağıdıcı zəlzələlər və törətdiyi fəlakətlər, 3-cü gün isə zəlzələyə hazırlıq, zəlzələ zamanı və zəlzələ baş verdikdən sonra görüləcək təhlükəsizlik tədbirləri haqqında məlumatlandırılmışlar.
Təlimdə BDU, ADNSU, AzTU, ADİU, ADAU, ADA, MAA, SDU, Xəzər və s. universitetlərdən tələbə və məzunlar, o cümlədən orta təhsil müəssisələrindən şagirdlər iştirak etmişdir. Təlimin sonunda fəal iştirak edən gənclərə sertifikat və hədiyyələr təqdim olunmuşdur.
Tədbirdən sonra layihə çərçivəsində hazırlanmış məlumatlandırıcı flayerlər ictimaiyyətdə paylaşılaraq maarifləndirmə həyata keçirilmişdir.
Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən "Uğur
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qubadl
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının sədr müavi
Türkiyəli müğənni və aktyor Özcan Dənizin ailəsi ilə arasında olan qa
Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan R
Şanlıurfada 26 yaşlı müəllim Yasin Kayran püstə bağında başından gü
Bəzi bürclər pul xərcləməyi sevirlər. Astroloqların fikrincə bu bürcd�
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng e
Xalq artisti Faiq Ağayev və Əməkdar artist Elza Seyidcahanın rəqs videosu
Daşnaksütyun Partiyası növbəti anti-Azərbaycan xarakterli tədbirə hazır
ABŞ-ın məşhur "Friends" serialında istifadə olunan geyim və ə�
Xarici jurnalistlər Rusiya Federasiyasına yalnız müvafiq viza və Xarici İ�
Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfind�
Siz ilk növbədə öz ərazi bütövlüyünüzə və məqsədinizə köklənmə
Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə AB-nin baş diplomatı Jozep Bo