“Ermənistanın iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir” “Fitch”
Digərləri 31 Yan 2024 20:58:00 367 0
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" açıqlayıb ki, Ermənistan iqtisadiyyatı ticarət və enerji sahəsində Rusiyadan güclü şəkildə asılıdır.
Bu xəbəri də oxu: Xamənei ona vəzifə verdi FOTO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla yanaşı, agentlik İrəvanla Moskva arasında gərgin münasibətləri qeyd edərək, yaxın gələcəkdə Rusiyadan ciddi diversifikasiya gözləmədiyini bəyan edib.
"Fitch" qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya-Ermənistan ticarəti kəskin şəkildə artıb.
"Ermənistan Rusiyanın bank sektorundakı müəssisələrinə qarşı Qərb sanksiyalarını tətbiq etməkdə davam edir. Bununla belə, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin ilk üç rübündə Ermənistanın ixracının 51 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb", - "Fitch"in hesabatında deyilir.
Agentlik Cənubi Qafqazdakı geosiyasi risklər barədə də xəbərdarlıq edib:
"Fikrimizcə, geosiyasi risklər davam edir, çünki iki ölkə arasında bir neçə mübahisəli məsələ qalmaqda davam edir. Buraya Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək quru əlaqəsinin açılması və bəzi ərazilərdə sərhədin demarkasiyası da daxildir".
"Dövlət borcunun xarici valyutada yüksək (azalsa da) payı, nisbətən zəif xarici maliyyələşdirmə və maliyyə sektorunun yüksək dollarlaşması var. Büdcə kəsiri 2024-cü ildə müvəqqəti olaraq 4,5 faizə yüksələcək. "Fitch"in davavam edən dramın zəifləməsi ilə bağlı gözləntiləri 2024-2025-ci illərdə orta hesabla 3,9 faiz olmaqla inflyasiyanın daha yüksək olmasına səbəb olacaq"- agentliyin ekspertləri açıqlayıblar. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Fransa Cənubi Qafqazda sülhün təmin olunmasını istəmir.
52 saylı Yevlax seçki dairəsinin tərkibinə daxil olan 55 seçki məntəqəs
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada səfərdə ola
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailəsi ilə
Ötən il aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdir
NATO bu gün Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı təlimlərə
Son günlər hamilələr arasında qızılcaya yoluxma ilə bağlı ciddi naraha
Şahzadə Harri və hersoginya Meqan Markl maddi vəziyyətlərinə görə narah
Moskva öz aktivlərinin Avropa İttifaqı tərəfindən mümkün müsadirəsin�
Nicat Rəhimovla Azər Baxşəliyevin aparıcılığı ilə hər həftə "X
Məcburi köçkünlərin təhsil hüququnun təmin edilməsi güzəşti onların
Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması mə
Avstraliyada Vikotira əyalətinin deputatı Georgie Pursell "Nine News&quo