Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb


Digərləri 28 Yan 2024 19:15:00 321 0

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır.

Son.az report.az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib.

Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Nilüfər Avcı artıq çəki və qeyri-kafi fiziki fəaliyyətin döş, uşaqlıq yolu, qida borusu xərçəngi xəstəliyinə səbəb ola biləcəyini vurğulayıb.

O, qeyd edib ki, duzlu ət bağırsaq xərçəngi riskini artırır. Sağlam qidalanma və idman vərdişləri ölümcül xəstəliklərə qarşı ən güclü sipərdir. Onkoloq balıq əti istehlakının xərçəng xəstəliyi riskini azaltdığını vurğulayıb.

"Bir sıra qidalarda zəhərli komponentlər var. Həmin komponentlərin bəziləri bişirmə üsullarından asılı olaraq orqanizmə zərərli formada daxil olur. Bunlardan bəziləri kənd təsərrüfatında istifadə olunan pestisidlərin, kimyəvi maddələrin, kimyəvi gübrələrin və parazit pestisidlərin qalıqlarıdır. Bu kimyəvi maddələrin qidadakı qalıqları insan sağlamlığı üçün son dərəcə zərərlidir.

Pestisidlərin ilk qurbanları bu təhlükədən xəbərsiz fermerlər olur. Məhsul yığımının sonunda məhsulların saxlanması, mühafizəsi, emalı və təmizlənməsi texnikası son dərəcə vacibdir. Bu mərhələlərdə edilən səhvlər sağlamlığımız üçün lazım olan qidaları zərərli elementlərə çevirə bilər", - onkoloq vurğulayıb.

Onun sözlərinə görə, orqanizmin su və mineral ehtiyacları balanslı şəkildə qarşılanmalıdır:

"İnsanın gündəlik su tələbatı 2,5 litrdir. Bunun 1 litrini istehlak etdiyimiz qidalardan aldığımız halda, qalan 1,5 litrini içkilərdən almalıyıq.

Gündə az 4 porsiya meyvə qəbul olunmalı, mövsümi meyvələrə üstünlük verilməlidir. Meyvələr müxtəlif qidaların, yeməklərin tərkibində qəbul olunmalıdır. Gündə bir və ya iki porsiya tərəvəz, azı bir porsiya bişmiş tərəvəz istehlak edilə bilər", - o deyib.

Onkoloqun sözlərinə görə, noxud, paxlalı bitkilər qırmızı ətdən daha çox istehlak edilməlidir. Balıq əti isə həftədə azı bir, mümkünsə hətta iki və ya üç dəfə istehlak olunmalıdır: "Tərkibində süni dadverici olan bütün içkilərin qəbulunda çəkinmək lazımdır. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusən portağal və ispanaq antioksidant təsir göstərən beta-karoten və digər maddələrlə zəngindir".

Aralıq dənizi ölkələrində zeytun yağının daha çox istehlak edildiyini bildirən mütəxəssis polifenol istehlakının xərçəngə tutulma və ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının sayını azaltdığını vurğulayıb: "Soğan və sarımsaq çox istehlak edilməlidir. Soğan və sarımsaq güclü kanserogenlər olan maddələrin zərərsizləşdirərək bizi xərçəng xəstəliyindən qoruyur. Moruq, çiyələk və qaragilə antikanserogen olan largik turşusu ilə zəngindir. Təbiətdəki bir çox qida mənbələri insanın inkişafı üçün lazımdır".

"Sağlam yaşamaq üçün sağlam yaşamağı öyrənmək lazımdır. İdmanla məşğul olmalı, zərərli vərdişlərdən, stresdən uzaq durmalı, gündəlik normaya uyğun dincəlməli, müxtəlif hobbilərlə məşğul olmalıyıq. Unutmayaq ki, bizi xərçəng xəstəliyindən qoruya və ya xərçəngimizi sağalda biləcək tək bir qida yoxdur", - o əlavə edib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ermənistanın keçmiş prezidenti ölkə ordusunu yaralı adlandırıb like
  • 28 Yan 19:06  
Dünya Ermənistanın keçmiş prezidenti ölkə ordusunu yaralı adlandırıb

Ermənistan keçmiş prezidenti Robert Köçəryan ölkə ordusunu yaralı adlan

arrow Ətraflı
“Belə insanlara meydan verilməməlidir” like
  • 28 Yan 19:03  
Şou-biznes “Belə insanlara meydan verilməməlidir”

"Təəssüflər olsun ki, bu gün qeyri-pesəkar aktirsalar, savadsız apar

arrow Ətraflı
Burak və Fahriye oğullarının 1 yaşını QEYD ETDİLƏR  FOTO like
  • 28 Yan 19:00  
Şou-biznes Burak və Fahriye oğullarının 1 yaşını QEYD ETDİLƏR FOTO

Türkiyənin məşhur aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcen kiçik

arrow Ətraflı
Dünya tarixinin ən çox satılan mobil telefonu  Siyahı like
  • 28 Yan 18:53  
Digərləri Dünya tarixinin ən çox satılan mobil telefonu Siyahı

2003-cü ildə buraxılan "Nokia 1100" düyməli telefonu mövcud oldu

arrow Ətraflı
Üzərində “Makarov” gəzdirən şəxs saxlanıldı  FOTO like
  • 28 Yan 18:48  
Kriminal Üzərində “Makarov” gəzdirən şəxs saxlanıldı FOTO

Paytaxt ərazisində üzərində qanunsuz olaraq "Makarov" gəzdirən

arrow Ətraflı
Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır  Hesabat like
  • 28 Yan 18:27  
Digərləri Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır Hesabat

Beynəlxalq reytinq agentliyi "Fitç Reytinq" (Fitch Ratings) Ermənis

arrow Ətraflı
Qab süngəri və duz ilə faydalı HİYLƏ – Evdar qadınların 90 faizi bilmir like
  • 28 Yan 18:20  
Digərləri Qab süngəri və duz ilə faydalı HİYLƏ – Evdar qadınların 90 faizi bilmir

Adi bir süngər və duz evdar qadınların həyatını xeyli asanlaşdıra bil�

arrow Ətraflı
“WhatsApp” hesabınızın sındırıldığını necə başa düşmək olar? like
  • 28 Yan 18:04  
Digərləri “WhatsApp” hesabınızın sındırıldığını necə başa düşmək olar?

"WhatsApp" hesabının sındırıldığını dəqiq müəyyən etmək

arrow Ətraflı
Husilərə qarşı əməliyyat davam edəcək  ABŞ like
  • 28 Yan 17:55  
Dünya Husilərə qarşı əməliyyat davam edəcək ABŞ

ABŞ husilərin mövqelərinə zərbələr endirməyə davam edəcək, əməliyy

arrow Ətraflı
"İstanbulda kilsəyə hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq" like
  • 28 Yan 17:48  
Digərləri "İstanbulda kilsəyə hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində i

arrow Ətraflı
Bu da Tacirin hər kəsdən gizlətdiyi GÖZƏL QIZI  Modellərə bənzəyir ... like
  • 28 Yan 17:40  
Şou-biznes Bu da Tacirin hər kəsdən gizlətdiyi GÖZƏL QIZI Modellərə bənzəyir ...

Müğənni Tacir Şahmalıoğlu ailəsini son dönəmlər mediyadan çox da gizl

arrow Ətraflı
Mona Lizaya şorba atdılar like
  • 28 Yan 17:25  
Dünya Mona Lizaya şorba atdılar

Parisdəki Luvr Muzeyində ətraf mühit fəalları Leonardo da Vinçinin "

arrow Ətraflı
Çörçillin diş protezləri hərraca çıxarılır like
  • 28 Yan 12:22  
Dünya Çörçillin diş protezləri hərraca çıxarılır

Baş nazir Uinston Çörçillin diş protezləri Britaniyada hərraca çıxarıl

arrow Ətraflı
Taksi sürücülərinə qənim kəsilən şəxs saxlanıldı like
  • 28 Yan 12:14  
Kriminal Taksi sürücülərinə qənim kəsilən şəxs saxlanıldı

İki taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən S

arrow Ətraflı