Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr
Digərləri 14 Yan 2024 18:31:00 328 0
Son.az oxu.az-a istinadən xəbər verir ki, qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür.
Bu xəbəri də oxu: 67 yaşlı qadın xəstəxanada öldü
Düzgün qidalanma ilə immunitetinizi gücləndirin
Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmin möhkəmləndirilməsinə dəstək verir.
Formada qalmaq üçün hər gün kifayət qədər su için
Həm fiziki, həm də zehni sağlamlıq üçün gündəlik istehlak edilən suyun lazımi miqdarda olması önəmlidir. Su güclü immunitet üçün əvəzolunmaz amildir.
Açıq havada fiziki fəaliyyətlə məşğul olun, bol oksigen qəbul edin
Ağciyərlərinizə bol oksigen daxil olması sağlam olmaq üçün atacağınız ən vacib addımlardan biri ola bilər. Bunun üçün ən təsirli üsul kimi hər gün müntəzəm olaraq açıq havada gəzmək, qaçmaq və idman etmək lazımdır. Bu zaman qəbul etdiyiniz oksigen qan təzyiqi, zehni funksiyalar və ümumi sağlamlıq üçün çox faydalıdır.
Şəxsi gigiyena vacibdir: Əllərinizi tez-tez antibakterial maye sabunla yuyun
Gün ərzində toxunduğumuz səthlər, əl dəydiyimiz pul, açar və buna bənzər əşyalar səbəbindən əl gigiyenasına diqqət etmək lazımdır. Əllərinizi gün ərzində tez-tez antibakterial maye sabun və bol su ilə yumaq xəstələnmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Qapalı yerlərdə və ictimai nəqliyyatda maskadan istifadə edin
Pandemiya dövründə epidemik xəstəliklərə qarşı ən təsirli üsullardan olan birdəfəlik maskalardan istifadə edin. Xüsusən xəstəliyin ağır keçə biləcəyi yaşlı insanlar, ciddi xəstəlikləri olanlar və immun sistemi zəif olan şəxslərə xəstəliyə yoluxmaq riskini riskini azaltmaq üçün maskalardan istifadə tövsiyə edilir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Moskvanın Novıye Çeremuşki rayonunun sakini Prezident Vladimir Putinin vizit
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəs
"Eşkiya dünyaya hükümdar olmaz" serialı ilə daha da sevilən akt
Etiraf etməliyik ki, dövlətin varlığı, qorunub saxlanması, inkişafı il�
Ailəsi ilə birgə ağır qəzaya düşən Elvin Basqallı məlumat yayıb.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 15:00-a olan məlumat�
Bu, Nikol Paşinyanın "sülh gündəmini" iflasa uğratdığının v�
"Əgər adam subaydırsa, seks ehtiyacını ödəyə bilmirsə (masturbasiy
Romada yüzlərlə insan neofaşist partiyasının keçmiş qərargahı qarşıs
Tanınmış aparıcı Nanə Ağamalıyeva sosial mediada paylaşım edib.
Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi di
Xəbər verdiyimiz kimi, Bakıya yağan qar səbəbiylə paytaxt yollarında hə