Kəmalə Piriyeva “Maska” şousundakı gizliliklərdən danışdı
Şou-biznes 31 Yan 2024 23:11:00 312 0
"Maska" şousunda gizlilik o səviyyədədir ki, heç kim bir-birinin üzünü görmür. Bütün iştirakçılarla heç kəsə bir kəlmə deməmək barədə şərt kəsilir. Bu barədə hətta ailə üzvlərimiz də heç nə bilmir. Elə məhz bu qayda orada iştirakı çətinləşdirir".
Bu xəbəri də oxu: Aysel Balidə dekolteli geyimdə FOTOlarını paylaşdı
Son.az xəbər verir ki, bu fikirləri lent.az-a açıqlamasında şouda kəpənək obrazı ilə çıxış edən aktrisa və aparıcı Kəmalə Piriyeva deyib.
O, şoudan özü getmək arzusunda olduğunu bildirib.
"Bu veriliş üçün bizim mahnılarımız öncədən yazılmışdı. Mənə təklif gələndə kəpənək kostyumunu görüb Kəpənək obrazında olmaq istədiyimi dedim. Amma inanın, o kostyumu geyinmək asan deyildi. Çəkilişlər hələ yayda başlamışdı. Kostyumun içində çox isti olurdu, maskam da burnumun üstünü sürtmüşdü buna görə dözmək heç də asan olmurdu", - o bildirib. "Şou o dərəcədə mükəmməl hazırlanmışdı ki, heç kim bir-birinin üzünü görə bilmirdi. Hər iştirakçıya ayrıca otaq ayrılmışdı. Məsələn, çıxıb tualetə getmək lazım gəlirdisə, komandaya bildiriş gedirdi ki, iştirakçı dəhlizə çıxır. Bütün dəhlizlər boşaldılırdı ki, kimin dəhlizə çıxdığını heç kim görməsin.
Telekanalın ətrafında maşınlarımızın görünüb tanınmaması üçün bizi ora xüsusi maşınlarla aparıb gətirirdilər, görüşü isə neytral ərazidə təşkil edirdilər. Məsələn, məni hansısa bir parkın ərazisindən götürüb telekanala aparır, içəriyə də son dərəcə gizli yollarla salırdılar. Bu məsələdə ən çətini ailə üzvlərimizdən harada olduğumuzu gizlətmək idi", - o bildirib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Uk
Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya parlamentinin Deputatlar Pala
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ildən çoxdur kəsilən əlaq�
Azərbaycanda şagirdin xəstəlikdən öldüyü barədə yayılan xəbərlərl�
İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının abidəsini təhqir edən
Vaşinqton Tehranın dəstəklədiyi silahlı qrupların Suriya-İordaniya sərh
Türkiyənin Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əy
Bürc nümayəndələri, astroloqların fikrincə, hər birinin xüsusi keyfiyy�
Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Silahlı Qüvvələri
Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi
Çexiyada quşçuluq fermalarının birində quş qripi yayılıb.
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə daimi və ya müvəqqəti ya�
Diametri təxminən 500 metr olan böyük asteroidin fevralın ikisi Yerin yanı