Avtoxuliqanlıq edən Mahir Qasımov saxlanıldı VİDEO
Digərləri 12 Yan 2024 08:33:00 282 0
Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün "Tofaş" markalı, 90-NY-387 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Son.az xəbər verir ki, bu barədə report.az-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Qasımov Mahir Tahir oğlu saxlanılıb.
Sənədləri yoxlanılan zaman M.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Qasımovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Xalq artisti Gülyanaq Məmmədova ilk dəfə övladları ilə fotolar paylaşı
"TRT"də yayımlanacaq "Fatih" serialının çəkilişi zama
Argentinanın illik inflyasiya səviyyəsi 2023-cü ili 211,4 faizlə başa vuru
İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib.
Rusiyanın Kislovods vilayətində Yeni il gecəsi 3 nəfəri öldürməkdə ş
İsrail hərbçilərinin Qəzzada əməliyyatları zamanı təxminən 380 məsci
Son günlər istər rol aldığı ekran işləri, istərsə də şəxsi həyatı
Bakıda sıxlığı azaltmaq üçün şəhərin mərkəzi hissələrində yerlə
Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova ü�
Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeyna
İngiltərənin paytaxtı Londonda Milli Təhlükəsizlik Şurasının, eləcə