FatiməNazilə davası davam edir:
Şou-biznes 02 Fev 2024 16:49:00 368 0
"Rəqqasə Fatimə Fətəliyeva barəsində olan məhkəmə qərarını icra etməkdən boyun qaçırır".
Bu xəbəri də oxu: "Bacım məni tanımır" Təranənin qızı VİDEO
Son.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərlinin vəkili Fuad Bədəlov deyib. O bildirib ki, bu səbəbdən rəqasə Fatimənin axtarışa verilməsi ilə bağlı icra orqanlarına müraciət olunub:
"Məhkəmə qərarı tam icra olunmayıb. İcra tədbirləri görülüb, sadəcə icra olunmayıb. İcra müddəti başa çatıb, artıq barəsində tədbirlər görüləcək. Əgər icra məmuru hansısa icra tədbirləri düzgün görməyibsə, barəsidə şikayət verilir, yox borclu yayınırsa, borclu barəsində axtarış verilir. Rəqqasə Fatimə barəsində axtarış verilib, məcburi icra tədbirlərinin görülməsi ilə bağlı müraciət olunub". Qaynarinfo məsələ ilə bağlı Fatimə Fətəliyeva ilə əlaqə saxlayıb. Lakim rəqqasə bu barədə danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasında gedən məhkəmə birincinin xeyrinə başa çatıb. Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Səfərlinin ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib.
Məhkəmə zamanı "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia qismən təmin olunub. Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verməsi tələb olunub.
Xatırladaq ki, Fatimə Fətəliyeva sosial şəbəkənin canlı yayımında "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm", deyib.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyini
2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndir
Kreml Rusiya və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələləri
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə fenomenlər Nia-Furkan cütlüyün
ABŞ-nin Texas ştatında böhran davam edir. Belə ki, bir müddət öncə Texa
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Məşhur müğənni və aktyor Mahsun Kırmızıgül ötən gün qızı Lavinlə
Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili t
Ekvadorun Rusiya texnikalarını ABŞ-a ötürmək qərarı ehtiyatsızlıq olub
Dünya şöhrətli müğənni Meray Keri geyimi ilə gündəm olub.
Əməkdar artist Könül Kərimovanın təxminən 30 il əvvələ aid videosu ya
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurna
Azərbaycanda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq, se
Yaponiyalı zəlzələ mütəxəssisi Morivaki deyib ki, ümumiyyətlə Aralıq
Türkiyənin məşhur ifaçısı Ajda Pekkan əməliyyat olunub.