Zelenski Ukrayna ordusunun baş komandanı Zalujnı barədə fikrini açıqladı
Dünya 05 Fev 2024 13:56:00 331 0
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını əvəzləmək barədə düşündüyünü təsdiqləyib. O, bu barədə "Rai News"a müsahibəsində danışıb.
Son.az oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Ukraynaya yeni başlanğıc lazımdır.
"Söhbət təkcə Zalujnıdan deyil, həm də ölkənin bir sıra səlahiyyətlilərinin dəyişdirilməsindən gedir, özü də bu, tək hərbi sahəyə aid deyil", - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, Qərb mətbuatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanının vəzifəsindən azad edilməsi ilə bağlı Ukrayna prezidentinin fərmanının yanvarın 29-dan fevralın 4-dək imzalanacağı barədə məlumat yaymışdı. Ancaq Zalujnı hələ də öz vəzifələrini yerinə yetirir, işdən azad edilməsi ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Serbiyanın "Politika" nəşri yazır ki, Zelenski "İl-76" təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanını ittiham etməyi planlaşdırır. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar q
Ər-Riyadda nəşr olunan "Əl Cəzirə" qəzetində Azərbaycanın S�
Los-Ancelesdə "Crypto.com Arena"da 66-cı dəfə musiqi mükafatları
Dünyaca məşhur kanadalı müğənni Selin Dion səhhətində yaranan probleml
Gənclik gələcəyin təməlidir. Azərbaycanda 2 fevral tarixində qeyd edilə
13:18 Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düş�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Əmək pensiyalarının
Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azər
Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindən
Fevralın 6-da ölkədə müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Resp
Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qon
İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak